📕 Məmməd Əmin Rəsulzadə – milli ideyanın səsi, istiqlalın simvolu…


Məmməd Əmin Rəsulzadə – adını bu millətin alnına yazan bir fikir adamı, mübarizə insanı. 1884-cü ildə Bakının Novxanı kəndində dünyaya gəldi. Dəniz qırağında doğulan uşaq, illər keçəcək, millətin səsini dünyanın mərkəzlərinə daşıyacaqdı.

📕 Təhsili

1.Məmməd Əmin 1903-cü ildə "Müsəlman Gənclik Təşkilatını" yaradaraq ictimai fəaliyyətə başlayıb.

2.İlk təhsilini mollaxanada, sonra Rus-müsəlman məktəbində, ardınca isə Texniki məktəbdə alıb.

3.1905-ci ildən “Hümmət” sosial-demokrat təşkilatında fəaliyyət göstərib, "Təkamül" qəzetində yazılarla çıxış edib.

4.Sonra İrana gedib, burada məşrutə inqilabında iştirak edib, “İrane-nou” qəzetində redaktor kimi çalışıb.

📰 Mətbuat 

“Açıq Söz” qəzetinin baş redaktoru olub. Bu qəzet onun ən önəmli tribunası idi.

Onun dili sadə, anlaşıqlı, lakin iti və fikrə yönəlmiş idi. Hədəfi xalqın maariflənməsi və milli özünüdərki idi.

🇦🇿 Biz onun Azərbaycan Xalq Cümhuriyyəti qurucusu kimi də tanıyırıq..(1918–1920)

Məmməd Əmin Rəsulzadə 1918-ci il 28 Mayda qurulan Azərbaycan Xalq Cümhuriyyətinin əsas ideya müəllifi və siyasi lideri idi. O, müstəqil, demokratik və dünyəvi dövlətin bünövrəsini qoydu. Millətin öz dilində danışdığı, öz bayrağını dalğalandırdığı bir ölkə yaratmağın mümkünlüyünü sübut etdi. Onun rəhbərliyi ilə ilk parlament çağırıldı, milli ordu yaradıldı, təhsil və hüquq sisteminin əsası qoyuldu. “Bir kərə yüksələn bayraq bir daha enməz” deyərək istiqlalın ruhunu cəmiyyətə bəyan etdi

...Əsərləri yox idi, amma hər cümləsi millətin içində yaşayan bir kitab idi..

💡 Yazdıqları sadəcə..

publisistik məqalələr,

ideoloji çıxışlar,

analitik mətnlər və

tarixi-siyasi kitabçalardır. Bunlardan ibarət idi.


✈️ Sürgün həyatı

1920-ci ildə Sovet işğalından sonra Rəsulzadə Gürcüstana, oradan Türkiyə, Fransa, Almaniya, Polşa, Rumıniya və digər ölkələrə mühacirət etdi.

1930-cu illərdə Polşada yaşadı, burada azərbaycanlı tələbələrə yardım etdi.

İkinci Dünya müharibəsindən sonra bir daha SSRİ-yə qayıtması qeyri-mümkün oldu.

1955-ci ildə Ankarada vəfat etdi, əslən vətənə dönə bilmədi. Qəbri Əsri qəbiristanlığındadır.

💡 Fikri, ideologiyası böyük olanların həyatı da iz buraxır deyərlər. Rəsulzadə kimi..

 Qələmə sığmayan bir millətin dərdi daşıyırdı. Çünki o, yazdıqlarını yaşamış, yaşadığını yazmadan çatdırmışdı.