Əliağa Vahid — kimdir? Həyatı, yaradıcılığı, əsərləri 

Həyatı 

Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əvvəlcə mədrəsədə təhsil alsa da, ailəsinin maddi vəziyyətinin ağır olması səbəbilə təhsilini yarımçıq qoyaraq xarratlıq sənəti ilə məşğul olmuşdur. Əsərlərini Azərbaycan dilində yazıb. 1965 ci il 1 oktyabr da vəfat edib. Birinci Fəxri xiyabanda dəfn olunub. 

Yaradıcılığa başlaması

Vahid gənc yaşlarından Bakıdakı məşhur "Məcməüş-şüəra" ədəbi məclisinin üzvü olmuşdur. Burada Azər (İmaməliyev), Müniri və digər klassik üslubda yazan şairlərin təsiri ilə poeziyaya marağı artmış, əsasən lirik qəzəllər yazmağa başlamışdır. O, eyni zamanda satirik şeirlər də yazaraq cəmiyyətin nöqsanlarını, mövhumatı, zülm və haqsızlığı kəskin tənqid etmişdir.

Onun ilk kitabı olan "Tamahın nəticəsi" nə vaxt nəşr olunduğu tam dəqiq bilinməsə də, ilk çap işlərindən biri hesab olunur. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə

 Sovet dövründə fəaliyyəti

Sovet hakimiyyəti qurulduqdan sonra Əliağa Vahid inqilabi təbliğat sahəsində də fəallıq göstərmişdir. O, yeni quruluşun ideyalarını əks etdirən çoxsaylı şeirlər yazmış və bu sahədə mühüm rol oynamışdır. Onun "Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və digər əsərləri bu dövrə aiddir. Eyni zamanda "Kommunist" qəzeti və "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir.

Əsərləri "Kupletlər" (1924) və "Mollaxana" (1938) kitablarında toplanmış, burada yeniliyə qarşı çıxanlar kəskin şəkildə satira atəşinə tutulmuşdur.

 Böyük Vətən Müharibəsi illəri

1941–1945-ci illər arasında baş verən Böyük Vətən Müharibəsi dövründə yazdığı əsərlərdə vətənpərvərlik, qəhrəmanlıq və zəfər ruhu ön planda olmuşdur. “Döyüş qəzəlləri” (1943) və “Qəzəllər” (1944) adlı kitablarında bu mövzulara geniş yer verilir.

Repressiya dövrü

Əliağa Vahid repressiyalardan xilas olmaq üçün içki içirmiş kimi davranmışdır. Bir dəfə onun adı repressiya siyahısına düşsə də, Mircəfər Bağırov onun adının üstündən xətt çəkərək, “sərxoş bir adamdır, bizə ziyanı yoxdur” deyə müdafiə etmişdir. Vahid uzun müddət çətin şəraitdə yaşamış və bu dövrlə bağlı Bağırova şeir də yazmışdır. 1951-ci ildə Bağırov onu yanına çağırdaraq ona 2 otaqlı mənzil vermişdir.

Qəzəlindən bir parça..

Bilməm bu nazənin kimin istəkli yarıdır?

Ya hansı bəxtiyarıların bəxtiyarıdır!

Açdıqca qül camalını, ellər fərəhlənir,

Quya gözəllik aləminin növbaharıdır."

Nəticə 

Əliağa Vahid Azərbaycan ədəbiyyatında "qəzəlin son ustadı" kimi qəbul edilir. O, yalnız sənətkarlığı ilə deyil, həm də zamanın çətinliklərinə qarşı duruşu, incə satirası və lirikasındakı poetik gücü ilə yaddaşlarda qalmışdır. Klassik ənənəni yaşadaraq ona müasir ruh gətirən Vahid, ədəbiyyatımızda silinməz iz qoymuş sənətkarlardandır.