Zamanın fəlsəfəsi - Ruh.Antares

Zamanın fəlsəfəsi - Ruh.Antares

Zamanın fəlsəfəsi 



Zaman deyəndə ağlımıza ilk gələn, axarında axıb gedən, işlərimizi yerinə yetirmək üçün istifadə etdiyimiz bir anlayışdır.




"Sizcə tələsən zamandır, yoxsa insan? Zamandırsa, insan niyə vaxtını səmərəli istifadə etmir, boş-boş şeylərə zaman ayırır? İnsandırsa, bəs bu qədər insan zaman tələsməzkən niyə tələsir?"




•Bəs irəliləyən zamanın sonu varmı?


•Zaman bizim dosdumuzdur,yoxsa düşmənimiz?


•Zaman bizim üçün niyə dəyərlidir?


•Dinimizin(islamın)zamana baxışı necədir?


•Alimlərin,filosofların ,zaman haqqında 


•söylədikləri fikirlər nələrdir?




O zaman, gəlin birlikdə yuxarıdakı suallara və 

zamanın dərinliklərinə enək. Gəlin, keçmişdə zaman haqqında irəli sürülmüş fəlsəfi baxışlara nəzər salaq.




Əslində zaman tələsmir.

İnsan tələsir.

Çünki insan öləcəyini bilir.

Zaman isə sonsuzdur, əbədidir və heç bir yerə tələsmir.


Zaman bəziləri üçün düşməndir, çünki yaşlanırlar, imkanlar əldən gedir.

Bəziləri üçün isə dostdur – yaraları sağaldır, ağrıları unutdurur.


-Bəs zaman bizim üçün niyə dəyərlidir ?


Əslində bu sualın cavabı, həmin zamanın içində nə etdiyimizdən asılıdır.


Əgər sənin bir saat vaxtın varsa və bu vaxtı boş-boş gəzməkdənsə, kitab oxuyaraq və ya inkişaf etdirici bir işlə keçirirsənsə, bu həqiqətən dəyərli zamandır.


Bəzən insanlar boş keçirdikləri zamanı belə dəyərli hesab edirlər.

Çünki onlar məqsədsiz yaşayırlar. Məqsədsiz yaşamaq – zamanı israf etməkdir.



-Dinimizdə zaman;


Quranda Allah Təala zamanın qiymətini çox gözəl bir şəkildə izah edir:

"And olsun zamana! Həqiqətən, insan zərərdədir. Ancaq iman edənlər, saleh əməllər işləyənlər, bir-birinə haqqı tövsiyə edənlər və səbr tövsiyə edənlərdən başqa." (Əsr surəsi)


Bu ayə bizə bildirir ki, zaman içində bir iş görməyən, iman etməyən, yaxşılıq etməyən hər insan ziyan içindədir. Zaman axır, sən isə ya xeyir yazırsan, ya da əli boş qalacaqsan.


-Filosofların zaman haqqında bildirdikləri;


— Aristotel zamana "hərəkətin ölçüsü" deyirdi. Yəni zaman hərəkətsiz bir şey üçün mövcud deyil.


— İbn Sina zamana mövcudluq kimi yanaşırdı və deyirdi ki, zaman Allahın yaratdığı bir ardıcıllıqdır.


— Kant isə zamanın insanın zehni strukturu olduğunu deyirdi. Yəni zaman bizim beynimizdəki anlayışdır.




Nəticədə zamanın fəlsəfəsi sadədir: O tələsmir. Tələsən bizik. Zamanı necə istifadə edəcəyimiz isə tamamilə bizim seçimimizdir.


Zaman, sənin ən səssiz müşahidəçin, ən səbirli yol yoldaşındır. O səni gözləməz, geri də dönməz. Ya onunla birgə irəliləyəcəksən, ya da arxada qalacaqsan.


Unutma; 

Zamanını düzgün idarə edən,həyatınıda düzgün idarə edir.


Şərhlər (19)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    01 avqust 25, 09:17

    Zaman haqqında yazdıqlarınız düşündürücüdür. Ən çox “zaman tələsmir, insan tələsir” fikrinə toxundum çünki doğrudan da, ölümün fərqində olan bizik, yoxsa zaman? Zaman keçmir, əslində insan geridə qalır. Bəlkə də zaman bizə düşmən deyil, biz ona biganəyik. Yazının sonunda dediyiniz kimi zaman səssizdir, amma onunla danışmağı bacaranlar həyatı daha düzgün yaşayır.

    Uğurlar, maraqlı idi 🤍

  2. Saleh Bağıyev

    @Saleh Bağıyev

    30 iyun 25, 00:34

    Çox çox əla şeirdir tövsiyyə eləyirəm belə şeirleri

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    29 iyun 25, 00:20

    Zaman ən önəmli bişeydi  hər an itiririk  qədrin bilək. Zaman əksinə unutdurmur yaraları sağaltmır sadəcə öyrəşirik

  4. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    25 iyun 25, 22:52

    Zamanın nə qədər dəyərli olduğuna biz qərar veririk. Və əməlləri düz olan insanlar ölməkdən qorxmaz. Onlara ölüm başqa bir həyata qapı kimi görünər. 

  5. Asuela

    @Asuela

    25 iyun 25, 12:19

    zamanı israf edirik,sonra da zaman bizi israf edir🤧

    1. ramil

      @ramil

      01 avqust 25, 04:30

      Sözün əçığı biz zamanı israf etmirik,sadəcə əvvəldə düz-səhv yaşayırıq.Bizi yavaş yavaş öldürən isə zamandır,keçən saniyə Kərim ömürdən getdiyini belə hiss etmirik ...

  6. Aytac

    @Aytac

    25 iyun 25, 01:10

    Zaman bizi gözləmədiyi kimi, bəzən də ən yaxın dostumuza çevrilir.

    Zaman — bizi biz edən, formalaşdıran, təkmilləşdirəndir.

    Bəzən isə onun axarıyla yorulur, başımıza gələn hadisələrin bir qisminin günahını məhz zamanın üzərinə atırıq. Düşünürük ki, bəlkə də əgər o — zaman — fərqli olsaydı, nəticələr də başqa cür olardı…

  7. Ayten

    @Ayten

    24 iyun 25, 18:39

    Mükəmməldir, əllərinizə sağlıq ☺️ 

  8. Fatima

    @Fatima

    24 iyun 25, 17:32

    "Zamanın fəlsəfəsi" məqaləsi çox düşündürücü və mənalı yazıdır. “Zaman tələsmir. Tələsən bizik. Çünki insan öləcəyini bilir.” fikri mənə çox təsir etdi – həyatın nə qədər dəyərli olduğunu bir daha xatırlatdı.Əsr surəsinə istinad edilməsi yazıya dərinlik qatır, çünki bu ayə zamanın əslində insan üçün necə bir sınaq olduğunu çox aydın şəkildə izah edir.Filosofların zaman haqqındakı fikirlərinin sadə dillə verilməsi isə mövzunu daha anlaşılan və maraqlı edib.Belə yazılar insanı düşünməyə vadar edir və zamanını necə keçirdiyini bir daha gözdən keçirməyə sövq edir. Uğurlar

  9. Sunay Məmmədova

    @Sunay Məmmədova

    24 iyun 25, 13:09

    Zamanını israf edən, həyatınıda israf edir.

  10. Fatimə Bayramova

    @Fatimə Bayramova

    24 iyun 25, 11:14

    Zaman məsələsi o qədər gözəl mövzudur ki. Uşaq vaxtlarımdan bəri fikirləşirəm ki,biz zamanın döngüsündəyik,yoxsa zaman axıcıdır? Çünki insan hər gün eyni şəyləri etdikcə əvvəl fikirləşir ki,bir növ dövri prosesin içindədir,amma zaman keçdikcə anlayırsan ki,elə deyil

  11. Fəxriyyə

    @Fəxriyyə

    24 iyun 25, 10:38

    Həqiqətən biz insanlar zamanın deyirini bilmirik..Ömürdən gedir..Gözəl yazı idi.. Uğurlar 

  12. Aydan

    @Aydan

    24 iyun 25, 10:36

    Məncədə zaman insan düşüncəsində yaranmış bir anlayışdır 

  13. AytenCelilova

    @AytenCelilova

    24 iyun 25, 09:39

    Çox gözəl ifadə eddiniz.Ya zamanla birgə irəliləyəcəyik ya da zamandan geri qalacayıq.

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      24 iyun 25, 11:15

      Mən də bu fikri bəyəndim ✌🏻

  14. Aynur Yusifova

    @Aynur Yusifova

    23 iyun 25, 22:10

    Zaman anılardan ibarətdir.Yani hazırda keçmiş də var,indi də var ,gələcək də var...

  15. SİMURQ

    @SİMURQ

    22 iyun 25, 22:00

    “Zaman dəyişməz bir axındır, insan isə onun içində seçimini edən yelkən.”

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      24 iyun 25, 11:16

      🫠🌌 Bu fikir də çox gözəl şəkildə vurğulanıb 

    2. ramil

      @ramil

      01 avqust 25, 04:30

      Fikirlərinizi bildirdiyiniz üçün təşəkkürlər 🌟 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol