Nağılların mahiyyəti

Nağılların mahiyyəti

Nağıl nədir?
Nağıllar nə üçündür?

Nağılların Mahiyyəti

Nağılların mahiyyətini insanlar çox zaman anlamır. Düşünürlər ki, nağıllar yalnız uşaqların yatması üçün yazılıb, başını qatmaq üçün yaradılıb. Amma əslində, nağılların hədəfi tamam başqadır: onlar böyüklərin mənəvi yuxudan ayılmasını təmin etmək üçündür. Nağılların əsas mahiyyəti, dərinliyində gizlənən həqiqətləri aça bilməkdədir.

Bunu anladıqdan sonra bir daha nağıllara əvvəlki gözlə baxa bilmirsən. Təpəgöz sənə sadəcə qorxulu bir obraz kimi görünmür, onun içində bir insan xisləti, bir həqiqət axtarırsan. Küpəgirən qarının yalnız pis niyyətli bir obraz olmadığını, onun daxilindəki başqa bir hekayəni kəşf etmək istəyirsən. Nağıllar metaforalarla, simvollarla doludur. Onları sadəcə səthi şəkildə qəbul etmək, dənizin yalnız üzünü görmək kimidir – dərinliklərdəki xəzinələri qaçırırsan.

Böyüklər çox zaman kiçiklərin başını qatmaq üçün nağıllar danışır, lakin nağılların içindəki gizli kodları açmağa çalışsalar, öz mənəvi qandallarını qıra bilərlər. Nağıllar bir açar kimidir – o açarı tapmaq və doğru qapını açmaq lazımdır.

Nağılları bilirsinizmi kimlər sevmir? – Uşaq vaxtı könülsüz şəkildə böyüklərdən nağıl dinləyənlər. Çünki o böyüklər danışdığı nağılı yaşamayıb, onun mahiyyətini dərk etməyib və sevgisiz şəkildə onu ötürüblər. Nağılı sevgi ilə danışmaq lazımdır, çünki sevgi nağılların ruhudur.

Bu sevgisiz yanaşmanın nəticəsində insanlar reallıqdan uzaq xəyallar qurur. Qızlar böyüyür, amma hələ də xaricdə bir yerlərdə ağ atlı şəhzadə axtarır. Bentlidə bir oğlan qarşısına çıxanda, elə düşünür ki, budur, onun ağ atlı şəhzadəsi. Halbuki həmin “ağ atlı şəhzadə” yalnız bir obrazdır, bir idealdır, reallıqda isə o oğlan sadəcə öz maraqlarını güdür.

Eyni ilə bir oğlan xəyalındakı qızı axtarır, amma anlamır ki, həmin qızı “canavar” – bəlkə də bir yanlışlıq, bir təcrübə – çoxdan parçalamışdır. Çünki nağılların mənasını anlamayan cəmiyyətlər hər zaman bətndəki deyil, batindəki, yəni daxildəki deyil, xaricdəki görüntülərə fokuslanır. İnsanlar daxili dünyanı görmədən, yalnız zahiri meyarlarla qərar verirlər. Belə olduqda isə nağıllar yalnız səthi qəbul edilir, onların içindəki dərin məna və həyat dərsləri diqqətdən qaçırılır.

Nağıllara bu gözlə baxmaq insanı həyatdan soyudar. Halbuki nağıllar həyatın özü qədər zəngindir. Hər bir nağıl bir xəritədir – insanı öz həqiqətinə aparan bir xəritə. Əgər bu xəritəni düzgün oxumağı bacarsaq, yalnız o zaman ağ atlı şəhzadənin kim olduğunu, Təpəgözün nəyin simvolu olduğunu və Küpəgirən qarının hansı sirləri daşıdığını anlaya bilərik. Nağıllar həyatın güzgüsüdür – yalnız baxmağı bilmək lazımdır.

Uraqan Abdullayev

Şərhlər (3)

  1. Qonaq Sevda

    @Qonaq Sevda

    08 mart 26, 14:16

    Bəzən insan nağıllarda özünü tapır,nağıllarda olduğu ki Şəhzadə necə özünün problemlərinin həll yolunu tapırsa insan da elə ona baxaraq nümunə götürülür🌹🤍

  2. Qonaq Fəridə

    @Qonaq Fəridə

    21 fevral 26, 16:01

    Nağıllar haqda düşündüyüm məncə nağıllada bazən insan özünü tapır , özüylə eyni prableməri yaşayan insanları gördükcə onların öz prablemlərini necə həll etdiyini gördükcə özünə təsəlli olur , " O həll elədi mən də edə bilərəm " , insana yeni baxış bucağı yaradır hekayələr və cəmiyyətimiz yeni fikir və perspekdivlərə gülürlər ama onlar kitab oxumağa başlasalar artıq onlar da o obrazlarda özlərini görəsidirlər , o obrazla oxşar dərdləri olanda tək olmadığını hiss edir obrazın baxış bucağıyla öz prablemlərini həll edir , trammalarını aşmağa cəsarəti olur və həyatdan daha çox zövq almağa başlar ✨

  3. M.Aliyeva

    @M.Aliyeva

    06 fevral 26, 00:15

    Tamamilə razıyam.Mən özüm də həmişə demişəm,baxmaq yetmir,baxarkən görmək,fərqinə varmaq,duymaq lazımdır.Əlavə məlumat kimi mən də əlavə edim ki,nağıllar bildiyimiz kimi çox qədim tarixə malikdir.Bir çox nağılda xalqın arzu və istəkləri ifadə olunmuşdur.Nağılların bir çox qruplaşdırılması vardır.Tarixi nağıllar da həmin qruplaşdırılmaya aiddir.Tarixi nağıllarda şahlar,ağalar,padşahlardan və s. danışılır.Bütün nağıllar xalqın içərisindən dildən-dilə bu günümüzə qədər gəlib çatmışdır və buna görə də biz tarixi nağıllarda o dövrdə yaşamasaq da şahların pis,yaxşı,ədalətli və ya ədalətli olması haqqında məlumat ala bilərik. Tarixi nağıllarda ən çox Ənuşirəvan,Şah Abbas,İsgəndər və s. haqqında yaranıb.Amma bəzən nağıllar arasında da təzad olması istisna edilmir.Bəzi nağılda bir şah təriflənə, bəzisində isə qəddarlığından danışıla bilər.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol