Ağıl Tuneli

Ağıl Tuneli

Mən sözü sözdən o zaman seçə bildim ki, özüm dəyərli söz söyləyə bildim. Zər qədrini zərgər bildiyi kimi, sənin də dediyin sözü hər kəs anlamayacaq.

Başqalarının işinə o zaman hörmət qoya bildim ki, özüm bir işə yaradım.

Məni sevənlərin qədrini o zaman bildim ki, Özüm sevməyi öyrəndim.

Mənə nifrət edənlərdən o zaman qurtuldum ki, özüm nifrət etməyi dayandırdım. 

İnsanların qüsurlarını o zaman bağışlaya bildim ki, öz içimdəki zəifliklərlə üzləşməyə cəsarət tapdım.

Zamanın dəyərini o zaman anladım ki, itirdiyim anların sadəcə xatirəyə çevrildiyini və heç vaxt geri dönməyəcəyini qəbul etdim.

Və ən nəhayət, azadlığı o zaman tapdım ki, başqalarının mənim haqqımda nə düşündüyü zəncirini qırıb atdım. Sən demə, əsl hüzur elə insanın öz içində, özü ilə barışdığı yerdə başlayırmış.

Şərhlər (16)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    03 aprel 26, 23:56

    Bu həyatda hər kəs üçün yaşadım bir tək özümü unutdum...

  2. Qonaq Nuranə

    @Qonaq Nuranə

    30 mart 26, 21:34

    Şeir insanı öz iç dünyasına aparır, dərin mənası var.Sözlərin arxasında gizlənən fikirlər çox təsirlidir.

  3. Qonaq Fəridə

    @Qonaq Fəridə

    30 mart 26, 20:07

    Insan özünü sevsə özünə dəyər verse hamı ona dəyər verəcək və hörmət edəcək sen özünü sevki hamı səni sevsin və insanlar həmişə nəyləsən seni yarqilayacaq bu yazıda ruhun özü ilə apardığı diaoloqdur həmişə olduğu kimi yenə bəyəndim 😊

  4. Nazlı

    @Nazlı

    30 mart 26, 16:55

    İnsan birinci özünə dəyər verərsə başqalarının dəyərinə ehtiyac duymaz

  5. Məryəm

    @Məryəm

    30 mart 26, 16:18

    Kanaldakı sözlər mənalı və dəyərli olduğu qədər həm də düşündürücüdü.

  6. Fatimə

    @Fatimə

    30 mart 26, 16:04

    Bu cümlələri bir çox insanlar oxuya bilərlər.

    Lakin anlayıb, şahid olaraq fərqinə varmaq ayrı bir özünəməxsusluq tələb edir.

  7. Qumru

    @Qumru

    30 mart 26, 14:34

    Salam, bir gün özümü tapacağım ümidi ilə izləyirəm kanalı, o qədər gözəl yazılar, mövzular olur ki, bəzən heyfslənirəm ki, niyə zamanımın daha çox boş olduğu vaxtlarda belə kanallar, sosial şəbəkələr, belə yazarlar yox idi. Bəlkə də var idi, bəlkə də düşüncəm o deyildi, insanı şərtlər dəyişir axı, kimini yaxşı tərəfə, kimini pis. Mən də dəyişmişəm. Heyf ki, əvvəlki kimi saf deyiləm. Bir gün həmin saf uşağı tapmaq ümidi ilə bu günü də yarılamışam. 🌙

  8. Archiman

    @Archiman

    30 mart 26, 13:58

    Dostlarla müdrik adam kimdir?-mövzusunda danışanda sonda belə bir fikir üzərində dayandıq.. müdrik adam, sözün hər mənasında özünü tamlıqla qəbul etmiş adamdır. Zamanla bağlı dedikləriniz məni lap dəryaya atdı)

  9. Lumos

    @Lumos

    30 mart 26, 11:22

    Bəli, çox haqlısınız. Biz özümüzü inkişaf etdirmədən kimdəsə irad tuturuq, tənqid edirik. Bilib-bilmədən danışmaq çox asan gəlir niyəsə. Əvvəlcə özümüzü inkişaf etdirməliyik.  Sizdə bir oxucu olaraq ən sevdiyim xasiyyət özünüzü tənqid etməyi bacarmanızdır. Səhvlərinizi öyrənib düzəltməyə çalışmanızdır. Çünki çox insan bunu müxtəlif səbəblərlə etmir. Düşünürlər ki, insanlar səhvlərimi tapsa, məni izləyən olmayacaq və ya mən səhvlərimi düzəltsəm, əvvəlki kimi yaxşı alınmayacaq. Bunlar yanlış düşüncədir təbii ki. Səhvlərini axtaran, özünü tənqid edən, özündə irad tutmağı bacaran şəxslər daim inkişaf edir. Uğurlar sizə 🩷

  10. Hevva

    @Hevva

    30 mart 26, 02:08

    Hər biri çox gözəldir🥹Zaman isə  duyğuludur,çünki biz həqiqətən bəzən keçmişdəki çox şeyin qiymətini bilmirik və gələcəkdə onun üçün peşman oluruq🥲

  11. Fəxriyyə

    @Fəxriyyə

    30 mart 26, 01:07

    Hər kəlməsi derin məna daşıyır.

    Özümlə bağlı elə mövzular var yaza bilmirəm.Amma 1in bölüşüm😊Mən özümü sevmirem özümə nifrət edirem nəsə😔 Belkədə bunu bura yazmalı deyildim bilmirem..Amma insanları sevirem can yandırıram. 

  12. Rəna Cahangirli

    @Rəna Cahangirli

    30 mart 26, 00:14

     Bu sətirlər sadəcə bir yazı deyil, ruhun özü ilə apardığı ən dürüst dialoqdur hətda buna ruhumun aynası deyərdim. İnsanın başqalarını anlamaq və bağışlamaq üçün əvvəlcə öz daxilindəki fırtınaları sakitləşdirməli olduğunu bu qədər zərif ifadə etmək böyük məharətdir. Xüsusilə azadlığın başqalarının düşüncələrində deyil, öz daxili sülhümüzdə gizləndiyi fikri hər birimiz üçün bir oyanış zəngidir. Qələminizə, ürəyinizə sağlıq; bizə özümüzü kəşf etmək yolunda işıq olduğunuz üçün təşəkkürlər! ✨

  13. SVDA

    @SVDA

    29 mart 26, 23:30

    Yazılarınızı çoox bəyənirəm.

    Her bir sətirdə məna var və bu çox dəyərli sözlərdir.Ölkəmizdə sizin kimi yazarların olması qürurvericidir.Həmişə var olasız.İşinizdə uğurlar❤️

  14. Qonaq Filiz

    @Qonaq Filiz

    29 mart 26, 23:29

    Çoxx doğrudur insan öz düşüncələri ilə öz iradələri ilə hərəkət etməlidir başqasının onun haqqında nə düşündükləri ilə yox

  15. Şəbnəm

    @Şəbnəm

    29 mart 26, 15:25

    Yazınızdakı hər sətir sanki ruhun aynasıdır. İnsanın başqalarını bağışlamasının və sevməsinin yolunun məhz özü ilə barışmaqdan keçdiyini bu qədər sadə və təsirli ifadə etdiyiniz üçün təşəkkür edirəm. Xüsusilə "azadlığı başqalarının düşüncə zəncirini qırarkən tapmaq" fikri çox düşündürücüdür. Qələminizə sağlıq🌼🦋 

  16. M.Aliyeva

    @M.Aliyeva

    29 mart 26, 12:07

    Zaman çox tez keçir.Biz də onunla ayaqlaşmaq üçün ayaq saxlamadan irəliləyirik,amma bəzən dayanmaq lazımdır.Bəlkə də ən mühüm anımız o ayaq saxladığımız andır.Öz mənini kəşf etməyə ən gözəl fürsət yaranır.Öz mənini formalaşdırmaq üçün də baxarkən görməyi bacarmaq lazımdır.Cəmiyyət çox zaman bizə biz olmağımıza mane olmağa çalışır.Amma biz o zəncirləri qırdığımız zaman o girdabdan da çıxmış oluruq.

    Bir də,həqiqətən, gözəl yazmısınız.Qələminizə sağlıq!🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol