Güzgüdəki Qız

Güzgüdəki Qız

Uraqanın bu kitabı hələ heç yerdə yayınlanmayıb


Mövzusu:

Azərbaycan kimi bir cəmiyyətdə sadəcə yazıçı olmaq kifayət etmir. Gərək yazmaqla yanaşı, yazdığın kitabı satmağı da bacarasan. Bu kitabda Uraqan yalnız yazıçı kimi deyil, eyni zamanda öz kitabını satmağa məcbur qalan bir yazıçı kimi qarşımıza çıxır. Əsər bir yandan satışla bağlı qeydləri ehtiva edir, digər tərəfdən isə psixoloji və simvolik səviyyədə maraqlı bir münasibətin başlanğıcına işarə edir. Müəllif satış texnikasını öyrənmək və həyatını davam etdirmək üçün satıcı işləyərkən gündəlik qeydlər aparır. Bu qeydlər zahirən sadə görünür, amma içində həm satıcı peşəsinin gülməli tərəflərini, həm də yazıçının daxili dialoqlarını ehtiva edir.

Kitabın əsas simvolik fiqurlarından biri isə güzgüdə gördüyü qızdır. Bu qız nə klassik sevgi obrazıdır, nə də təsadüfi tanış... Onların arasında romantik münasibət deyil, daha dərin, qəhrəmanın adlandıra bilmədiyin bir bağ formalaşır.

Əsərdə qadın psixologiyası, xüsusən də, toksik davranış modelləri ələ alınır – amma bu nə qərəzli, nə də səthi şəkildə təqdim olunur. Əksinə, müəllif müşahidəçi kimi davranır, gördüyünü yazır, oxucuya isə nəticə çıxarmağı həvalə edir. Bəzən ironik, bəzən isə düşüncəli tərzdə yazılan bu hissələr kitabı oxucu üçün həm əyləncəli, həm də psixoloji yöndən maraqlı edir.

“Güzgüdəki qız” Azərbaycan reallığında yazıçı olmağın nə qədər çətin və çoxqatlı bir proses olduğunu göstərən kitabdır. Oxucu burada yalnız bir hekayə deyil, həm də bir yazıçının özünü ifadə etmək və yaşamaq uğrunda apardığı mübarizənin səssiz izlərini görür.

Şərhlər (9)

  1. Qonaq Əlizadə Fəxriyyə

    @Qonaq Əlizadə Fəxriyyə

    27 fevral 26, 01:26

    Salam oxumuşam yarıya kimi maraqlı kitabdır.

    Amma davamı yoxdu deyəsən ya var mən tapa bilmədim🤔

    1. Uraqan

      @Uraqan

      07 aprel 26, 15:51

      Davamı da var. Kitab bitib

  2. Qonaq Xədicə

    @Qonaq Xədicə

    17 yanvar 26, 14:19

    Maraqlı kitabdır

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 01:37

    Oxumaq diləyi ilə

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyun 25, 14:35

    Hər sayta daxil olanda bir maraqlı məqamla qarşılaşıram.Ya diqqət etməmişəm ki görməmişəm yada düzgün istifadə etmirdim saytdan.Güzcüdəki qız.Adı çox xoşuma gəldi yəqin ki içindəki yazılarda insana ruhunu oxşuyan olar

  5. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:03

    Bu kitabın pdf ni tapa bilmədim, amma ilk fürsətdə oxuyub fikirlərimi paylaşmaq istəyirəm. Çox diqqəti cəlb edir. 

  6. Feride

    @Feride

    11 iyun 25, 12:18

    Aha bax bu lap maraqlı gəldi mənə

  7. Aytac

    @Aytac

    03 iyun 25, 20:50
    Kitab niye oxunmur?Yada nece oxuyya bilərəm
    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      17 iyun 25, 22:56

      Deyəsən, burada ancaq kitablar nümayiş olunur. Ancaq oxuna bilənlər hələ ki,"27 yaşıma qədər" və yeni yayımlanan "Kəpənək"-dir

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol