Behçətabad Xatirəsi - Məhəmmədhüseyn Şəhriyar

Behçətabad Xatirəsi - Məhəmmədhüseyn Şəhriyar


“Behcətabad xatirəsi” — Məhəmmədhüseyn Şəhriyarın “Pəri” deyə səsləndiyi sevdiyi qıza həsr etdiyi unudulmaz bir şeirdir. 1924-cü ildə Tehran Universitetinin tibb fakültəsinə qəbul olunan gənc Şəhriyar burada Sürəyya adlı bir qıza aşiq olur. Qızın yaşadığı məhəllənin adı — Behcətabad — şairin qəlbində o qədər iz buraxır ki, bu addan ilham alaraq özünə “Behcət” təxəllüsünü seçir və şeirlərini bu adla imzalamağa başlayır.

Lakin xoşbəxtlik uzun çəkmir. Universitetin son kurslarında, sevdiyi Pəridən ayrılmaq məcburiyyətində qalır. Səbəb isə siyasi güc və şəxsi ehtiras olur. Rza şah Pəhləvinin qohumu Çıraqəli xan da Sürəyyaya vurulur və Şəhriyarı bu eşqin qarşısında maneə kimi görür. Onun təsiri ilə şair Tehrandan uzaqlaşdırılır və Xorasanın Nişapur şəhərinə sürgün edilir.

Bu ayrılıq Şəhriyar üçün adicə bir ayrılıq deyil — canından qoparılmış bir parça, ölümdən betər bir acıdır. Ümidsiz bir son görüş ümidi ilə Sürəyyanın anasına yalvarır. Göz yaşları içində rica edir: “Heç olmasa son dəfə görüşə bilim.” Ana razılaşır — onların Tehranın Behcətabad parkında görüşməsinə söz verir. Amma həmin söz sadəcə havada qalır.

Şəhriyar o gecə Behcətabad parkının yanındakı çinar ağacının altında səhərə qədər gözləyir. Pəri gəlmir. Ürək gözləyərkən susur, qələm isə danışır. Və o gecənin ağrısından doğulur “Behcətabad xatirəsi”.


Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar yenə, olmuş gecə yarı


Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə döşürməkdədi darı


Bir quş : “Ayığam”-söyləyərək gahdan inildər,

Gahdan onu day yel deyə laylay huş aparır


Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən

Məndən aşağı kimsə yox, ondan da yuxarı


Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,

Bağrım yarılar, sübhüm, açıla tarı!


Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma

O çıxmasa da ulduzumun yoxdur çıxarı


Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,

Qaş beylə ağardıqca, daha baş da ağardı


Eşqin ki, qərarında vəfa olmayacaqmış,

Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?


Sanki xoruzun son banı xəncərdi soxuldu,

Sinəmdə ürək varsa, kəsib qırdı damarı.


Rişxəndilə qırcandı səhər, söylədi:-Durma,

Can qorxusu var eşqin, ulduzun bu qumarı


Oldum qaragün ayrıları o sarı teldən,

Bunca qara günlərdir edən rəngimi sarı.


Göz yaşları hər yerdən axarsa, məni tuşlar,

Dəryaya baxar, bəllidi, çayların axarı.


Əzbəs məni yarpaq kimi hicranla saraldıb,

Baxsan üzünə, sanki qızılgüldü, qızardı.


Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,

Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.


Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,

Əfsus, qara yel əsdi, xəzan oldu baharı.

Şərhlər (23)

  1. Fatimə Bayramova

    @Fatimə Bayramova

    31 iyul 25, 12:08

    Şairlərin bəzən ad qoya bilmədiyimiz duyğuları qələmlə vərəqə töküb şah əsər yaratması >>

  2. Fatima

    @Fatima

    22 iyul 25, 15:11

    Bu şeir, sadəcə ayrılıqdan deyil, bir insanın qəlbinin necə paramparça olduğunu bütün dərinliyi ilə hiss etdirir. Şəhriyarın hər misrası qəlbdən qopan ah kimi səslənir. O, sadəcə bir sevdalı deyil – gözləməyin, ümidsizliyin və tənhalığın ən incə nöqtəsinə toxunan bir könül sahibidir."Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən" misrasında elə bir tənhalıq var ki, oxuyarkən insanın içində bir sükut çökür. Sevgilisinin gəlməyəcəyini bilə-bilə ümidini sabaha qədər yaşadan bir insanın halını izah etmək mümkünsüzdür . Onu ancaq hiss etmək olar."Behcətabad xatirəsi" bu təkcə bir xatirə deyil, bir ömrün içindən qopub gələn, zamanla solmayan bir izdir.

  3. Feride

    @Feride

    21 iyul 25, 22:49

    Orta məkdəbdə olanda ən çox sevdiyim êsərlərdən biri idi 🤩😍 müəllimimiz yadıma düşdü bu şeiri eşidəndə , fənni mənə o sevdirmişdi 

  4. SİMURQ

    @SİMURQ

    18 iyul 25, 14:24

    Bu şeirin adı çəkilərkən zehnimdə ilk canlanan xatirə orta məktəbdə hazırlıqda ədəbiyyat müəllimimizin bizə bu şeirdəki simvolları, təşbehlərin mənalarını yadda saxlayaq deyə çəkdiyi maraqlı misallar oldu. Bu təhlildə və analizdə də çox aydın məqamlar göstərilib. 

  5. Asuela

    @Asuela

    16 iyul 25, 21:47

    adam oxuyanda ele bilir ki,hele de o çinarın altında ümidini itirmeyib gözleyir.. bele şairler unudulmur,çünki sözleri sağ qalır.. bu saytın sayesinde uşaq vaxtı sadece adını eşitdiyim yazıçı ve şairlerimizi yaxından tanımış oldum,teşekkürler❤️

  6. Musayeva Aydan

    @Musayeva Aydan

    15 iyul 25, 19:28

    Şəhriyarın şeirlərini sevirəm, yaradıcılığı haqqında bildiylərimi xatırlatdız, bilmədiklərimdə var idi  öyrənmiş oldum çox sağ olun 🙏

  7. Nihad

    @Nihad

    14 iyul 25, 22:56

    Həqiqətən insan oxuduqca hiss edir Şəhriyarın yaşadığlarını

  8. MinayNadirova

    @MinayNadirova

    14 iyul 25, 13:32

    Daha öncə oxumuşdum və bu beynimin bir hissəsində qalmışdı təşşəkür edirəm ki bir daha xatırladınınız🙄

  9. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    14 iyul 25, 13:12

    Ölməz şairimizi bir həsrət "aciz" qoyubmuş sən demə.

  10. ramil

    @ramil

    14 iyul 25, 11:24

    Məhəmmədhüseyn Şəhriyar ın ilk dəfə şeirini məktəb 

    1. ramil

      @ramil

      14 iyul 25, 11:28

      Məktəb vaxdı oxumuşdum və təbii ki sonralar sosial şəbəkə vasitəsilə artıq tanımışdım.

      Və mən Cavid Əmirxanlı(Pranganın) trecklerindədə həmçinin şəhriyarın şeirləri varidi.Artıq o günlərdən bu günə qədər onun şeirləri məndə asılılıq yaratdı.

      Sizdə çox sağolun Uraqan bəy bizim üçün çalışırsınız🙏

      •Uğurlar

  11. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    14 iyul 25, 10:21

    Heç olmasa anası sôzün tutaydı..Axrncı dəfə görerdi🥹Çox sağolun məlumata görə.. 

  12. Sunay Məmmədova

    @Sunay Məmmədova

    14 iyul 25, 09:04

    Sevgi təkcə hiss deyil, eyni zamanda tale qarşısında bir mübarizədir. Bu mübarizəni uda bilməmək isə sənin zəifliyini deyil, sadəcə taleyini göstərər. Doğrudur, Şəhriyar ayrılıb, lakin o da sevə-sevə ayrılmaq məcburiyyətində qalıb. Bəzən sevgi hər şeyə yetməyə bilər. İstər ailənin təsiri, istər maddi vəziyyət, istərsə də şəxsi həyatın çətinlikləri bizi ayrılığa məcbur edə bilər.

    Günümüzdə də bir çox insan bu hissi yaşayır. Ailələr bəzən övladlarının sevgisindən çox, onların gələcəklərini düşünür və bu səbəbdən belə qərarlar verirlər. Bəzən haqlı, bəzən isə haqsız olurlar. Amma bir şeyi yaşamadıqca, kimin haqlı olduğunu da anlamaq olmur. Axı həyata bir dəfə gəlirik, bir seçim edirik və valideynlər də bu seçimin doğru olması üçün çalışır, bizi öz bildikləri “doğru”ya yönləndirmək üçün vuruşurlar.

  13. XIII

    @XIII

    14 iyul 25, 08:26

    Şəhriyarla eyni taleyi yaşamışıq demək olar ki))

  14. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    14 iyul 25, 01:19

    Heç bir zaman sevənlərin qovuşmadığına bir sübut daha şş bəzən  valideynlər bəzən insanıar bəzənsə bəhanələr... tutula bilinməyən sözlər verilir yalan yerə andlar içilir ama son??? Yenədə eyni hər zaman ən çox sevən tərəf tək qalır və məhv olur... Çox gözəl idi əllərinizə sağlıq

  15. SİRİUS

    @SİRİUS

    14 iyul 25, 00:45

    Tarix boyu sevənlər qovuşmayıb. Niyə görəsən tale bəzən insana qənim kəsilir? Həyat sevənləri ayırır. Bir insan yazmağa başladisa o artıq bir şairdir. O her şeyi vəsf edib yaza yarada bilir. Bir tek kelimeler arasından körpü sala bilmir...sevdiyinin qəlbinə . Şair sözleri bir birinə düzüb qoşa bilir lakin ..yazdıqlarının ağirliği çökür üzərinə... Ona göre de sevənlər həmişə tənhadır...

    Bir küncdə sadəcə yazan adam görsən bil ki onu da yazmağa vadar edənlər var... 

    Hekayə çox qəmli ,birazda həqiqətden yazılıb. İnsanın öz yaşadiqlarini bircə bircə yadına salır. Teşekkür edirəm. 

  16. Çiçək Qurbanlı

    @Çiçək Qurbanlı

    14 iyul 25, 00:17

    Mohtesem💓

  17. Aytac

    @Aytac

    14 iyul 25, 00:06

    Niyə ümidləri ,arzuları yarıda qoyan insanlar var?Şəhriyar hər şeyə rəğmən Sürəyyanı yaddan çıxartmamışdı.

  18. Röyane

    @Röyane

    13 iyul 25, 23:30

    Salam. Şehriyar yaradıcılığını çox sevirem.❤️ Eşitmişdim bu ehvalatı, tekrar xatırladım maraqlı oldu.Çox sağ olun🙏

    Eşqin ki, qerarında vefa olmayacaqmış, 

    Bilmem ki, tebiet niye qoymuş bu qerarı? 😔

  19. Əminə

    @Əminə

    13 iyul 25, 23:30

    Sevdiyini unutmayıb əbədiləşdirilməsi 🥰Şeirləri sevərim Şəhriyarın yaradıcılığı haqqında məlumat verdiyiniz üçün tesekkurler 

  20. Dərya Qasımova

    @Dərya Qasımova

    13 iyul 25, 23:23

    Şəhriyarın yaradıcılığını çox sevirəm. Xüsusəndə, burda yazılmış şeirinin yeri məndə bir başqadır. O sevgini qarşılıq gözləmədən bağlanmaq kimi təsvir edib. 

    "Sevda nədir bilirsənmi?

    Ürəyini yerindən çıxarıb,onun qapısı özünə qoymaqdır"... Sevgisi üçün hər şeydən keçir, amma onun qarşılığını heç vaxt gözləmir.

  21. Aynur Yusifova

    @Aynur Yusifova

    13 iyul 25, 23:22

    İlk öncə sizə təşəkkür edirəm ki, saytınızı belə özəl və gözəl etdiyiniz üçün.😊😊😊

    Həqiqi eşq heç vaxt tamamilə itmir.

    Sadəcə susur sakitləşir amma yaşayır...🤍❤️

    1. SİRİUS

      @SİRİUS

      14 iyul 25, 00:48

      Bəli həqiqi hisslər yaşanmiş duyğular heč vaxt ölmür,onlar səssizcə yaşayir...! 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol