Elçin Səfərli – kimdir? Həyatı, yaradıcılığı, əsərləri
Həyatı
Elçin Səfərli 12 mart 1984-cü ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından ədəbiyyata maraq göstərən yazıçı 16 yaşında Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə daxil olub və mətbuatda fəaliyyətə başlayıb.
Fəaliyyəti
O, ilk illərdə “Exo” qəzetində çalışıb. Sonralar uzun müddət İstanbulda yaşaması yaradıcılıq üslubuna təsir edib və əsərlərinin mövzusunda Türkiyə mühiti xüsusi yer tutub. Yazıçı əsərlərini rus dilində yazır. Onun 2008-ci ildə işıq üzü görən ilk romanı “Bosforun şirin duzu”böyük maraq doğurub. Bu əsər Orxan Pamuk tərəfindən də yüksək qiymətləndirilib və yazıçı ədəbi cameədə “İlin kəşfi” mükafatına layiq görülüb. Rus mətbuatında isə ona “gənc Orxan Pamuk” ləqəbi verilib. 2011-ci ildə rejissor Sergey Saraxanov tərəfindən yazıçı haqqında qısametrajlı film çəkilmişdir.
Yaradıcılığı
Elçin Səfərli müasir Azərbaycan ədəbiyyatında rus dilində yazan gənc romançılardan biri kimi tanınır. Onun əsərlərinin əsas mövzusu sevgi, insan taleyi, yaddaş və şəhər atmosferidir. Xüsusilə İstanbul onun romanlarında həm ilham mənbəyi, həm də mistik cazibə rəmzi kimi çıxış edir. Yazı üslubu sadə, duyğulu və oxucu ilə emosional bağ qura biləcək dərəcədə səmimi hesab olunur.

Əsərləri
2008 – «Сладкая соль Босфора» (Bosforun şirin duzu), Moskva, AST
2008 – «Туда без обратно» (Oraya dönüşsüz), Moskva, AST
Qeyd edək ki, Elçin səfərli rus dilində yazan bir yazıçıdır.
Nəticə
Elçin Səfərli müasir dövrün populyar rusdilli yazıçılarından biri kimi tanınır. Onun romanları təkcə Azərbaycanda deyil, həm də Rusiyada və digər ölkələrdə geniş oxucu kütləsi qazanıb. Duyğusal üslubu, həyat və sevgi haqqında səmimi yanaşmaları ilə oxucuların qəlbinə yol tapıb.
Şərhlər (0)