Xəyanət - Spiritus

Xəyanət - Spiritus

Hər bir insan doğulur, zamanla yaşa dolur.

Lakin böyümək üçün təkcə yaş kifayət etmir.

İnsanı, əsasən, yaşadıqları böyüdür.


Bəzən boş qalan cib,

bəzən bir ölünün yoxluğu,

bəzən diriykən içimizdə öldürdüyümüz biri,

bəzən isə arxadan vurulan Xəyanət adlı zərbə...


O zərbə ki,

heç gözləmədiyin anda,

heç gözləmədiyin biri tərəfindən gəlir.

Eynilə ölüm kimi.


İnsan düşünür:

"Bu necə oldu axı? Mən axı ona inanmışdım..."


Bu zərbə bizə – ya sevdiyimiz insan, ya dost,

ya bir ailə üzvü, ya da güvəndiyimiz hər hansı biri tərəfindən gəlir.

Amma qəribədi ki, yad birindən bu acını heç vaxt görmür insan.

Xəyanət həmişə güvəndiklərimizdən gəlir.


Sən demə, bizi böyüdən də elə bu xəyanətlər olurmuş...


İndi – ya da keçmişdə –

daşürəkli kimi tanınan,

qəddar adlandırılan neçə insan var ki,

bəlkə də sadəcə xəyanətin qurbanı olublar.

Və ona görə qəddarlaşıblar.


Çünki xəyanət insanı bərkidir.

İnsanın ruhunu sındırır,

qəlbini buza çevirir,

ən pisi isə – Güvənini parçalayır. 


Sonra yenə kimsə çıxır...

İnsan yenidən güvənir...

Yenə baş verir...

Yenə...

Yenə...

Dəfələrlə baş versə belə,

insan eyni səhvi – bilərəkdən belə olsa – yenə edir.

Çünki güvənsiz həyat olmaz axı...


Bəlkə də, o xəyanətləri hiss etməliyik ki,

o ağrı bizi sarsıtsın,

və xatırlayaq ki, hələ sağıq, yaşayırıq...


Bəlkə də, bu xəyanətlər –

öz səhvlərimizin,

öz içimizdə etdiyimiz xəyanətlərin cəzasıdır?

Bəlkə özümüzə, xəyallarımıza, arzularımıza, məqsədlərimizə xəyanət etdiyimiz üçün bu qədər yanırıq?


Yox... Məncə, bunların bədəli bu qədər ucuz olmamalıdır.

Bu sadəcə həyatın bizə etdiyi kiçik sürprizlərdir...

Şərhlər (21)

  1. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 00:09

    Heç və ya tez anlayırıq ki,qorxduğumuz şeylər başımıza ən güvəndiyimiz biri tərəfindən başımıza gələ bilər. Bir zamandan sonra isə heç kəsə tam şəkildə güvənmək olmadığını başa düşürük😔

    1. Spiritus

      @Spiritus

      03 iyul 25, 23:15

      Amma yenə o səhvə düşürük :) 

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    01 iyul 25, 17:17

    Xəyanət dedikdə insanın ilk ağlına sevdiyi sevgisindən gördüyü gələr.Amma xəyanət yalnızca iki sevən arasında yoxda doğmam bildiyin belə edər.Ən böyük xəyanət isə insanın özü özünə etdiyidir.

    Bəlkə özümüzə, xəyallarımıza, arzularımıza, məqsədlərimizə xəyanət etdiyimiz üçün bu qədər yanırıq?...Necə ki burda qeyd etmisiniz.

    Bax bu xəyanəti nə sağaltmaq nə düzəltmək mümkündür.

    Xəyanət dedikdə insanın ilk ağlına sevdiyi sevgisindən gördüyü gələr.Amma xəyanət yalnızca iki sevən arasında yoxda doğmam bildiyin belə edər.Ən böyük xəyanət isə insanın özü özünə etdiyidir.

    Bəlkə özümüzə, xəyallarımıza, arzularımıza, məqsədlərimizə xəyanət etdiyimiz üçün bu qədər yanırıq?...Necə ki burda qeyd etmisiniz.

    Bax bu xəyanəti nə sağaltmaq nə düzəltmək mümkündür.

    1. Spiritus

      @Spiritus

      01 iyul 25, 18:23

      Nə qədər qaçsaq da, mütləq qarşılaşacağımız bir şeydir xəyanət. Mümkün qədər xəyanətlərdən uzağ qalmağ diləyi ilə :) 

  3. SİMURQ

    @SİMURQ

    01 iyul 25, 15:43

    Hər uğursuzluq qazanc əldə edəcəyimiz, uğurlu yola aparan bir açardır.Mənfi hala qapıldığımız, boşluğa düşdüyümüz an isə əslində yalnızca böyüdüyümüz deyil, həyatın əsl məqsədini dərk edib inkişaf etdiyimiz andır. Həyatın etdiyi yaxşı və ya pis görünən sürprizlər isə əslində xatirələrimizlə təcrübələrimizdir. Sadəcə biz o yaşadıqlarımız soyumayanda onlara başqa yöndən baxıb düşünürük.Zamanla alışaraq əsl mənanı gec və ya tez anlaya bilirik. Elə həmin dəqiqə anlayırıq heç bir hadisəyə gərəyindən çox üzülməmək və ya sevinəməməyi. 

    1. Spiritus

      @Spiritus

      01 iyul 25, 18:24

      Buna isə təcrübə deyilir 

      1. SİMURQ

        @SİMURQ

        01 iyul 25, 19:19

        Əslində təcrübə ilk sadaladığım xüsusiyyətlərə daha uyğundur. Amma sonuncu cümlədə günümüzdə çoxu insanın etməkdə çətinlik çəkdiyi bir sirr var:Duyğuların qarşıyan çıxan hadisələrə uyğun idarə edilməsi. 

  4. Black 🩶

    @Black 🩶

    01 iyul 25, 13:27

    Xəyanət dəyər verdiyimiz o etmez dediyimiz insanlardan gəlir isdər sevgili isdər dost belə misal çəkə bilərəm silahı tutmağı atmağı öyrətdiyimiz insanlar həmin silahla bizi vurur insan dəyər verdikcə dəyərsizləşir sadəcə biz bəzən həyatın qanunudu deyib keçiril😏

    1. Spiritus

      @Spiritus

      01 iyul 25, 18:26

      İnsanın özü özünə etdiyini heç kim edə bilməz. İnsan kiməsə güvənməsə xəyanətdə görməz amma güvənsiz həyat sıxıcı olardı :) 

  5. AytenCelilova

    @AytenCelilova

    01 iyul 25, 11:56

    Bəlkədə həyatın dərs vermək anlayışı budur.İnsan acı çəkərək,xəyanətə uğrayaraq,çətinlik çəkərək dəfələrlə yıxılıb hər səfərində ayaq üstdə dik dayana bilən insan nəyinki möhkəm,qorxusuz olur.Hətta nəticədə duyğusuz biri də olur.Çünkü həyatı bütün mənasıyla kəşf etmiş biri olur...Uğurlar🌟

    1. Spiritus

      @Spiritus

      01 iyul 25, 18:29

      Fikirniz üçün təşəkkürlər. Həyatınızdakı mənfi şeylərə xəyanət etməyiniz diləyi ilə 😊

  6. SİRİUS

    @SİRİUS

    01 iyul 25, 10:54

    Çox gözəl vurğuladiniz. Hə bəzən xəyanət görməliyik ki yaşadiğimizi hiss edək. Bu cümlələri ancaq yaşayanlar yazar yaşayanlar oxuya bilər. Siz yaşayaraq yazmısız. Gərəy ki biz de oxuyan hiss edərək yaşayaraq oxuyaq. 

    1. Spiritus

      @Spiritus

      01 iyul 25, 18:31

      Fikirləriniz üçün təşəkkürlər😊

  7. Dərya Qasımova

    @Dərya Qasımova

    01 iyul 25, 10:22

    Hər dəfəsində güvənmək belədir ki, insan düşünür bəlkə bu dəfə daha yaxşı oldu. Bəlkə, bu dəfə artıq o düzəldi. Bəzən qırılan bir güzgü belə, özündə bütöv bir səma saxlayır. Bəlkə, səma yenə açılar, yenə mavi olar. Eynən insanların güvəndiyi kimi.. Uğurlar

    1. Spiritus

      @Spiritus

      01 iyul 25, 18:32

      Elə o bəlkələr yeni xəyanətlərin açarıdı hansı ki, özümüz təqdim edirik onu kiməsə :) 

  8. NezrinM

    @NezrinM

    01 iyul 25, 10:16

    "Bəlkə özümüzə, xəyallarımıza, arzularımıza, məqsədlərimizə xəyanət etdiyimiz üçün bu qədər yanırıq?"

    Məncə, bəli, çünki arada belə də düşünürəm. O insanlara yəqin ki, çox verilən dəyərdən gəlir. Saatlarla o dostunla dərdini paylaşarsan, fikir alarsan, fikir verərsən - zaman keçirərsən. Amma sonda isə elə şey edər ki, onun gözündə "boş-boş şeylərdir", mənim gözümdə isə "bitdi". Çünki özümüz üçün, gələcəyimiz üçün çalışmaq vaxtımızda o uğursuz, zəhərli münasibətdə olmaq səni işindən ayırır ...

    Bəzən də düşünürəm ki, bu münasibətlər bitəndə həmin o şey bəhanə olur, çünki bu bitməliydi, davam edə bilməzdi, davam etsəydi bəlkə də, ən pisi olardı ...

    "O zərbə ki, heç gözləmədiyin anda,heç gözləmədiyin biri tərəfindən gəlir.Eynilə ölüm kimi."

    Bu cümləyə də qəlbimi buraxdım. Çox düzgün bir cümlədir. Davamı gəlsin, mən sevdim, uğurlar ! 🌼

    1. Spiritus

      @Spiritus

      01 iyul 25, 18:37

      O zəhərli münaaibətlər bir zaman həyatımızdakı ən dəyərli insanlarla keçən vaxt olur. 

  9. E....

    @E....

    01 iyul 25, 09:54

    Salam güvən göz yaşı kimidi gözdən düşdümü bir daha geri gəlməz bəli üzümüzə gülüb arxamızca quyu qazan insanlar çoxdu ən pisidə odu ki öz yaxınlarımız edir bunu çox bəyəndim sözlərini düşündürücüdür  uğurlar arzu edirəm 

    1. Spiritus

      @Spiritus

      01 iyul 25, 18:40

      Çox gözəl düşüncəniz var. Çox sağ olun 

  10. ramil

    @ramil

    01 iyul 25, 09:10

    •"Bəlkə də, o xəyanətləri hiss etməliyik ki,

    o ağrı bizi sarsıtsın,

    və xatırlayaq ki, hələ sağıq, yaşayırıq...

    Bəzən insanın həyatında xoşagəlməz hadisələr baş verir.Əsasən  müəyyən yaş dövrü varki onu keçdikdən sonra.Mənim fikrimcə həmin xəyanətlərin baş verdiyi dövr,xəyanət olunan şəxsin özünü tanıması,tapması və onun bu dünyaya xoşbəxt olmağ üçün gəlmədiyini izzah etməlidir.Çətinlik gəlirsə səhv etdin,ya düz etdin fərq etməz əsas odur ki ,"nə öyrəndin ?"

    Maraqlı olan budur !

    Düşündürücüdür, fəlsəfi və psixoloji məqamlar mövcuddur.

    📌Uğurlarınız bol olsun 🌟

    1. Spiritus

      @Spiritus

      01 iyul 25, 18:43

      Hər xəta insana bir şey öyrədir öyrənməksə öz öhtəmizə düşür. Çox sağ olun elə sizində ✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol