Cəhənnəmin Xəritəsi

Cəhənnəmin Xəritəsi

Cəhənnəmin xəritəsi:

Əsər müəllifin əvvəlki kitabı olan “Allahsızlar Şəhəri”nin davamı və ya bir növ cavabı kimi başlayır.“Allahsızlar şəhəri” kitabını oxuyan şeytan əsəbiləşərək qışqırır: “Bu nə kitabdır mənim haqqımda yazılıb? Axı insanların mənimlə dərdi nədir? Səhvlər edir, günaha batırlar, amma özlərindən başqa hamını günahlandırırlar. Gücləri çatmayan adam olanda da günahı Şeytanın üzərinə ataraq məsuliyyətdən qaçmağa çalışırlar. Belə olmaz, gərək bu kitabı yazan yazıçını tapım, görüm mənimlə problemi nədir?” Bunu deyib insanların yaşadığı dünyaya yollanır. Bakı şəhərində gəzdiyi zaman yadına öz uşaqlığı düşür, bir vaxtlar o da yazıçı olmaq istəyirdi, amma dünyadan qovulduqdan sonra işlər bir-birinə qarışmış, bu arzusu ürəyində qalmışdı.

Kitab eksperimental üslubda yazılıb. Yazıçı klassik süjet xəttindən kənara çıxaraq müxtəlif janrları və povest texnikalarını bir araya gətirib. Real və mistik qatlar arasında sərhəd yoxdur. Hər şey qeyri-müəyyən, hər şey tanış, amma bir o qədər qəribədir. Hər bir hekayə oxucunu sarsıdır, çaşdırır, düşündürür. Bu kitab özünə rahat cavablar axtaran, şeytanı uzaqda görüb vicdanını təmizləməyə çalışan oxucu üçün deyil. Sual verməyə cəsarəti olan, öz içindəki qaranlıqla üzləşməyə hazır olanlar üçündür.

Bir cəhənnəm varsa, onun xəritəsini yalnız orada yaşamış birisi çəkə bilər... Və bu dəfə o yazır.

Şərhlər (12)

  1. Xəyalpərəst

    @Xəyalpərəst

    11 sentyabr 25, 22:59

    Tezliklə oxumaq ümidi ilə💫💙

  2. Qəbələ Azerbaycan

    @Qəbələ Azerbaycan

    04 sentyabr 25, 19:40

    Məni bu kitab çox maraalandırdı mən bunu tezliklə oxumaq istəyirəm.

  3. Altunay Nuri

    @Altunay Nuri

    02 avqust 25, 12:55

    Çox maraqlıdır. İnşallah tezliklə oxuyarıq

  4. Gövher

    @Gövher

    14 iyul 25, 22:11

    Çox fantastik görunur,ümid edirem tezlikle oxuyariq ☺️

  5. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 01:34

    İnşallah bir gün oxuyub fikir bıldırərəm

  6. ramil

    @ramil

    04 iyul 25, 08:57

    Ən çox diqqətimi çəkən kitablarınızdan, biridə budur.

  7. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyun 25, 14:28

    İnşallah bir gün oxuyub fikirlərimi bildirərəm🧚🧚🧚🧚

  8. Fatimə Bayramova

    @Fatimə Bayramova

    17 iyun 25, 22:59

    Bu kitab da mənə maraqlı gəldi, oxuma listimə əlavə edəcəm

  9. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:01

    Bu kitabın üz qabığını ilk görərkən öncəliklə təəccüblənmişdim, lakin tərkibini oxumağa başladıqda fikrim tamamilə dəyişmişdi. Digər kitablarınıza bənzər məqamlar olsada özünəməxsus dərinliyi var idi. 

  10. Feride

    @Feride

    11 iyun 25, 12:18

    Başlıqdan maraqlı görünür , görəsən özü necədir 🤯

  11. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    08 iyun 25, 23:06

    Bu kitab mənə doğmadır. Çünki, ilk oxucularındanam. Bir kitab düşünün həm güldürür həm düşündürür. Nəzərinizə çatdırım ki, kitab Allahsızlar şəhərinin 2-ci hissəsi kimi gedir. Yalan nə deyəcəm mən şeytan obrazını sevdim 😄😄😄

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      18 iyun 25, 14:26

      Kitab haqqında fikrim yoxdu çunki oxumamışam görməmişəm.Ona görə rəyimi sizin cavabın üzərindən yazdım.Deyəsən şeytan obrazı çox maraqlı olub.Gülürsüz😊Bizə də qismət o şeytanı tanımaq

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol