Məşədibaba — Meyxana aləminin sözə könül verən..

Həyatı

Məşədibaba Aydəmirov 1971-ci il 13 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anadan olmuşdur. Uşaq yaşlarından şeirə böyük maraq göstərmiş, erkən yaşlarından sözlə nəfəs almışdır. Ailəsi onun istedadını gördükdən sonra məktəbdən çıxararaq bütün vaxtını yaradıcılığa həsr etməsinə şərait yaradır.

Fəaliyyəti 

O, qısa zamanda məclislərdə, toylarda çıxış etməyə başlayır və 1984–1985-ci illərdən etibarən meyxana aləminə qədəm qoyur. 1989-cu ildə ilk rəsmi dəvətini alır – Lənkəranda keçirilən məclisdə çıxış edir. 1991-ci ildə Bakı Dövlət Sirkində keçirilən meyxana yarışmasında 3-cü yerə layiq görülür. Sadə, kasıb bir ailədən çıxmasına baxmayaraq, çoxlarının toyuna təmənnasız gedərək camaatın hörmətini qazanmışdır. Həssas ruhlu, duyğulu, eyni zamanda sərt sözlərlə dolu şeirlər yaradan sənətkar idi.

2000-ci ildə azadlığa çıxan sənətkar ailə qurur və oğlu Mircəlal dünyaya gəlir. Lakin zamanla içkiyə meyil etməsi ailə həyatına mənfi təsir göstərir və nəticədə ailəsi dağılar.

Yaradıcılığı

Məşədibaba Aydəmirov sırf meyxanaçı deyil, həm də şair, qəzəlxan, qələm sahibi idi. Onun yaradıcılığı sözün sərbəstliyi ilə ilahi toxunuşun birləşdiyi nöqtədə qərar tutur. Şeirlərində sevgi, tənhalıq, peşmançılıq, üsyan və ruh dərinliyi xüsusi yer tutur.

Məşədibaba hesab edirdi ki, meyxana öyrədilmir, bu Allah vergisidir. O, yazdığı çoxsaylı qəzəl və şeirləri ilə Azərbaycan söz sənətində iz qoymuş sənətkarlardandır. Əsərlərinin əksəriyyətini isə məhz həbsdə olduğu illərdə qələmə almışdır.

Seçilmiş şeirlər

Gəl

Nə etmisən

Pulla

Olasan

Məndən

Yoxdur

Mələksən ya Bəşərsən

Gələcək

Canan

İçində

Səda

Sevsin səni

Bəsimdir

Divanələrin

Atam yazıq

Bıçaqla

Sevənə

Ey insan

Qazamat

Şəfa versin sənə

İnanma

Maştağadır kəndimiz bizim

Nəticə

Məşədibaba Aydəmirov – həyatı qədər sözləri də yandıran bir sənətkar idi. O, sadəcə meyxana demədi, həyatını sözlə danışdı. Meyxananı qafiyədən, ahəngdən çıxarıb bir fəlsəfəyə, bir iç dünyaya, bir ədəbiyyata çevirdi. Onun adı bugün də Maştağanın dar küçələrindən, meyxana məclislərinin sükutundan, yazdığı misraların dərinliyindən gələn bir səda kimi eşidilir.