Oyuncaq mağazası - Aylin Qasımzadə

Oyuncaq mağazası - Aylin Qasımzadə

Fuad yatmamaqdan şişmiş gözlərini ovuşdurub dəhşətlə çarpayının üstündə peyda olmuş məktuba baxırdı. Bu naməlum məktub ona qəribə hisslər verirdi və sanki onu açmağa cəsarət edə bilmirdi. Sonunda dərin nəfəs alıb məktubu açdı. Amma içindəki yazılar məktubun özündən daha təəccüblü idi.


"Ananı geri qaytarmaq istəyirsən? Onda bu gün gün batmadan arxa binadakı oyuncaq dükanına gəl. Bu sənin son şansındır."


Hə... Yəqin bu bir zarafat idi. Axı bu məktubu bura kim qoymuşdu? Anası artıq iki aydır ki, itkin düşmüşdü. Nə bir iz, nə də bir cəsəd. Anasından geriyə heç nə qalmamışdı. Ən qorxulusu isə o idi ki, sanki anası heç vaxt mövcud olmamışdı. Paltarlarının qoxusu, ətiri, hətta yastığı belə yad gəlirdi.


İndi belə bir fürsəti əldən qaçırmaq olardımı? Yox, yoxlamaqdan zərər gəlməzdi.


Fuad özünü toparlayıb tələsik çölə çıxdı. Məktubda deyilən yeri burada yaşayan hər kəs tanıyırdı. Bu dükanda bir əli olmayan, gözü düşmüş köhnə oyuncaqlar olurdu. İçərisi həmişə qaranlıq olur, heç kim oraya nə girərdi, nə də çıxardı. İndi isə Fuad bu qorxunc yerə getməyə məcbur qalmışdı.


Oyuncaq dükanının qarşısında durub dərin nəfəs aldı və içəri girdi. Qapının açılması ilə üstündəki zəng bərk səsləndi. Fuad narahat olub geri qayıtmaq istədi. Amma artıq hər şey üçün çox gec idi.


Başını yavaşca qaldırıb qarşısındakı adama baxdı. Onu görən kimi qaçmaq istədi, amma qapı artıq kilidlənmişdi. İri, şüşəyə bənzər gözlü bir adam yavaşca güldü.


"Bura gəl."


Adamın pıçıltılı səsi ilə Fuadın özündən asılı olmayaraq addım atması bir oldu. Cibindən məktubu çıxarıb adama uzatdı.


"Mən... bunu evimdə tapdım. Burada yazılıb ki, siz anamı qaytara bilərsiniz."


Şüşə gözlü adam məktubu alıb bir çəkməcəni açdı. İçində onlarla buna bənzər məktub vardı.


"Neçə yaşın var, Fuad?"


"On... On yeddi, cənab."


"Ananı çox sevirsən, eləmi?"


"Bəli. Elədir."


"Onda yaxınlaş."


Fuad adamın gözlərinə baxmaqdan çəkinirdi. Amma məcbur olaraq ona yaxınlaşıb dayandı. Adam arxasındakı şkafdan bir qutu çıxarıb Fuadın qarşısına qoydu və qapağını açdı. İçində gördükləri Fuadı az qala lal etdi.


Qutuda Fuadın uşaqlıq oyuncaqları vardı: partlamış topu, qırılmış maşını, parça ayısı... Amma ən çox diqqətini çəkən uşaq vaxtı onsuz yata bilmədiyi, mavi şlyapalı parça oyuncağı idi. Bir qolu düşmüş, gözü də az qala yerindən çıxmışdı.


Adam başqa bir çəkməcədən iynə və ip çıxartdı.


"Əgər bu oyuncağı tikərsənsə, ananı sənə qaytaracağam."


Fuad bir söz demədən iynə və sapı əlinə aldı.


Birinci tikişdə anasının uşaq vaxtı hər gecə ona oxuduğu laylanı unutdu.

İkinci tikişdə hələ də saxladığı ad günü hədiyyəsini.

Üçüncü tikişdə anasının yeməklərinin dadını unutdu.


Tikiş etdikcə keçmişə aid hər şey uçub getdi. Bütün xatirələr, sanki heç yaşanmamış kimi silindi. Hətta anasının adını belə xatırlamırdı.


Fuad ruhunun oyuncağın içində ilişib qaldığını hiss etdi. Dodaqlarından bərk bir qışqırıq qopdu.


Artıq hər şey bitmişdi. Onun ruhu oyuncağın içindəydi.


Şüşə gözlü adam onu əlinə alıb vitrinə qoydu. Fuad şüşənin arxasından çölü seyr edə bilirdi. Bir qədər sonra dükanın qabağından bir qadın keçdi. Amma Fuad o qadının anası olduğunu heç vaxt bilmədi.


Şərhlər (25)

  1. XeYka

    @XeYka

    14 iyul 25, 03:29

    Oyuncaqlar, Hissiz Bilib atıb, tullayıb, qırıb, qopardığımız oyuncaqlar əslində uşağlığımızın ən gözəl hissləri idi. 

    Hekayə Maraqlı idi... Uğurlar....)

  2. AytenCelilova

    @AytenCelilova

    25 iyun 25, 23:38

    Maraqlı bir hekayə idi.Birazda qorxuducu oldu doğrusu.😄Amma həqiqətən maraqla oxudum.Uğurlar💫

  3. Çiçək

    @Çiçək

    18 iyun 25, 23:59

    Qəribə və təsirli bir hekayə idi, maraqlı həm də bir az qorxulu😅

    Sonra özünü fəda etdiyi anasını görə bilməməsi..

  4. Tərgül Quliyeva

    @Tərgül Quliyeva

    18 iyun 25, 19:06

    Maraqlı və düşündürücü hekayədi.

  5. SİMURQ

    @SİMURQ

    18 iyun 25, 13:27

    Gözlənilməz sonluqla bitən maraqlı bir hekayə idi. Əslində buna bənzər bir hekayəyə ibtidai sinifdə oxuyarkən rastlaşmışdım, amma bəzi fərqli məqamlar vardı. Orada uşaqlar ailələrindən çəkindiyi üçün bir oyuncağı gizlincə götürüb evə aparırdılar amma peşman olub mağazaya qaytarmaq istəyərkən, ailələrini yol qəzasından itirdiklərini öyrənirlər. 

  6. Aytac

    @Aytac

    18 iyun 25, 11:29

    Dəyər  verdiyi birini geri qaytarmaq üçün özünü fəda edəcək qədər cəsarətlidir Fuad.

  7. Sitarə

    @Sitarə

    18 iyun 25, 06:13

    Təsirli olsa da,maraqlı hekayə idi.💫

  8. Aytac Quluzadə

    @Aytac Quluzadə

    17 iyun 25, 23:48

    Sonunu belə gözləmirdim))

  9. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    17 iyun 25, 23:35

    Dukana gedendə  sonunu belə olacağını gözləmirdim..Təsirli idi 😔

  10. Sunay Məmmədova

    @Sunay Məmmədova

    17 iyun 25, 23:15

    Bəzən elə arzuların olur ki, onların xətrinə bilmədən özünü qurban verərsən)

  11. Fatimə Bayramova

    @Fatimə Bayramova

    17 iyun 25, 23:15

    Bütün bədənimdə hiss elədiyim qorxunu,həyacanı. Uğurlar...

  12. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyun 25, 23:14

    Kaş ki bu hekayədəki kimi keçmişimin acı xatirələrini bir bir unudan sehirli bir oyuncağım olsaydı.

    Hekayə gəldikdə elə bil qorxu filmi izlədim.Həyəcan təlaş qəm qüssə sondakı hüzün dolu an 😥

  13. Aişə Abdullayeva

    @Aişə Abdullayeva

    17 iyun 25, 23:11

    Ağlayacaqdım rəsmən... Üstü örtülü şəkildə bir mesaj aldım amma. Öz işlərimizdə o qədər həbs olmuşuqki artiq anamızın nə səsini nə qoxusunu nə varlığını... Heç birini hiss etməyəcək deərəcədə uzaqlaşmışıq... 

  14. Feride

    @Feride

    17 iyun 25, 23:10

    Urqan müəllim gecə vaxdıdı ,bu nədi qorxu filmi kimi valklah gecê  yuxuda görəsiyik 😂 . Anabəl deyə qorxu filimi var idi , elə ona oxşayır . 

    1. Feride

      @Feride

      17 iyun 25, 23:12

      Burda yanımda oyuncaq ayıynan yatıram , gecə gecə ürəyim gedəsidir 😂

      1. Aylin Qasımzadə

        @Aylin Qasımzadə

        18 iyun 25, 16:04

        Oyuncağınız itsə onu axtarmaq maragına düşməmənizi tövsiyə edirəm😂

  15. SİRİUS

    @SİRİUS

    17 iyun 25, 23:09

    Çox  qəribə bir hekayə idi. Biraz fantastik biraz adrenalin ,baş qarişdirici . Ama maraqlı idi. 

  16. Musayeva Aydan

    @Musayeva Aydan

    17 iyun 25, 23:06

    Məndə diksinmə kimi hiss oyatdı qəribə idi 

  17. Səma

    @Səma

    17 iyun 25, 23:04

    Tam da axtardığım tərz. Çox maraqlı və tamam fərqli bir hekayə. İnsana fərqli hisslər bəxş etdi. Amma sonu bir az üzücü oldu. Anasını tanımaması bir az pis təsir elədi. Bu tərz hekayələrin davamını səbirsizliklə gözləyirəm.

  18. Təmraz

    @Təmraz

    17 iyun 25, 22:56

    Sonu çox heyrətamiz oldu. oxuduqca insan kəm-qədər ilə qorxunu birgə yaşayırdı sanki

  19. Ümüd

    @Ümüd

    17 iyun 25, 22:55

    Çox bəyəndim,ardı gəlsin.Həm də kədərləndim.Uğurlar arzulayıram gənc yazarımıza

    Bunu silsilə olaraq Fuada gələn məktub adı ilə animasiya edərək sərgüzəşt tipli videolar hazırlamaq olar

  20. Xədicə Həmid

    @Xədicə Həmid

    17 iyun 25, 22:55

    Hekayəni oxuduqca qəribə hisslər yarandı... Həm qorxu, həm təlaş, həm də qəm-qüssə. Hekayədə anime abu-havası var. Bir anime süjetini mənə xatırlatdı

  21. Fatima

    @Fatima

    17 iyun 25, 22:55

    Bu hekayə sanki uşaqlığın unudulmuş qaranlıq bir küncünü oyadır. “Oyuncaq mağazası” sadəcə bir yer deyil – keçmişin, ağrının və insanın yaddaşla bağ qurma səylərinin rəmzidir. Fuadın anasına qovuşmaq istəyi ilə yaddaşını addım-addım itirməsi oxucunu dərin düşüncələrə qərq edir. Şüşə gözlü adam və vitrin detallarında gizli metaforalar var – ruhumuzun bəzən hansı qutularda kilidləndiyini göstərir. Qorxulu olduğu qədər emosionaldır. Axırda Fuadın vitrin arxasından anasını görməsi və tanımaması – hekayənin ən güclü, ən acı nöqtəsidir. Bu, sadəcə bir qorxu hekayəsi deyil, bir yaddaş və kimlik dramıdır.

  22. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    17 iyun 25, 22:54

    Ayda.... çox pis təsir elədi axı...

  23. Xəyalpərəst

    @Xəyalpərəst

    17 iyun 25, 22:52

    Oyuncaq ayılarımdan qorxmağa başladım😬

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol