"Bəzən həyat səni gözlənilməz yollara aparır, amma bu yollar səni həqiqi məqsədinə daha da yaxınlaşdıra bilər."
- Paulo Coelho
Bölüm On Yeddi
Uzun saçlı kişi özünü təqdim etdi:
- Fikrət Məmmədov.
Ad tanış gəlmədi. Amma səsində bir dərinlik, baxışlarında bir həyat yüklü sakitlik vardı. O an bilmirdim ki, bu adam illər əvvəl *Fəryad* filmində erməni zabitini canlandıran sənətkarımızdır. Daha sonralar tanıyacaqdım onu, həm də tamam başqa bir kontekstdə.
Məni içəri dəvət etdi. O kiçik qapıdan keçərək dar, amma sirli bir koridora daxil oldum. Bura, əslində, adi bir ev idi - amma indi bir teatr kimi nəfəs alırdı. Mətbəx indi rekvizit anbarı, yataq otağı aktyor məşq məkanı, bir vaxtlar ailə yeməklərinin yediyi masa indi ssenarilərin müzakirə olunduğu yer olmuşdu.
Koridorun divarlarında müxtəlif tamaşalardan fotolar, kuklalar, köhnə afişalar vardı. Hər addımımda bir az daha yaxınlaşırdım bu adamların həyatına, bu sənətin içinə. Fikrət müəllimin otağına keçdik. Otağın bir küncündə kuklalarla dolu rəf vardı. Bir küncdə köhnə bir masa, üstündə açıq bir ssenari. Üzərində qeydlər, düzəlişlər, siqaretin külü düşmüş kimi qəhvə ləkələri...
Biz söhbət etdikcə otağın qapısı gah açılır, gah bağlanırdı. Gələn-gedən tanınmış simalardı: Taleh Yüzbəyov əlində kamera, Namiq Ağayev ssenari vərəqləri ilə, Məhəmməd Verdiyev bir küncdə sakitcə oturmuşdu. Mehdi Sadiq zarafatla otağın qapısından boylanır, Aqşin Fateh isə tez-tez içəri girib çıxırdı. Hər birinin öz yeri, öz tonu, öz enerjisi vardı.
Aqşin Fateh o vaxtlar *Barama* serialı ilə ölkədə xeyli tanınırdı. Hər addımı kameraya çəkilmiş kimi idi - amma bunu süni yox, peşəkar şəkildə edirdi. Bu insanların hamısı öz sahələrində tanınan, amma eyni zamanda əlçatan və səmimi insanlar idi. Onlara baxıb düşündüm: *Bu insanlar nə zamansa adi biri olublar. Kiminsə qapısını döyüblər. Kiminsə yanında oturub, öyrəniblər.*
Elə həmin gün Namiq Ağayevlə tanış oldum. Rejissor, səmimi və açıq adam idi. Danışığında ehtiras yox, amma təcrübə vardı. Dedi:
- Tezliklə aktyorluq kursu başlayır.
Dərhal dedim:
- Aktyorluq maraqlıdı, amma mənə ssenari yazmaq lazımdır. Yazmaq - mənim nəfəsimdir. Bir kitab yazmışam, adı *Qəfəsdəki Məhbuslar*. O kitab mənim içimdəki kinonun birinci hissəsidir...
Namiq müəllim sanki içimdəki həyəcanı hiss etdi. Gözlərində o ani parıltını gördüm - bəzən bir fikir, bir cümlə insanda qığılcım yaradır, o da hiss olunurdu:
Namiq müəllimlə tanış olduq. Söhbət əsnasında dedi:
- Ayın sonunda aktyorluq kursuna başlayırıq.
Dedim:
- Aktyorluq yox, mənə yazmaq maraqlıdır. Ssenari yazmaq istəyirəm. Bir kitabım var, "Qəfəsdəki Məhbuslar" adlanır.
O, diqqətlə üzümə baxdı. Gözlərində maraq hiss olunurdu. Cavab verdi:
- Hə, əla. Bizdə ssenari kursu da olacaq. İstəyirsənsə, ora yazıl.
- Olar. Əla olar. - dedim.
Sevinərək razılaşdım. Sanki illərdir axtardığım yer bura idi. Hər şeyin səbəbi olduğunu o an daha yaxşı anladım. Hər addım, hər geri çevrilmə, hər imtina - məni bu qapıya, bu insanlara gətirən səbəblər idi.
Elə bil, Allah özü məni bu məhəlləyə, bu teatrın astanasına gətirib çıxarmışdı. Hər şey təkcə sənət deyildi - bu insanlar həm də həyatın içində olan, təcrübəni hiss və sadəliklə bölüşən adamlardı. Mən orada yalnız sənət üçün yox, həm də yaşamaq üçün nəsə tapmışdım.
Şərhlər (0)