Kimin Sözü, Kimin Səsi?

Kimin Sözü, Kimin Səsi?
Kimin Sözü, Kimin Səsi?
 
Hərdən birini eşidərsən, gözəl və dərin bir fikir deyər. Amma otaqdakı insanlar baxmadan, dinləmədən, “bu kimdir axı?” deyib keçərlər. Eyni fikri bir məşhur şəxs deyəndə isə dərhal qeydə alınar, paylaşılmağa, sitat olunmağa başlanar. Cəmiyyətin təəssüf ki, belə bir vərdişi var: nə deyiləndən əvvəl, kimin dediyinə baxmaq.
Əslində bu, təkcə bugünün problemi deyil. Tarix boyu insanların sözə deyil, səs sahibinə qulaq asdığı saysız nümunələr var. Eyni həqiqəti deyən, amma müxtəlif qəliblərdə təqdim olunan fərqli insanlar... Birinin dediyi ilham verici olur, digərininki isə laqeydliklə qarşılanır. Çünki biz çox vaxt sözə deyil, imzaya baxırıq. Kimin danışdığı, onun geyimi, titulu, sosial statusu – hamısı sözünün ağırlığını müəyyən edir.
Amma burada gözdən qaçan bir məqam var: o “önəmli adamlar” da bir vaxtlar tanınmırdılar. Onları “önəmli” edən elə dedikləri sözlərin özü oldu. Yəni əvvəlcə dedikləri dəyərli idi, sonra dediklərinin dəyəri onları ucaltdı. Biz o insanları müdrik sözlərinə görə tanıdıq, ardınca getdik. Demək ki, heç kim bir anda "önəmli" olmur. Kim dediyinə baxırıqsa, unutmamalıyıq: o “kim”i yaradan da dedikləridir.
Lakin sözlə olmaq arasında bir məsafə var – və o məsafəni əməl bağlayır. Hər deyilən söz gözəldir, amma insanın əsl böyüklüyü dediyi ilə etdiyi bir olanda baş verir. Çünki söz nə qədər gur səslənsə də, əgər əməl susursa, o söz içi boş bir qabdan başqa bir şey deyil. Bu gün bir çox insan gözəl danışır, amma az adam dediyinin məsuliyyətini daşıyır.
Əsl etibar orada başlayır: söz və əməl bir yerdə dayananda. İnsanları daimi olaraq ardınca aparan, təkcə onların dedikləri yox, həm də yaşadıqlarıdır. Çünki insanlar sözə qulaq asır, amma əmələ inanır.
Bəlkə də bir çox qiymətli fikir sadəcə ona görə unudulub ki, onu deyən, o fikrin arxasında durmayıb. Əksinə, bir çox böyük insan sözünə sədaqətlə əməl etdiyi üçün yadda qalıb. Van Qoqun rəsmləri, Tolstoyun sadə həyatı, Mandela'nın susduğu qədər dözdükləri – bunlar təkcə söz deyən yox, sözünü yaşayan insanların nümunələridir.
Bu yazını oxuyan sən, bəlkə də düşünürsən: mənim kim olduğum nə fərq edir? Bil ki, önəmli olmaq üçün əvvəlcə doğru fikirlər söyləməlisən. Amma daha da önəmlisi – o fikirləri yaşamalısan. Yalnız bu zaman dediklərin səni yuxarıya aparar. Yalnız bu zaman sözün sənin səsini daşdan da o yana aparar.
Çünki sonda qalacaq olan: sənin dediklərinlə etdiklərin arasındakı məsafənin nə qədər qısa olduğudur.

Şərhlər (27)

  1. Aytac

    @Aytac

    27 iyun 25, 12:33

    Çox təəssüf ki  bu belədir. Danışan şəxs  əgər tanınırsa onun sözünü dinləməyə belə razıyıq amma tanımırsa sözün eşitməkdə istəmirik.

  2. Musayeva Aydan

    @Musayeva Aydan

    26 iyun 25, 16:02

    İnsanları təbəqəyə ayırdıqdan irəli gəlir sözü kimin dediyi. Sözü kimin dediyi deyil əsas deyilən sözün əhəmiyyətidi.

  3. Röya😇

    @Röya😇

    26 iyun 25, 13:46

    Çox düz vurğulamısız həqiqətən indiki dövrdə "sözə deyil sözü kimin dediyinə baxırlar". Bəziləri aşağılamaq mənasında, bəziləri isə (içi mən qarışıq) "sözü deyən özüdə dediyi sözə əməl edən şəxsdirmi deyə" baxıram. Yoxsa şəxsiyyətinin nə qədər böyük olmasının bir önəmi yoxdur məncə.  Yəni ən azından mənim üçün belədir 🫠

  4. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    26 iyun 25, 00:33

    Bəli tamda belədir deyilən aözə yox kimin dediyinə önəm verirlər ucaldıllar bəzən elə insanlar ucaya qalxırkı baxırsan  heç bi qram insanlıqı yoxdu yaxşı işi yoxdu ama adına sanına görə yuxarıdadı

    Cəmiyətimizdə belədi  bu cürdə gedir insanların arasında ayrı şeçkilik var dahada çoxalır millətimiz  eyni düşüncədə olan insanları ayırır hansı daha məhşurdu onu önə çəkir halbuki digəri də onu demiçdi

  5. Anar

    @Anar

    26 iyun 25, 00:04

    Mən baxiram o sözü kim deyir yani o insan özü bu həyatda nəyə nail olub nələrdən kecib hansi heyat tecrubesi var ona əsasen qulaq asaram. Amma axmaq terbiye gormeyen hamını əzə əzə nələrəsə nail olan adamlara hec salam da vermirem hələki qaldi söznü eşidəm

  6. SİRİUS

    @SİRİUS

    25 iyun 25, 23:58

    İnsan danışanda bilinir o fantastika danişir yoxsa danişdiqlarini yaşayaraq danışır. Her şey gözlerde gizli deyildir belkede... Bezi həqiqətlər davranişlarda əmmələrde ve sözlerdedir. Her kes yaşadığı qədər anlayır həyatı. Bezen 20 yaşında bir gəncin dediyi sözü 45 yaşinda bir adam anlamır. Çünki burda məsələ yaş deyil ağildir, insanı ucaldan .

    Bir insanın ağzından çıxan kəlmələr qədərdir dəyəri. 

  7. Sevda🤍

    @Sevda🤍

    25 iyun 25, 23:30

    Doğrudan da belədi,çox zaman sözə deyil,deyən şəxsə daha çox fikir veririk.Bəzən kimsə məsləhət verdikdə də bu hal yaşanır.Eyni sözü dəyər verdiyin insan deyəndə edirsən,əks halda bir az düşünüb qərarsız qalırsan.Amma sözlərin önəmini unutmamalıyıq.

  8. NezrinM

    @NezrinM

    25 iyun 25, 23:15

    Yazı məni yenə düşündürdü. Yenə düşündürdü deyirəm, ona görə ki, bu mövzu barədə mən də çox düşünmüşdüm.

    Yazınızən realını yaşamışam. Məsələn, evdə yaxşı bir fikir bildirmişəm, demişəm. Lakin, mən dediyim üçün əhəmiyyət vermirlər. Eyni sözü hansısa bir onlar üçün "dəyərli" insan desə idi, dinləyəcək idilər.

    Yazınız çox axıcı, səlis, realnı və düşündürən idi. Çoox sevdim bu yazını. 🤍

  9. Qonaq Sevinc Amin

    @Qonaq Sevinc Amin

    25 iyun 25, 23:07

    Düşüncələrimiz bizim kimi olduğumuzdan irəli gəlir. Dediyimiz sözlərdə əksini tapır. Əməllərimiz də görünür. Gözəl düşünək gözəl əməllərə sahib olaq 

  10. NƏZRİN

    @NƏZRİN

    25 iyun 25, 23:06

    Belə düşünürəm ki, sözün sahibi vacibdir. Çünki xain, yaltaq bir adam üzünə gözəl söz deyər, gedər dalınca danışar. Amma dürüst biri olar, kobud desə də, üzünə deyər, xoş söz desə də üzünə deyər. Amma gedib arxanca danışmaz. Elə adam olar ki, pis niyyətlə sənə gözəl bir söz deyər, elə adam olar ki, xoş niyyətini qaba sözün arxasında gizlədər. Yəni əsas olan, sözün sahibidir. Sözün hansı ağızdan çıxdığı önəm daşıyır. Eləsi olar deyər ki "Səni sevirəm" amma hiss etdirməz, yarı yolda qoyar. Eləsi də olar ki, yenı sevgisini həm etiraf edər həm də hiss etdirər, bir ömür yanında olar.

  11. Sunay Məmmədova

    @Sunay Məmmədova

    25 iyun 25, 23:03

    Kəşf edilmişləri hər kəs tanıyar, əsas odur özündə insanları kəşf etməyi bacarasan. Tanınmış birisinin sözünə yoxda, hər hansı bir insanın ağzından çıxan kəlmənin mənasına, dərinliyinə anlam ver. 

  12. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    25 iyun 25, 22:40

    Hamı məsləhət verə bilər. Uzun uzun danışa özünü tərifləyə bilər. Amma hamı sözünün dalında durub ona əməl edə bilməz. Bu həyatda ən güclü və dürüst insanlar dedikləri ilə etdikləri bir olan insanlardır. 

  13. Fatima

    @Fatima

    25 iyun 25, 22:38

    Yazı məni çox düşündürdü.Çünki doğrudan da cəmiyyət olaraq çox vaxt fikrə deyil, o fikri deyən şəxsə baxırıq. Eyni söz tanınmamış birindən gələndə görməzlikdən gəlirik, amma məşhur biri deyəndə dərhal paylaşılır, dəyər verilir. Halbuki əslində dəyərli olan sözün özüdür. Hər kəs gözəl danışa bilər, amma az adam dediyinin arxasında dura bilir.

  14. ramil

    @ramil

    25 iyun 25, 22:38

    Doğrudur düzgün vurğulanıb ki,bir sözə kimin dediyinən asılı olaraq hörmət qoyulur.

    Məncə İnsan sözü deməmişdən öncə gərək yaşasın, İnsan sözü duyğularıyla deyir,necə ki 

    Dostoyevski-qumarbaz olub,amma onun necə bir hisslər yaşadığını heç kim bilməyib nəticədə 

    Nə qədər səhv hərəkət olsada günümüzə qədər adı,sanı gəlib çıxıb)

  15. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    25 iyun 25, 22:33

    Mənim başıma gəlib..Kimsə deyib məsləhət verib mən əməl etməmşəm . Başqa bir qohum xetrin çox isdedyim o deyib ağlıma batıb əməl etmişəm..Yeqini ki,insan insana dəyşir..Ya hemen vaxt ciddiye almırsan..

    Evdə ailədə də olub.Belə bir hal...Mən dediymə qulaq asmıyıb qardaşım.. Sonra gəlib deyib sən mənə niyə vaxtında mənə məsləhət vermedin😊 Başqası dediyin ciddiyə alırdı mən dedymi yox😊

  16. Mələk

    @Mələk

    25 iyun 25, 22:07

    Eynən, günümüzdə insanların fikirlərini ancaq onun kimliyinə əsasən qiymətləndirirlər. Çox təəssüf doğuracaq haldır

  17. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    25 iyun 25, 22:01

    Görünüşə aldanan insanlar, əslində, özlərini bunla ovutmağa çalışanlardır. Bir insan görünüşünə aldandığı, beynində formalaşdırdığı idolunun heç vaxt yalan deməyəcəyinə sidq ürəklə inanır. Bəlkə də, o kəs heç o mövzu barədə məlumatlı da deyil. Məntiq və düşüncədə cılızlaşma məhz burda başlayır. Sevdiyin biri də olsa, onun dediklərində həqiqət yoxdursa, qarşı durmadınsa, bunun heç kəsə, hətta özünə belə xeyri olmayacaq🙂‍↕️

    (Ps: yazı yenə hər zamankı kimi gözəl idi, təşəkkürlər)

  18. SİMURQ

    @SİMURQ

    25 iyun 25, 21:59

    Bu yazını oxuyanda bir sual keçdi içimdən: niyə bəzi səslər eşidilmir? Cavab, yazının özündə idi. Biz çox zaman fikrə deyil, onu deyənə baxırıq.Əslində bu sətirlər səssiz qalanların səsinə çevrilir. O görünməyən, amma daim yazmağa davam edən insanların səssiz mübarizəsinə... Mən də o insanlardan biriyəm. Yazdığım hər cümlə, tanınmaq üçün yox, tanıdacaq dəyərə çatmaq üçündür.

    Xüsusilə bu hiss:

    "Əsl etibar orada başlayır: söz və əməl bir yerdə dayananda.”

    Yazmaq üçün çox şeyə ehtiyac yoxdur. Sadəcə demək istəyirəm ki, kiminsə görmədiyi bir sətir, kiminsə içində alov ola bilər.Və bəzən görünməmək  özünü susaraq təsdiqləməkdir.

  19. XeYka

    @XeYka

    25 iyun 25, 21:57

    Doğrudur Biz gözümüzdə ucaltdığımız insanların sözlərini dəyərli sanıb, Onu başqasından eşidəndə isə dəyərsiz kimi görürük amma ortada bəzən belə bir məqamda olur.... Bir söz və ya söz birləşməsi( cümlə) bu 3 Cür şəxs tərəfindən deyilir....

    Gözümüzdə ucalan insan. Bu insan dediyi sözün mənasını dərk etsədə etməsədə biz ona müqəddəs kimi baxır onun dediyi sözü sevirik. 

    Heç tanımadığımız bir şəxs. Bu insan dediyi sözü anlayaraq desədə deməsədə biz ona sadəcə dediyi sözü anlayanda nəzər yetiririk. Məsələn Bir Kəndə 2 molla var biri yaşlı və adlı sanlı molladır digəri isə gənc yaşda Olandır. Gənc yaşda olandan eşitdikdə bəzən tərəddüd edirik bu gəncdi yəni hansısa səhvliklərə yol verə bilər axı bunun dünya görüşü azdır. Amma onu yaşlı dedikdə isə biz ona dəyəri daha çox verir və sözündəki yanlışa fikir vermirik..... Eynən belədi... Biz onun dediyini anlamayanda nəzər yetirmirik....

    Dediyi sözün mənasını anlamayan insanlar..... Bu insanlar dediyi sözü hardasa görüb və ya eşidib. Amma biz o sözü həmin insandan dinləmək istəmirik çünki o şəxs dediyi sözü anlamadığı üçün düzgün intonasiya ilə bizə ötürə bilmir və bizdə onu dinləmək istəmirik.....  (Fikirlərim bunlardır...)

  20. Feride

    @Feride

    25 iyun 25, 21:57

    Sözü əmələ tökmək daha vacibdi , yoxsa ağızdan hər insan " mən işgüzaram " asanlıqla deyə bilər ,  sözlə əməl bir olmalıdır  . 👍🫡

  21. Dərya Qasımova

    @Dərya Qasımova

    25 iyun 25, 21:56

    İnsanlar, əslində, bəzən sözə yox onun kim dediyinə baxırlar. Bəlkə də, o sözlər onların həyatında əsas bir rol oynaya bilər. Lakin heç qulaq belə asmırlar çox təssüf ki.. 

    Digər tərəfdən o sözü deyən insan birinci ona özü əməl etməlidir. Dəyərli, mənalı fikir onun deyən insan həyatında təsdiqini tapmalıdır ki, başqasına da onu deyə bilsin

  22. Aynur Yusifova

    @Aynur Yusifova

    25 iyun 25, 21:54

    Sözü ilə əməli bir olan insanları sevərim🥰 

    Təəssufki çox az sayda qalıblar...

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      25 iyun 25, 21:54

      Eynən, təəssüf ki...

  23. Fatimə Bayramova

    @Fatimə Bayramova

    25 iyun 25, 21:54

    Əslən sizi tanımıram və yaxud da necə bir insan olduğununuzu ,necə sözünüzə əməl etdiyinizi də. Lakin onu deyə bilərəm ki,yazılarınız o qədər güclüdür ki,qəlbə toxunur. Səsiniz buradan belə eşidə bilirəmsə,deməli sizdə öz dediyiniz sözlər,hamısı olmasa belə əməllərinizə uyğun gəlir və sonda əsərlərinin də uğurlu alınır. Bilirəm ki,tərifi də sevmirsiniz,amma yazılarınız qarşı tərəfə güclü hisslər bəxş edir ,bu sizin ən əsas bacarıqlarınızdan da biridir 🙏🏻🪽

  24. Baln_7

    @Baln_7

    25 iyun 25, 21:50

    Fikirləriniz o qədər gözəldir ki,heyran olmamaq əldə deyil.Həqiqətən bu tərzdə yazıların davamı gəlməlidir.

  25. Mehin

    @Mehin

    25 iyun 25, 21:50

    Bezi insanlar dedikleri sozlerin ferqine varmırlar.Ancaq biz dediyimiz her sozu analiz etmeliyikki eşidende ne tesir gosterecek

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      25 iyun 25, 21:55

      Analiz qabiliyyəti də yaxşı olan insanlar məncə elə sözlərinə yiyə durmuş insanlar olur

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol