Daxili Dünyamın Qatili — Simurq

Daxili Dünyamın Qatili — Simurq

Günlərdən sərin bir yay axşamı, amma ayın tarixini xatırlamayacağım qədər unudulması gərək olan bir keçidin içərisində idim. Zehnimdəki düşüncələr kirli bir akvariumdan daha bulanıq görünürdü. Pəncərədən vuran küləklə birgə nəinki pərdə, duyğularımda dalğalanıb dururdu.

İçimdə nəyinsə yarımçıq qaldığını, amma nə olduğunu bilmədiyimi hiss edirdim. Bilirsənmi bu necə bir hissdir? Öz evində yadlaşmaq... Sanki ruhun səni tərk edib, sən hələ də bədənində yaşamağa davam edirsən.

Bəzən problemlər ağır bir tıxac kimi kütləvi olaraq üst-üstə gəldikcə, insan güvən yaradan bir sığınacağa qaçmaq istəyir. Ora isə çoxunluqla daxili dünyamız olur.Amma ya o sığınacaq da dağılmışsa? Ya o dünya da artıq sənə yad idisə? İnsan içində yaşadığı yeri itirəndə, kimin içində dincələ bilər axı?

Lakin, mənim artıq azadlıq üçün getməyi səbirsizliklə gözlədiyim hüzurlu məkanım çoxdan ölmüşdü. Hətta öldürülmüşdü. Bu cinayət üstüörtülü baş vermişdi.

Qatilin kimliyini düşünərkən illərlə çevrəmdəkiləri süzdüm. Bəzilərinə güldüm, bəzilərini günahlandırdım. Amma heç biri yetərincə “şübhəli” görünmürdü. Bəlkə də gözlədiyim tək şey bir etiraf idi. Amma o etiraf heç vaxt gəlmədi.

Mən isə sual işarələrimin cavabının axtarışında idim. Şübhələrim çox zaman məni yanıltmasa da, bu dəfə təxminim yalnış çıxmışdı.Bu, ən ağır hiss idi. Yanıldığımı boynuma almaq. Öz təxminlərimə, hisslərimə,  qurduğum qoruyucu divarlara inandığım bir dünyada — bu dəfə hamısı sanki buxarlanıb havaya uçmuşdu.Qatil əslində gözümün önündə kamuflyaj olmuşdu. Sadəcə mən onu görməməkdə və ya görmək istəməməkdə israr edirdim. Və ya daim başqalarını günahlandırmaq məndə mənfi bir vərdişə çevrilmişdi.Bilirəm, çoxlarına tanış hissdir bu: bir şey pis gedəndə ilk ağlımıza gələn “kim etdi?” sualı olur. Amma heç “mən etmiş ola bilərəmmi?” deyə soruşmuruq. Çünki bu cümlə sarsıdır. Yandırır. İçimizi yandırır,amma... doğrudur.

İnsanların hər mimika və baxışı mənə qıcıq verəcək qədər həssaslaşmışdım.Qarşımdakı insan bir söz deməsə belə, susqunluğu mənə tənə kimi gəlirdi. Bəlkə də mənə heç nə etməmişdi, amma içimdəki səssizlik onları da şübhəliyə çevirirdi. Çünki insan, içindəki boşluğu başqalarından qisas alaraq doldurmağa çalışır bəzən.Həll yolunda irəliləmək istədikcə maneələr məni geri dönmək üçün zorlayırdı.Sanki nə vaxt irəli atılmaq istəsəm, keçmiş əlimdən dartırdı:

“Dayan. Hələ özünlə barışmamısan.”

Mən bu səslə hər gün savaşa girirdim.Amma bu səfər inadımı iradə və səylə birləşdirib bir ipucu tapmaq üçün cəhd göstərməyə qərar vermişdim.Bu dəfə ya cavab tapacaqdım, ya da heçlikdə itəcəkdim. İkisinin arasında daha uzun dayanmağa gücüm yox idi.O ipucu isə qəfildən gəldi.Bir yazı dəftərinin arasında ilişib qalmış kiçik bir kağız parçası. Cəmi bir cümlə yazılmışdı:

"Bəzən səni məhv edən elə sənsən, amma bu sirri gizlətmək üçün hər kəsi şübhəli göstərirsən."

Dilim qurudu. Gözlərim dondu. Əllərim əsdi. O cümlə sanki boğazıma ilişib qalmış bir etiraf idi. Kağızda yazılmışdı, amma əslində ruhuma həkk olunmuşdu. Çünki onu mən yazmışdım.Və unudaraq gizlətmişdim. Elə bil zamanla silinər deyə ümid etmişdim. Danılmaz bir həqiqət olaraq gözlərin bir yaddaşı var. Onlar əsla unudulmaz. Sadəcə səni unudurmuş kimi hiss etdirir. Elə bil hər şeyin pərdəsi aralandı. Həmin cinayətin, iç dünyamın qatilinin, illərlə tapmağa çalışdığım o adamın – mənim özüm olduğum gerçəyi birdən-birə parlaq bir işıq kimi gözümə sancıldı.Məni içimdə öldürən, qorxularım,  susqunluğum və ən çox da özümü incitməyə davam etməyim idi.Güzgünün qarşısına keçdim. Əlimi şüşəyə toxundurdum. Sanki ordakı insanı əzizləmək, başa salmaq, əllərini tutmaq istəyirdim. Çünki o insan illərlə yalnız idi. Bu yalnızlığına “güclü olmalısan” deyərək mən səbəb olmuşdum.

İlk dəfə səssizcə özümə dedim:

— Səni bağışlayıram.

Bu etiraf , bu sadə cümlə bir anda qasırğa kimi əsdi içimdən. O gündən sonra hər şey bir-birindən çox fərqlənmədi ,amma... Yeni bir həyatın bəyaz səhifəsi başladı.Çünki bəzən ən böyük başlanğıclar, özümüzə ən səmimi etirafımızla başlayır.Bəzən yaşamaq üçün… öz içimizdəki qatili basdırmaq kifayətdir.

Şərhlər (12)

  1. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 00:24

    Hər birimiz istəmədən də olsa,əslində öz daxili dünyamızın qatili oluruq,lakin bunu anlamaq ən böyük ruhi inkişafdır

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 23:04

      Mənfiliklərin qatili olmadan müsbətləri yaşada bilmərik

  2. Spiritus

    @Spiritus

    01 iyul 25, 00:35

    İnsan doğulannan ölənə qədər günahkardır. Əsas ganhalarımızı görə bilməkdi və ən çətini özümüzdə güc tapıb özümüzü bağışlamağdı. 

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      03 iyul 25, 00:25

      Razıyam,səhvlərimizi görüb, bacardığımız qədər aradan qaldırmaq, inkişaf etmək lazımdır 

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    30 iyun 25, 16:37

    Bəzən səni məhv edən elə sənsən, amma bu sirri gizlətmək üçün hər kəsi şübhəli göstərirsən."

    İnsan özünə edəni el aləm yığılsa edə bilməz məsəli ağlıma gəldi bu cümləni oxuyarkən.Həqiqətən də elədi.

    Umumiyyətlə sizin yazdıqlarınızın hər birində özümü görürəm.Sanki illərdi məni tanıyırmış kimi məndən danışır məndən yazırsız.İnsani duyğuların hər birini yaşatmağı bacarırsız hər mövzunuzda hər hekayınizdə

    Təşəkkür edirəm🌹

    1. SİMURQ

      @SİMURQ

      30 iyun 25, 17:17

      Diqqətiniz və fikirləriniz üçün təşəkkürlər. Bəli  doğurdan da elədir. İnsanı özündən daha yaxşı heç kim tanıya və zərər verə bilməz. Eyniylə dostun düşməndən daha təhlükəli olması kimi. Birisi kor nişancıdır, digəri isə hədəfi nişan almadan vuracağına əmin olan bir peşəkar. 

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        30 iyun 25, 23:16

        Xoşdu🌹🌹🌹Ürəyinizə əllərinizə sağlıq.🤍🤍🥰🥰

  4. Dərya Qasımova

    @Dərya Qasımova

    30 iyun 25, 13:29

    İllərdi bu suala cavab tapmağa çalışmışam. "Bəlkə günah məndədi"? Əslində biz hər zaman günahı, baş verənləri başqaların da axtarmağa çalışırıq. Amma bir dəfə olsun, dönüb baxmırıq ki, bəlkə elə əsl günahkar biz elə özümüzük. Bura da bir insanın şübhələrlə, qorxularla necə mübarizə apardığı təsvir edilib. İnsan öz səhvini başa düşüb, özünü bağışlamağıda bacarmalıdır. Maraqlı idi Uğurlar 🤍

    1. SİMURQ

      @SİMURQ

      30 iyun 25, 13:42

      Bəli, tamamilə doğrudur. İnsan inkişaf üçün problemin həllini  ilk öncə öz əksində axtarmalıdır. Ondan sonra isə ətrafı ilə bağlı dərin analiz aparıla bilər. Diqqətiniz üçün təşəkkürlər 🙏🏿. 

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        30 iyun 25, 16:39

        Əlbəttə.. Siz sağ olun🙏

  5. Uraqan

    @Uraqan

    30 iyun 25, 13:10

    Bu yaxşı idi. Sizə dediklərimi aradan qaldıra bilmisiniz 🤌

    1. SİMURQ

      @SİMURQ

      30 iyun 25, 13:28

      Təşəkkürlər, bəyəndiyinizə sevindim🙏🏿. 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol