Füzuli – sözün könülə çevrildiyi, hər misrası eşq kimi yanan bir səssiz alovdur.
1494-cü ildə, indiki İraq ərazisində – Kərbəla yaxınlığında anadan olan Məhəmməd Füzuli təkcə şair yox, həm də savadlı, çox yönlü bir alim idi. Uşaqlıqdan elmə, kitaba böyük marağı var idi. Ədəbiyyatla yanaşı, riyaziyyat, astronomiya və bir neçə xarici dili də öyrənmişdi. Bu biliklər onun şeirlərinə dərin məna və xüsusi bir poetik baxış qazandırmışdı.
O dövrdə Füzulinin yaşadığı torpaqlarda vəziyyət sabit deyildi. Ağqoyunlular, Səfəvilər və Osmanlılar bir-biri ilə növbə ilə hakimiyyətdə idilər. Amma bu siyasi dəyişikliklər Füzulinin yazmağa, yaratmağa olan istəyini azalmadı, əksinə, daha da gücləndirdi. O, bu dövlətlərin hər birinə hörmət əlaməti olaraq şeirlər həsr edirdi. İlk şeirini Ağqoyunlu hökmdarı Əlvənd mirzəyə ithaf etmişdi.
2024-cü ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev Füzulinin 530 illiyi ilə bağlı xüsusi sərəncam imzaladı. Bu qərardan sonra İraqdakı Azərbaycan səfirliyi tərəfindən müxtəlif tədbirlər keçirildi və Füzulinin yaradıcılığı yenidən gündəmə gətirildi.
Füzulinin əsərləri təkcə şeir deyil, həm də mənəvi zənginlik, dərin düşüncə qaynağıdır. O, sözlə düşündürən, sözlə duyğuları oyadan bir sənətkardır. Onun bəzi əsərləri bu gün də çox tanınır:*
POEMALARI
📘 Leyli və Məcnun – Təmiz və ilahi sevgidən bəhs edən, dövrünün ən gözəl poemalarından biridir.
📗 Bəngü Badə – Tiryək və şərab arasında simvolik bir mübahisəni əks etdirir.
📕 Hədiqət üs-Süəda – Kərbəla faciəsini, oradakı hadisələri təsvir edən təsirli bir əsərdir.
Füzuli – sözə dəyər verən, onu ucaldan bir şairdir. Onun əsərləri hələ də oxunur, sevilir və yeni nəslə örnək olur. Çünki o, təkcə dövrünün deyil, bütün zamanların söz adamıdır.
Şərhlər (8)