Bölüm İyirmi İki

Bölüm İyirmi İki

Bölüm İyirmi İki

Mən tikintidə də işləmişəm.
Restoranda ofisiant kimi də çalışmışam.
Dükanda satıcı da olmuşam.

Amma bunların heç biri təkcə pul qazanmaq üçün olmayıb. Hər biri yazıçı ruhumun formalaşmasına xidmət edib.

Əgər o vaxt Yazıçılar Birliyinə getsəydim, bəlkə də adım artıq onların üzvləri sırasında olardı. Amma bu, məni yazıçı etməzdi. Mən vəzifə sahibi ola bilərdim, amma xalqı anlayan biri ola bilməzdim. Kənardan bəlkə də yaxşı görünərdim, amma bu xalqın ağrısını, sevincini, susqunluğunu yazıya çevirə bilməzdim.

Bəli, mən bir güzgüyəm. Siz mənə baxanda, əslində özünüzü görürsünüz. İstəsəniz, o güzgünü silib daha parlaq görünməsinə yardım edə bilərsiniz. İstəsəniz, sındıra da bilərsiniz. Amma unutmayın: güzgünü sındırsanız, əliniz qanayar... Silsəniz, sizi ən gözəl halınızda əks etdirərəm.

Həyatımın bu yerində artıq bir çox insanlar mənə inanır, yazdıqlarımı sevə-sevə oxuyurlar. Amma ilk illərimdə bu belə deyildi. Bəli, kitablarımı oxuyanlar var idi. Lakin onlar mənim adımı arxayınlıqla dostlarına deyə bilmirdilər, məni paylaşmağa çəkinirdilər.

Belə günlərin birində mən bir Azərbaycan dili müəlliməsi ilə tanış oldum. Adı Sitarə idi. O, mənə oğlanla qızın dostluğunun mümkün olduğunu sübut etdi. Hələ də ümumilikdə oğlan-qız dostluğuna inanmıram. Amma onun dostluğuna bütün qəlbimlə inanıram.

Təkcə ona görə yox ki, kitablarımı korrektə edir. Ən önəmlisi – o, mənim bütün dəli-dolu kaprizlərimə dözür. Biz yazıçılar, şairlər və ümumiyyətlə sənət adamları emosional insanlarıq. Bəzən öz içimizdə itirik, bəzən özümüzü belə başa düşə bilmirik. Ən çox da öz işığımızı tapa bilmədiyimiz zamanlarda böyüməyimiz üçün bir işığa ehtiyacımız olur.

Sitarə mənim üçün o işıq oldu. Ruhumdakı mükəmməlliyətçiliyə, incə xırdaçılığıma, bəzən də səbəbsiz susqunluqlarıma anlayışla yanaşdı. Hər dəfə kompromisə getməyi bacardı. Məni danlamadı, düzəltdi. Yola vermədi, yol göstərdi.

Beləcə, məni mən edən komandanın ən parlaq incilərindən ilki tamamlanmış oldu...


Şərhlər (3)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    26 iyun 25, 02:22

    Məncə  oğlanla qızın dostluğu alınar yəni əgər saf təmiz qəlblə dost olurlarsa niyədə olmasınki.. bəzən həyatımıza girən insanlar bu günə kimi yaşadıqlarımızı unutdurmaqı bacara bilərlər bəli düzdü..

  2. SİMURQ

    @SİMURQ

    17 iyun 25, 00:56

    Ən dərin yaralar belə doğru insanın anlayışı ilə şəfa tapar.Ruhun işığı isə təkcə özündə deyil, yanındakıların sədaqətində parıldayar.

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 22:49

    Mövzularınızda hərdən elə şeylərə yer verirsiz ki,həyatımda başıma gələcək anıları xatırlayıram.Oğlanla qızın dostluğu olmaz.Bax buna meydan oxuyuram.İnsan istərsə hər şeyə qadirdi və bacarar.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol