Ruhun savaşı - Spiritus

Ruhun savaşı - Spiritus

Bir vücud gördüm... Parçalanmışdı, bir gəncin qolu qopmuşdu, digərininsə başı. Ətraf qan içindəydi, havadan qan, nifrət, kədər, nisgil iyi gəlirdi. Ölüm ayağında olanlar xoşbəxt görsənirdilər, sağ qalanlarsa narahat. Qandan, qorxudan çox nigaranlıq, darıxımaq hissi yayılmışdı, artıq çoxu öz doğmalarını unutmuşdu belə. Onları sevən dostları, yaxınları, nəyinki onun yolunu gözləyən qadını hətta özü həsrtəin çəkdiyi qadını belə unutmuşdu. Göydən yağan həzin yağış damlaları içlərindəki alova təsir edə bilmirdi artıq. 

Bitdi... Nəhayət bitdi.

Bu vəhşətdənsə sadəcə geriyə qopub parçalanmış bədənlər qaldı, amma daha dəhşətlisi bilirsən nə idi?

Diri bədənlərdən çıxmış ölü ruhlar. Sahibləri sağ idi, amma yaşamırdılar. Həyatın nə olduğunu unutmuşdular. Onları sadəcə ağrı sağ tuturdu. Yaşam onlara zövq vermirdi...

O qədər tükənmişdilər ki, hətta çökməyə belə taqətləri qalmamışdı, buz bağlamış cəsəd kimi donub qalmışdılar. Üzlərində heç bir ifadə yox idi, amma gözlərinə baxan anda başa düşmək olardıki, içləri qan ağlayır. Hətta nifrət edirdilər, qazandıqları qələbədən nifrət edirdilər, o qələbə uğurunda dosdları, ailələri, sevdikləri və onları sevənlər itirilmişdi. Sükut o qədər güclü idi ki, səs-küydən daha tükürpədici, daha vahiməli idi. Sanki bir sükutdan daha artığı, bir üsyan idi, amma kimə qarşı, nəyə qarşı?

Bilinmir.

Bəlkə də, bu "qələbə" və itgilər yeni gələcəyin açarı, bəlkədə, bir kitabın son təmiz səhifəsi idi...

Şərhlər (16)

  1. İbiş

    @İbiş

    05 yanvar 26, 02:36

    Oxudum, çox əla yazmısız

  2. SİRİUS

    @SİRİUS

    03 avqust 25, 01:35

    Bəzi insanlar sadəcə yaşayır kimi görünür ama ruhları belə yorulub. Yox kimidirlər. Bəzi insanlar yoxdurlar ama var kimidirlər. Hekayə bir həqiqətdir. Uğurlar 💖 

  3. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    25 iyun 25, 22:48

    Yadıma müharibə olan vaxtlar düşdü. Televiziyada oxunan şəhid adları evlərdən gələn ağlama səsləri və atasız qalan uşaqlar... Bu zaman çox düşünmüşdüm bizə o torpaqlar lazım idi? Bu gədər il onlarsız yaşamışıq bundan sonra da yaşaya bilməzdik? Biz oralarsız yaxşı pis yaşıya biridik bəs övladsız qalan ana atalar? Çox düşünmüşdüm bu haqda bəlkə də içimizdə bir parçamız əsir qalacaqdı amma o insanlar hələ yaşayır olacaqdı. Bu hələ də mənim üçün bir sual olaraq qalır. Çox qarşıq mövzudu. 

  4. AytenCelilova

    @AytenCelilova

    25 iyun 25, 19:11

    Oxuduqca müharibə dönəmində keçirdiyim hisslər canlandı gözümün önündə.Hər səfərində həm sevinir anında sevindiyimiz üçündə kədərlənirdik.Çoxları sayələrində qazanılan qələbəni belə görmədən,o sevinci yaşayamadan köçdü bu dünyadan.Ruhları şad olsun,heç bir zaman unudulmayacaqlar.

    💫Uğurların davamlı olsun.Gözəl yazmısan💫

  5. Asuela

    @Asuela

    25 iyun 25, 12:14

    torpaq qazanılır,amma o torpağın altında kimlerin yuxuda olduğunu heç kim unutmasın.. onlar güldüyümüz bugün üçün ağlayanlardır.. yaralı esgerlerin her yarası azadlığın izidir..

  6. Sitarə

    @Sitarə

    25 iyun 25, 06:16

    Müharibə zamanı gördüyüm,yaralı,qan içində olan əsgərlər yadıma düşdü.Gözümüzün özündə aparırdılar,həkimlər təcili qan lazım olduğunu deyirdilər.Hərbi çastın yanında olduğumuzdan bir çox şeylərin şahidi olmuşam.Mən o barıt iyisini,atılan topların vahiməsini hiss etmişəm.Yolda gördüyüm tanklar, onların səsindən,qulağımı tuturdum....Üzərindən çox zaman keçsə də,bəzi şeylər dəyişilsə də, yaşadığımız o hisslər,o zamanlar unudulmur....

  7. Sunay Məmmədova

    @Sunay Məmmədova

    24 iyun 25, 13:11

    Ruh yaralandıqda, bədən sağ qalsa belə yaşama həvəsi qalmır/

  8. Aytac

    @Aytac

    24 iyun 25, 00:16

    "Diri bədənlərdən çıxmış ölü ruhlar. Sahibləri sağ idi, amma yaşamırdılar. Həyatın nə olduğunu unutmuşdular. Onları sadəcə ağrı sağ tuturdu. Yaşam onlara zövq vermirdi."

  9. SİMURQ

    @SİMURQ

    24 iyun 25, 00:01

    "Qələbə dedikləri bəzən sadəcə diri bədənlərdə dəfn olunmuş ruhların susqunluğudur."

  10. ramil

    @ramil

    23 iyun 25, 23:54

    Eynilə rəylərdə vurğulandığı kimi,mənə də döyüşü xatırlatdı...

    19.09.2023

    2-ci antiterror əməliyyatı

    Göz önündə canını Allaha tapşırmış,vətən oğullarını 

    Yaralı əsgərlərimizi...

    Allah şəhidlərimizə rəhmət,qazilərimizə şifa versin🥀

  11. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    23 iyun 25, 23:47

    Müharibə zamanları xatırladım  Ağdamda qalıram mən səslər eşidilir başımızın üstündən qratlar gedirdi . Hətta bizim evimizə də düşmüşdü atılanlardan biri. Həyat sanki sönmüşdü hamı susub danışmır heyvanlar Belə itmişdi.. gündə bir şəhid xəbəri gəlirdi tanımasam belə oturub saatlarla ağlıyırdım..  uşaqlıq xəyalımdı əslində bir əskər olmaq . Ən çətin məsləkdi sevgiklərindən uzaq qalırsan çətinlik çəkirsən ama qürur duyursan. Allah şəhidlərimizə rəhmət eləsin. Qazi yaralılarımıza şəfa versin. Əskərləeiçizə güc qüvvət versin.  Amin.

  12. Musayeva Aydan

    @Musayeva Aydan

    23 iyun 25, 23:36

    Müharibə gedən zamanları xatırladım. Görmədən şəhid xəbərlərinə sarsılırdım. Onu gözləri ilə görənlər nələr yaşayıb bir daha hiss etdirdi yazar gözümdə canlandı.

  13. Fatimə Bayramova

    @Fatimə Bayramova

    23 iyun 25, 23:29

    Ruhumuz daim savaşdadır ❤️‍🩹🪶

  14. Fatima

    @Fatima

    23 iyun 25, 23:12

    Bu parçanın əsas mövzusu insan ruhunun müharibə və faciə sonrası yaşadığı dərin sarsıntıdır. Burada fiziki məhv olmaqla yanaşı, ən qorxunc şeyin ruhun “ölməsi”, yəni insanların içdən boşalması, həyat eşqini itirməsi vurğulanır.Müharibənin gətirdiyi itkilər təkcə bədənlərdə deyil, insanlarda – onların hisslərində, xatirələrində, sevgilərində dərin izlər qoyur. Hətta sağ qalmaq bəzən ən böyük cəza olur, çünki ruhlar artıq həqiqətən yaşamır, yalnız mövcuddurlar, ağrı və nigaranlıq içində.Yazı həm də insanlıq, dəyər və mənəvi bütövlük haqqında böyük bir düşüncədir: biz nə qədər parçalanmışıq, nə qədər itirmişik və qələbə dediyimiz nədir? Niyə bəzən qalib gəlməkdən çox itirmək ağrıdır?Son cümlədə isə gələcəyə bir işıq, yeni başlanğıc üçün ümid görünür — bəlkə də bu faciə, bu “son səhifə” yeni bir həyatın, yeni bir yolun başlanğıcıdır. Mətndə həm də əbədi bir sirr saxlanır — bu “üsyan” kimə, nəyə qarşıdır? İnsan öz içindəki sükutu qırmağa, yenidən doğmağa çalışır, amma bunu necə edəcəyini bilmədən.Bu baxımdan, yazı həm kədərli, həm də düşündürücü, həm də gələcəyə bir çağırışdır. Həyatın ən ağır sınaqlarından sonra ruhun dirçəlməsi üçün sükutdan və əzabdan keçmək lazımdır.

  15. Aynur Yusifova

    @Aynur Yusifova

    23 iyun 25, 22:01

    Oxuduqca müharibə şəraitində yaşanmış hallar canlandı gözümün önündə.Hər qələbədə nə qədər çox sevindiyim bir o qədərdə üzüldüyüm anlar yadıma düşdü.Allah şəhidlərimizə rəhmət etsin.Yerləri cənnət olsun demirəm.Onsuz onlar cənnətlikdir.O isti insanın yadına düşdükcə tükürpədici halları yaşayıb gəlmiş qəhramanlarımıza isə Allahdan can sağlığı ruh yüksəkliyi arzu edirəm.

    Mövzunuzda gözəldi.Mənalı və duyğu vercidir.💫💫💫😊😊😊

  16. Eynalova

    @Eynalova

    23 iyun 25, 21:32

    Yazı tərzinizi,düşüncələrinizi oxumaq mənə xoş oldu.Uğurlar.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol