Yuxunun Pilot Kamerası — Simurq

Yuxunun Pilot Kamerası — Simurq

Oyanırdım amma bu oyanış adi deyildi. Zamanın qaranlıq qatlarında, unudulmuş anların kənarında ilişib qalmışdım. Qarşımdakı mənzərə yad idi, amma ürəyimdə tanış bir boşluq vardı. Sükan arxasında oturmuşdum, amma nəyi idarə etdiyimi bilmirdim. Təyyarə səmanın qaranlığında süzürdü, bədənim hərəkətdəydi, ruhum isə keçmişin dərin kölgələrində ilişib qalmışdı. Nəfəsim ağır, bədənim incə bir ip kimi boşluqda asılmışdı, qırılmağa hazır, amma davam edən bir varlıq kimi. Sükut bir anda qırıldı, ürəyimə kəskin və unudulmaz bir səda doldu — illər boyu boğulmuş, səsini itirmiş xatirələrim birdən canlandı. Onlar məni yönləndirmək istəyirdi, amma məcburən dinləməliydim. İçimdə gizlənmiş, sözə çevrilməmiş qırıq parçalar gözlərimin önündə canlandı, ruhumun ən dərin qaranlığından fəryad edirdi.

Ətrafda nə baş verdiyini bilmirdim, ya da bilmək istəmirdim. Suallar ağır, cavabsız qalmışdı, bir dəfə onların dərinliyində boğulduğumu xatırlayırdım. Artıq susmağın mənası yox idi — davam etməliydim. Təyyarə səssizcə qaranlığa qarışırdı, mən isə sərsəm bir yuxunun içində səssizcə səsimi itirirdim. Heç kim məni eşitmirdi, yalnız təkliyimdə boğulurdum. Göy üzündə ulduzlar uzaq, soyuq və mənasız idi. Uşaqlıqda onlara baxıb qurduğum arzular indi məni tərk etmişdi. Əlimdə soyuq metal qolbaq vardı. O mənim üçün uşaqlıqdan yadigar, sükutda titrəyən tək xatirə idi. O qolbaqda yazılmış adlar unudulmuş dostlarımın sükutla dolu xatirələrini daşıyırdı, indi isə yalnız soyuq bir metal kimi getdikcə ağırlaşırdı.

Bir zamanlar arzulayırdım ki, bir ulduz mənim adımı daşısın. İndi isə yalnız bir dəfə belə kiminsə məni xatırlamasını istəyirəm. İnsan bəzən tanınmaq istəmir, sadəcə varlığını hiss etdirilməsini arzulayır. Qumun altında nəfəs almayan, amma qəribə şəkildə diri görünən üz vardı. O, ola bilmədiyim bütün tamamlanmamış hekayəmin simvolu idi. Gözləri bağlı, səsi susmuş, adı silinmişdi. O üzə baxdıqca öz susqun tərəfimlə qarşılaşırdım. O danışmaqdan yorulub, mən isə dinləməkdən. Kompas şimalı göstərmirdi, mən də yolumu itirmişdim. Təyyarə uçur, amma  hara getdiyimi bilmirdim. Bəlkə də ən məqəsədəuyğunu uçmaq deyil, yerə düşməkdir. İnsan bəzən yerə çırpılmaz, sadəcə yox olub hüzura qovuşar. 

İçimdə iki səs var idi: biri “Bu, yuxudur,” deyirdi, digəri “Bu yuxu gerçəklikdən canlıdır.” Hansını seçəcəyimi bilmirdim. Oyanmaq istəyirdim, amma bəzən qalmaq  diri-diri unudulmaqdır. Təyyarə sabit hündürlükdə ilişib qalmışdı. Mən nə yaşayıb, nə ölürdüm, zamanda donub qalmışdım. Ulduzlara baxırdım, istədim ki, ən azından bir dəfə məni görsünlər. Çünki ən böyük yoxluq görünməməkdə gizlənir. 

Dərk etdim: Mən o üz idim, təyyarədə unudulmuş səslə var olmağa davam edəcəkdim.Bu sükut heç kim tərəfindən pozulmayacaq, çünki heç kim burda olduğumu bilməyəcəkdi. Təyyarə parçalanmağa başladı, sükutun içinə büründü. Təkcə nəfəsim qaldı. Birdən səssizliyin içindən yoxluğa qarşı son çağırış kimi görünən soyuq bir nəfəs gəldi.Amma o nəfəs mənim deyildi. Başımı çevirəndə qarşımda görünməz  baxışları ilə ruhumu titrədən bir siluet vardı. O, zamanın sərhədlərini darmadağın edən, yoxluğun özündən gələn varlıq idi — mənim itkin parçam, amma daha qorxuncdu. Gözlərində sonsuz boşluq vardı.O mənə baxdı və dedi: “Sən artıq itmisən. Amma mən hələ burdayam.” O sözlər məni boğdu, qəlbimdən qatı dumanlar qalxdı. Sükut pozuldu, təyyarə görünməz qüvvənin əlinə keçdi, parçalanırdı. Uçuş yox, düşüş idi. Mən düşürdüm, hər şey dəyişirdi. Dünyanın kəskin və əzablı qışqırığı eşidilirdi.Və birdən hər şey susdu. Susqunluğun içində yalnız sən qaldın.

Bəs sən... yaddaşlarda necə yaşayacaqsan, əgər sükut səni unudarsa?



Şərhlər (24)

  1. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    06 iyul 25, 22:05

    İnsan onu xatırlayan son adam yaşayana gədər ölməzmiş. Mən gedəndə özümdən bir şey saxlamaq istəyirəm bu həyatda. Hər baxanda məni xatırladan. Heç var olmamış kimi getmək yox bir uğur qazanmaq istəyirəm ki bu dünyaya gəlişim boş olmasın. 

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 22:57

      Əgər hədəfiniz varsa və buna bütün qəlbin izləri inanırsınızsa uğura olduğunuzdan daha yaxınsınız deməkdir. Ümid edirəm arzunuza çatarsınız 🙏🏿. 

  2. Fatima

    @Fatima

    06 iyul 25, 11:54

    Bu yazı məni dərin düşüncələrə apardı. Sanki adam həm yaşamaq istəyir, həm də artıq gec olduğunu hiss edir. Təyyarə, sükut, ulduzlar – hamısı simvolik mənalarla doludur. Xüsusilə o “sən artıq itmisən...” cümləsi təsir etdi. Bəzən insan özü ilə qarşılaşanda ən çox qorxur. Hər kəs bu hissləri bir dəfə də olsa yaşayıb, amma bu qədər açıq və səmimi ifadə etmək hər adamın işi deyil. Güclü və təsirli mətn idi.

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 23:00

      Xoş fikir və cavabınız üçün təşəkkürlər. Bəli insan özünü ilk kəşf edərkən qorxuya qapılır. Çünki özünü tam olaraq necə inkişaf etdirib mənfilikləri aradan qaldıracağı haqqında təəssüratı çox az olur. Önəmli olan o qorxulardan qaçmaq deyil üzərinə getməkdir. O zaman hər kəs zehnində itdiyi o inkişaf yolunda doğru istiqaməti tapa bilir. 

  3. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 00:01

    Adı kimi maraqlı əsərdir,belə davam edin 🙏🏻✌🏻

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 23:00

      Diqqətinizə üçün təşəkkürlər🙏🏿

  4. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    02 iyul 25, 20:58

    Maraqlı idi xüsusən başlıq daha çox  bəyəndim.. Uğurlar🌷

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 23:01

      Xoş təəsürat yarada bildimsə nə xoş mənə. 

  5. E....

    @E....

    02 iyul 25, 17:57

    Əla uğurlar 

    1. SİMURQ

      @SİMURQ

      11 iyul 25, 23:02

      Təşəkkürlər 🙏🏿

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    02 iyul 25, 17:19

    Həmişə kimi hekayəniz mükəmməldi🤍🌹 Sizin hekayələri oxuyarkən həqiqətən yaşayıram.Hekayə bitənə kimi tamamilə onun içində oluram.Ən çox diqqətimi çəkən hissə tanınmaq yoxda var olduğunu hiss etmək istər bəzən insan Həqiqətən də elədir.Tanınmış ola bilərsən amma var olmaq başqa bir məsələdi.Misal üçün bəlkə də siz illərdi tanınırsız.Amma mən sizin var olduğunuzu Urqan müəllimi tanıdıqdan sonra bilmişəm.Nə yaxşı ki, varsınız.Hər zaman da var olasız.🌹🌹🌹

    Qaldı sualınıza ona da cavab verəcəm😊🥰

    Bəs sən... yaddaşlarda necə yaşayacaqsan, əgər sükut səni unudarsa?

    Bu ölümlü dünyada çox istərdim ki, yaddaşlarda vicdanı təmiz,mərhəmətli,xoş əmələrimlə...bu kimi insanı xüsusiyyətlərimlə yadda qalmaq istərdim.Ən azından bu dünyada köçüb gedəndən kimlərinsə yadına düşəndə çox yaxşı biri idi deyə rəhmət oxusunlar.

    Hər kəsin yaddaşında bir iz buraxmaq istərdim.Amma bəzən yaddaşlarda dolur,səslər susur.Ən qorxulusu isə sükut da unudur.Bax bunu istəmərəm.Çunki səssizliyimi bəzən sükuta buraxaram.O məni unutmuş olsa heç yaşamamış biri kimi qalaram.

    1. SİMURQ

      @SİMURQ

      02 iyul 25, 18:02

      Xoş fikirlərə və cavabınıza görə təşəkkürlər. Hər kəsin yaddaşında iz buraxmaq qeyri-mümkün olsada böyük kütlə insanın yaddaşında izlər buraxmaq, yaxşı xatırlanmaq mümkündür. Bunun üçün isə sözlə əməlimiz arasında tarazlıq yaratmaq, müsbət emosiyalara səbəb olmaq kifayətdir. Ümid edirəm məqsədinizə çatarsınız 🙏🏿. 

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        02 iyul 25, 19:12

        Əslində qismət sözündən xoşum gəlmir.

        Amma yenə də Qismət deyirəm🤲

  7. Aytac

    @Aytac

    02 iyul 25, 14:38

    Əgər məni xatırlayan səssizlik belə susursa, demək ki, mən ya yaşamamışam, ya da varlığım ötüb - keçən bir meh kimi səssiz və keçici olub. Unudulmaq – yox olmaq deyil, bəzən səssizliyin içində öz səsinlə yaşamaqdır.

    1. SİMURQ

      @SİMURQ

      02 iyul 25, 18:04

      Əgər o səssizlik heç kim tərəfindən anlaşılmırsa ,fərqinə varılmırsa yaşasa belə ömrü məhdud olacaqdır. 

  8. SİRİUS

    @SİRİUS

    02 iyul 25, 14:22

    Mən əvvələr danişirdim . Ama sonralar susmaği öyrendim. Hətta artıq danışmirdım. Susmağin çox sözlər dediyini bilirdim. Ama gelki bunu her kes anlamırdı. Mən isə səssizlikden her kesin anlaya bildiyini duşunurdum..Çox zaman ətrafımdakı insanlara səssizliklə cvb verirdim. Elə bilirdim hamı başa düşür. Taki insanların başa düşmədiyini anladiğim günə qədər...

     O gün yeniden dil açdim sanki danişmaga başladim. Hekayə çox söz deyir çox mənası var. Başa duşən üçün. Yeni bəzən duyğuları etiraf etmemek görməmək məhz öldürməyə səbəb olur. 

    1. SİMURQ

      @SİMURQ

      02 iyul 25, 14:34

      İnsanı həqiqətən anlamağın 2 yolu var :Ya yaşadıqlarını yaşamaq, ya da səssizliyin dərinliyinin mənasına hakim,onunla oxşar düşüncə tərzinə sahib olmaq. İstisna hallar olsa belə danılmaz həqiqət belədir. 

  9. Sunay Məmmədova

    @Sunay Məmmədova

    02 iyul 25, 14:05

    Yazını oxuduqca göz önündə canlanması, həqiqətən yaşayırmış kimi hiss etdirməsi, oxuduqca oxumaq istəyini artırır. Uğurlar olsun! Siz yazın, bizdə oxuyaraq fikirlərimizi bölək✨.

    Biz

    Bəzilərinin kaşkilərində, bəzilərinin arzularında, bəzilərinin də xoş xatirələrində yaşayacayıq. Çünki, əminəmki hər kəsin yaddaşında bir iz qoymuş, təbii ki, əksidə yaşana bilər ya xatırlanmayıb, yada xatırlanandada istənməmiş də ola bilərik, lakin nə unudulmaqdan, nə də pis xatırlanmaqdan qorxmayaq. Çünki biz və bizi xatırlayanlarda insandır.

    1. SİMURQ

      @SİMURQ

      02 iyul 25, 14:32

      Bəli, yaşadıqlarımızın bir hissəsi keçmişdə yaşanılanların təkrarı və ya şəkil dəyişdirilmiş formasıdır. Qısaca dejavu. Haqlısınız önəmli olan bizi xatırlayan 1 nəfərin belə var olmasıdır. Bir gün hər kəs unudulacaq amma gedişindən əvvəl qoyduğu izlər daim qalacaq. 

  10. Xəyalpərəst

    @Xəyalpərəst

    02 iyul 25, 14:04

    İnsan bəzən tanınmaq yerinə hiss edilməyi istəyir. Səssiz çağırışlarının duyulmasını istəyir. Unuldulsam belə qoyduğum izlərin unuldulmayacağını düşünürəm

    1. SİMURQ

      @SİMURQ

      02 iyul 25, 14:29

      Düşüncələrinizdən əmin ola bilərsiniz. Çünki insan zehni emosiyaları unuda bilmir. 

  11. Dərya Qasımova

    @Dərya Qasımova

    02 iyul 25, 12:45

    Mənim üçün bu yazını oxumaq çox xoş oldu. İnsan bəzən tanınmaq istəmir, varlığını hiss etdirmək istəyir. Bu fikir olduqca, təsirli gəldi. İnsan bəzən "mən burdayam" demədən, varlığını hiss etdirmək istəyir. Əslində, adının deyil də ruhunun yadda qalmasını istəyirsən.

    Sualınıza gəldikdə bir qədər düşündürdü məni. Həqiqətən, unudulsam görəsən yaddaşlar da necə qalardım, və ya qalmağı bacarardım?) Düşünürəm ki, sükutun içində öz hisslərinlə dərin bir iz qoymalısan. İnsan bəzən qoyduğu izlərlə xatırlanır, yaddaşlar da qalır. Sən udulursan, amma qoyduğun izlər hələ də yaşayır... Uğurlar 🤍

    Mənim üçün bu yazını oxumaq çox xoş oldu. İnsan bəzən tanınmaq istəmir, varlığını hiss etdirmək istəyir. Bu fikir olduqca, təsirli gəldi. İnsan bəzən "mən burdayam" demədən, varlığını hiss etdirmək istəyir. Əslində, adının deyil də ruhunun yadda qalmasını istəyirsən.

    Sualınıza gəldikdə bir qədər düşündürdü məni. Həqiqətən, unudulsam görəsən yaddaşlar da necə qalardım, və ya qalmağı bacarardım?) Düşünürəm ki, sükutun içində öz hisslərinlə dərin bir iz qoymalısan. İnsan bəzən qoyduğu izlərlə xatırlanır, yaddaşlar da qalır. Sən udulursan, amma qoyduğun izlər hələ də yaşayır... Uğurlar 🤍

    1. SİMURQ

      @SİMURQ

      02 iyul 25, 13:29

      Fikirləriniz və cavabınız üçün təşəkkürlər. Önəmli olan insanın varlığının onun sükutunda belə fərqinə varılmasıdır. Əgər o insanda bir xatirə, bir an, bir xoşbəxtlik , kədərli günündə belə kiçik bir təbəssüm yaradırıqsa o zaman o insanda bir iz buraxdığımıza əmin olmalıyıq. Çünki sözlər unudulsa da insan hiss etdiklərini əbədiyən unutmur. 

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        02 iyul 25, 13:46

        Tamamilə doğrudur.. Düzgün vurğuladınız. Həmin insanın həyatında iz buraxdığımıza əmin olmalıyıq

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol