Hər göz yaşı, bir hekayədir - Ruh.Antares

Hər göz yaşı, bir hekayədir - Ruh.Antares

Düşündüklərim və yaşadıqlarım bir-birinə qarışmışdı. Beynimdə isə həmişə bir sual var idi:

Niyə məhz insan bu qədər əziyyətə qatlaşmalıdır? Buna səbəb olan nədir?



"Bəlkə də insanı yavaş-yavaş öldürən, düşündüyü şey deyil, düşündüyü şeyi çox düşünməsidir."



Adicə bir metroya, maşına və ya avtobusa minirsən. Görmək istəməyəcəyin şeylərin şahidi olursan. Təbii ki, bunları da hər kəs görə bilmir.

Bəzi insanlar var ki, sadəcə baxır. Bəzi insanlar isə baxmaqla kifayətlənmir, baxmaqla birlikdə görür.


"Sən demə əvvəllər sadəcə baxırmışam. Görmək isə tamam başqa bir şey imiş..."


Belə hadisələrlə dəfələrlə rastlaşmışam.

Məsələn, üç gün əvvəl avtobusda təxminən 16-17 yaşlarında bir qızın ağladığını gördüm. Səbəbini soruşduqda sevgi məsələsi olduğunu dedi.

Bir qədər düşündüm. Amma axırıncı dəfə nə vaxt ağladığımı xatırlaya bilmədim.

Sevgi sizcə də bu qədər əzab verici bir şeydirmi?


Əslində, bəli, elədir. Ancaq əzab verdiyi qədər də xoşbəxt edir...


Ağlamaq, sadəcə insanın üzərindəki yükü bir az azaltmağa kömək edən bir vasitədir.



Təxminən saat 23:30 idi. Gecə yarısına bir az qalmışdı. Həmişəki kimi işdə idim. Hər şey adi görünürdü.

Mənə ayrılmış ərazinin bir hissəsini təmizlədikdən sonra çay içmək üçün mətbəxə endim. Bu qısa fasilə mənə yaxşı təsir etmişdi.

Düşüncələr isə həmişəki kimi qarışıq idi. Hətta nə düşündüyümü belə özüm də dəqiq bilə bilmirdim.


Çayımı tez bitirib uşaqların yanına getdim ki, bir az fikrim dağılsın. Amma qarşılaşdığım mənzərə həm çox tanış, həm də çox yad idi.

Mənə yaxın bir dostumun ağladığını gördüm. Amma məni görən kimi tez gözlərini sildi, sanki heç ağlamırmış kimi.


Mən də sakitcə bir stul çəkib oturdum. Bir siqaret yandırdım və ona baxaraq fikrə getdim. Düşündüklərim heç də xoşagələn şeylər deyildi.

Beynimdə suallar fırlanmağa başladı. O suallar ki, heç bir zaman cavabını tapa bilmədim...


O qədər problemlər yaşadım. O qədər hisslər, depressiyalar, əziyyətlər gördüm.

Amma ağlaya bilmədim...


İkinci siqareti yandırdım. Amma yenə nəticə dəyişmədi.


Siqaretimi çəkib ayağa qalxdım.

Düşüncəm artıq stabilləşmişdi və mən həqiqəti qəbul etmişdim...


Dostumun çiyninə əlimi qoyub, sakitcə mızıldandım:



"Bəlkə də insan ağlaya bilirsə, hələ də xoşbəxtdir.

Elə insanlar da var ki, ağlaya bilməyəcək qədər yorğundur..."



Şərhlər (24)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    01 avqust 25, 09:19

    Oxuduqca sanki susqun bir filmin içində irəlilədim... Hər səhnə tanış, amma hər cümlə içində bir az da yad gəldi. "İnsan ağlaya bilirsə, hələ də xoşbəxtdir" bu fikrə toxunmamaq olmur. Bəzən doğrudan da içində o qədər şey sıxışıb qalır ki, ağlamaq tək çarə kimi gəlir.

  2. Aytac Quluzadə

    @Aytac Quluzadə

    30 iyun 25, 11:07

    Bəli bizi məhv edən məhz bu qədər düşünməkdir. Ağlaya bilirsənsə deməli hələ də duyğuların var ama ağlaya bilməmək duyğuların məhv olmasıdır,ruhun çökməsidir

  3. Asuela

    @Asuela

    19 iyun 25, 13:36

    ağlaya bilmek hele de xoşbext olmaqdır
    bezen susmaq,bezen sadece baxmaq..
    demeli,duyğular tekce danışmaqla deyil,paylaşılmaqla da yüngülleşir..
    teşekkürler🥰

    1. ramil

      @ramil

      01 avqust 25, 04:32

      Bəli tamada elədir,paylaşdığın insandan da çox şey asılıdır,bəzi şeylər varki,paylaşmaqla çoxalar,bəziləri isə azalar ....

  4. Fatima

    @Fatima

    19 iyun 25, 12:29

    Bəzən insanlar danışa bilmədiklərini yazırlar. Hiss etdikləriniz, müşahidə etdikləriniz çoxlarına tanışdır, amma az adam bunu bu qədər dürüst və incə dillə ifadə edə bilir.

    "İnsan ağlaya bilirsə, hələ də xoşbəxtdir" — bu cümlə çox şey izah edir…

    Çünki bəzən insan tükənir, hissizləşir, hətta göz yaşları belə onu tərk edir.

    Yazın üçün təşəkkürlər. Həm düşündürdü, həm də duyğulara toxundu. Uğurlar

  5. Sitarə

    @Sitarə

    19 iyun 25, 06:32

    Əvvəllər çox düşünən insan kimi deyə bilərəm ki, hər şeyi düşünmək əzab və yorğunluqdur.Sərbəst yanaşamaq ,fikirlərini ifadə etmək adamı rahatladır.✍️

    1. ramil

      @ramil

      01 avqust 25, 04:33

      Əzab belə,bir hikmətdir )

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    19 iyun 25, 04:47

    Heç kim hər zaman güclü ola bilməz.
    Bəzən yorulmaq da, ağlamaq da, dayanmaq da insani hisslərdir.
    Səni zəif edən bunlar deyil — səssizcə ayaqda qalmaq cəsarət tələb edir.
    Unutma, sağalmaq zaman istəyir. Özünə vaxt ver. Özünə inamla yanaş.
    Bu, bir son deyil bu, sadəcə bir nəfəsdir...

  7. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    19 iyun 25, 02:03

    Bəli tamda doğrudur bizi məhv edəndə elə budur çox düşünməyimiz. Sevfi insana əzab verir o cümlə çox düzdür bir gün hamı o əzabı əlbəttə dadacaq dünyanın qanunu budu. Bəzən ibsan nəqədər pis olsada gözündən 1 damlada yaş düşmür düyümlənir sanki boğazı hemnə deyə bilmir sadəcə susur bax o zaman anlıyırsan çökdüyünü

  8. Çiçək

    @Çiçək

    18 iyun 25, 23:52

    Məncə insan çox düşünməməlidir heç nəyi. Düşünsən nə dəyişəcəkki?

    Bizi həm kecmişimiz həm də gələcəyimiz düşündürür. Keçmişimizdə peşmanlıqlarımız, gələcəyimizdə nələr olacağı.

    Amma mənə görə kecmiş keçmişdə qalıb. Onu düşünərək niyə özümüzə əzab verəkki? Dəyişməyəcək sonuçda. Ağlayım, bir neçə dəqiqə fikirləşim və ders çıxardım birdə düşünməyim

    Gələcəklədə bağlı gələcəyimizi düşünürüksə düşündüyümüz vaxtı ondansa gələcəyimizin daha yaxşı olması üçün çalışsaq daha yaxşı olar.

    Və məncə insan gülməyi bacardığı kimi ağlamagıda bilməlidir. Biz sevincimizi gülərək ifadə ediriksə, kədərimizidə ağlamaqla ifadə edirik. Və ağlamayıbda içimizə atsaq onda isə bizdən zamanla sevincimizi almağa başlayır)

  9. İslam

    @İslam

    18 iyun 25, 21:11

    Bəlkə də içinizdə bir “siz” daha var və bütün o göz yaşlarını sizdən xəbərsiz edən bir sizdir. 

  10. sevinc

    @sevinc

    18 iyun 25, 20:45

    "Bəlkə də insanı yavaş-yavaş öldürən, düşündüyü şey deyil, düşündüyü şeyi çox düşünməsidir."

    Necə sadə amma dərin mənalı cümlədir🥲

  11. Fatimə Bayramova

    @Fatimə Bayramova

    18 iyun 25, 20:26

    Mən fikirləşirəm ki,ağlamaq da gülmək kimi normal duyğudur. Amma təbii ki,hər şeyin çoxu zərərlidir. Yerində gülmək,yerində də ağlamaq insanı duyğulardır

  12. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyun 25, 20:12

    Bəlkə də insan ağlaya bilirsə hələ də xoşbəxtdir...

    Əslində bu da bir bahənədir.Kövrək insanların bəhanəsi...Yəni bu mənim düşüncəmdi.İnanmıram ki hər ağlaya bilən xoşbəxtdir.Onun xoşbəxtliyi sadəcə ruhunun biraz sakitləşməsidir.Dinclik tapmasıdır.

    Problemlər yaşadınız əziyyətlər gördünüz ağlaya bilmədiniz.Heç də üzülməyin ağlaya bilmədiyiniz üçün.Allah kimsəni ağlatmasın...

    Bəlkə də elə bir anınız olar ki bu duyğu ixtiyarsız şəkildə baş verər.Və o duyğunun yalnız və yalnız sevincdən olması diləyilə...✨✨✨✨

    Çox gözəl rəylər yazılıb sizləri də ürəkdən alqışlayıram👏👏👏

  13. Səma

    @Səma

    18 iyun 25, 18:35

    Bəlkə də insanı yavaş-yavaş öldürən, düşündüyü şey deyil, düşündüyü şeyi çox düşünməsidir. 

    Çox düşünmək... Xüsusilə də gecələri. Bu əslində bəzən zəiflikdən deyil də həddindən çox yaxşı olduğundan irəli gəlir.

    Ona görə də əgər hələ də ağlaya bilirsənsə, deməli xoşbəxtsən. Çünki hisslərin ölməsi və insanın içində boğulması hər şeydən daha çox acı verir...

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      18 iyun 25, 20:28

      Bəli,çox düşünmək yorur ,amma çox da düşüncələrə boğulmamaq lazımdır 😔❤️‍🩹

  14. AytenCelilova

    @AytenCelilova

    18 iyun 25, 18:27

    Ağlamaq...Bəzilərin ağlamaq kimi gördüyü,bəzilərinin isə bir yüngülləşmək,rahatlamaq kimi gördüyü birşeydir.Ağlamaq istəyibdə(rahatlamaq istəyibdə) bunu edə bilməmək çox yorğun bir hisdir(ifadə edə bilməyəcəyin bir hiss).Necə ki sevincdən ağlayan bir insan,sevincindən danışa bilmir,ürəyi dolu olduğu halda və başlayır ağlamağa buda elədir amma bu halın əksinə kədərli birşey üçündür bu hiss.Hərşeyin əksinə deməyə söz tapmamaqdır.Əvvəllər kiçik şeylərə görə ağlayanda özümü dünyanın ən yorğun insanı kimi görürdüm taaki indiki mənim ağlamaq istəyibdə,ağlaya bilmədiyimi görənə kimi.Onu öyrəndim ki, artıq ağlamaq sıradanlaşıb mənim üçün və onuda öyrəndim ki,əsil yorğun o insandır ki, ağlamağa belə taqəti qalmayıb,hərşeyi belə olmalıymış kimi qəbul edib yola verəndir əsil yorğun.Ağlaya bilməmək yorğunluq əlamətidir və Allah heç bir kəsi ağlamaq istəyibdə ağlaya bilməyəcəyi bir hala salmasın.Həyatınızda uğurlar özünüzü xoşbəxt aparın bu azda olsa bəlkə rahatladar.🌟

  15. Feride

    @Feride

    18 iyun 25, 17:39

    Ağlaya bilmir hə , bəlkê daha ruhunda ağlamağa belə hey qalmamışı , bəzən insan ağrı yaşayanda ağlayar ama hamıdan çox ağrı yasayanlar əsla ağlamaz onlar artıq öyrəşiblər yanmağa 🔥

  16. Aytac

    @Aytac

    18 iyun 25, 17:37

    bəlkə də ağlamaq – hiss edə bilər, insan qala keçir, qəlbinin susmadığını göstərir. Və bu cür yaşamaq – bəli, xoşbəxtlikdir. ✨️

  17. Sunay Məmmədova

    @Sunay Məmmədova

    18 iyun 25, 17:24

    "Bəlkə də insanı yavaş-yavaş öldürən, düşündüyü şey deyil, düşündüyü şeyi çox düşünməsidir."-çox dərin mənaya malikdir, bütöv bir insanın daxili tükənmişliyini ortaya verir. 

    "Bəzi insanlar var ki, sadəcə baxır. Bəzi insanlar isə baxmaqla kifayətlənmir, baxmaqla birlikdə görür."-baxmaq və görmək arasında ki, incə fərq✨ bu cümlələr insanda içindəki hissi oyadıb, onu düşüncələrə daldırır...

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      18 iyun 25, 20:27

      Eynən,bu misralar mənim də diqqətimi çəkdi və haq da verirəm. Bir şey haqqında çox fikirləşmək insanı yorur

  18. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    18 iyun 25, 17:24

    Ağlaya bilirsənsə deməli duyguların hələ ölməyib. Ya da adiləşməyib. Bəlkə də sadəcə içindən ağlayırsan amma bunun fərqində belə deyilsən. Düşüncələrin əslində bir göz yaşı kimi axıb gedir. Sən isə bunu fərq etməyəcək gədər düşüncəyə düçar olmusan. 

  19. Xədicə Həmid

    @Xədicə Həmid

    18 iyun 25, 17:15

    "Bəlkə də insanı yavaş-yavaş öldürən, düşündüyü şey deyil, düşündüyü şeyi çox düşünməsidir."-bu sözləri qeyd kimi nota aldım... Əslində baxmaq sadəcə tamaşaya baxırmış kimi görmə qabiliyyətidir. Görmək isə, tamaşada baş verənləri anlamaq deməkdir. 

  20. SİMURQ

    @SİMURQ

    18 iyun 25, 15:32

    Siz yazdığınız kimi, insanın əziyyətə qatlaşması ruhun gücünü göstərir, amma əsər bununla ziddiyyət təşkil edir .Orada deyilir ki, bəzən bu əziyyət ruhu yorur, insan ağlaya bilməyəcək qədər yorğun düşür. Siz həm yaşamağa, həm də yorulmağa davam edirsiniz; bu ikisi bir arada üstüörtülü kimi olsa da, əslində həyatın təzadını, insanın mürəkkəbliyini göstərir. Bu ziddiyyət sizin dərindən hiss etdiyiniz həqiqətdir.Yəni hələ də ümid var deməkdir.. 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol