Depressivin gündəliyi - Spiritus

Depressivin gündəliyi - Spiritus

İnsan sən demə hər an həsrət çəkirmiş. Sevinəndə, güləndə, darıxanda, kədərlənəndə, ağlayanda, ağladanda – hər an.

Bir söz oxumuşdum, yazırdı ki:

Bütün xoşbəxt sonluqlar eynidir, hər kəsin dərdi isə fərqlidir.

Kimisi soldurduğu gülün, kimisi doğmalarının, kimisi arzularının, kimisi “kaş ki”lərini düşünür, kimisi sevdiyi insanın həsrətini çəkir, kimisi isə onu sevən insanın. Kimisi xoşbəxt olduğu anların həsrətindədir, başqa birisi isə ümumiyyətlə xoşbəxtliyin. Kimisi pulun, şan-şöhrətin həsrətini çəkir. Hər kəs həsrət çəkir.

Bəzən gün boyu insanın bacardığı ən böyük nailiyyət – intihar etmədən günü başa vurmaqdır.

Hər insan itirir. Xoşbəxtliyini, arzularını, gələcəyini və ya keçmişini. Sevdiklərini və onu sevənləri. Amma nə uğrunda... bilinmir.

Hərdən düşünür insan: görəsən, həyata təkrar gəlsəydim, eyni səhvləri edərdimmi? Amma gələ bilmir – hər kəsin cəmi 1 səhv etmə haqqı var, 1 yaşamaq və 1 ölmək haqqı var.

Həyat bəzən sevməkdən ibarət olurmuş. Bir sevgi bir ömürə bədəl ola bilərmiş. O, həmin sevgidir ki, yuxusuz gecələr gətirir, adına şeirlər yazdırır, musiqilər bəstələdir, hekayələr yaradır. Amma insan övladı unudur ki, o da – həyatdakı hər şey kimi – fanidir. İnsan isə hər şey əbədi belə qalacaqmış kimi zənn edir... Nə qədər də gülməlidir.

Məhz buna görə də, o sevgini itirəndən sonra, şeirlər, musiqilər, əfsanələr – hamısı bitir. Bütün ümidlər, arzular – hamısı yeni bir həsrətə çevrilir. Hansı ki, bir zamanlar daha güclü bir sevgi duyulurdu o qəlbdə, həm yaşadan həm öldürən sevgi...

Şərhlər (11)

  1. Uraqan

    @Uraqan

    10 yanvar 26, 20:32

    .... uğurlar

  2. SİRİUS

    @SİRİUS

    03 avqust 25, 01:42

    Həm yaşadan sevgi həm öldürən))) uğurlar 🍀

  3. Sunay Məmmədova

    @Sunay Məmmədova

    04 iyul 25, 17:42

    Çox maraqlı və həqiqətən insan hisslərinin təsviri idi. İnsan itirmədən dəyərini anlamır yox, itirəndə daha çox anlayırsan nə qədər sevdiyini, lakin itirmək isə çox həm də çox acı olur. Nə çarəsi tapılmaz, nə də tərifi olunmaz. Deyiləcəklər çoxdur, lakin, demək olar ki, yaşanmışlıqların hamısı burda ifadə olunub.

    Vəə 

    -"Bəzən gün boyu insanın bacardığı ən böyük nailiyyət – intihar etmədən günü başa vurmaqdır." ifadəsi çox şeyi ifadə edir, vurğulamaq istədim)

    1. Spiritus

      @Spiritus

      05 iyul 25, 01:18

      İnsanın vərdiş edə bilmədiyi ağrı, itgi yoxdu. Fikirləriniz üçün çox sağ olun

  4. MinayNadirova

    @MinayNadirova

    04 iyul 25, 11:51

    Bəzən 1 insan üçün yaşayırsan sonra o gedir  sanki onda bütün dünya qaranlığa  qərq olur bütün ümidlər bütün arzular kül olub yanır  həyata 1 dəfə gəlirik onda da kimiin sə dərdini çəkirik onunla olan  gözəl günləri yada salıb ağlayırıq amma 1 dəqiqə dayan sən kiməsə görə niyə pis olmalısan ki  mən bu tip şeylərə çox fikir vermirəm çünki məni həqiqətən həmin adam sevirsən  o qayıdacaq qayıdmasa onun günahıdı onsuz mənə qarşı kim sə  səf edəndə həmən dəqiqə həmin adamı unudub həyatımdan silirəm bu qədər asan bitdi mən sevgidən çox azadlığımı istəyirəm və ən əsas arzularımı  ona görə şəhri oxuyanları səsləyirəm bu həyat 5 günlüy dü  onu da kimin sə dərdini çəkərəy özünüzə ziyan vurmuyun oturin fikirləşin gələcəyim üçün xeyirli nə edə bilərəm İdman edə bilərəm hekayə yaza bilərəm şair ola bilərəm idmançı ola bilərəm öz üzərində çalış bilərəm  bacaracaq san inan özünnə

    1. Spiritus

      @Spiritus

      05 iyul 25, 01:17

      İdmanda səhvlər daha təhlükəlidi 😂

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    04 iyul 25, 10:01

    İnsanın təbiəti bundan ibarətdir. Yaşamaq, səhvlər etməkk vəə sonradan gələn, peşmanlıqlar.. Bununla razıyam bəli səhvsiz insan yoxdu. Hər kəs səhv edir. Elə vaxtlar olur ki, sadəcə özünün haqqlı olduğunu zənn edir. Önəmli olan, edilənlərdən dərs çıxarmaq və birdə təkrarlamamaqdır. Əgər o səhvlər eyni qayda da təkrar edilsə, bax əsl faciə bundan başlayır.

    Maraqlı idi Uğurlar

    1. Spiritus

      @Spiritus

      05 iyul 25, 01:15

      Səhv insan təbiətinin qaçınılmazıdır lakin səhvində xeyirlisin eləməy ümidiylə :) 

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    04 iyul 25, 02:06

    Yuxum qaçıb.Sizin mövzunuzuda oxudum.Cavab yazmasam haqsızlıq olar.Həyatda yaşayıbda verilə biləcək sualları səsləndirmisiz.Ən çox da bu hissə diqqətimi çəkdi.

    Hərdən düşünür insan: görəsən, həyata təkrar gəlsəydim, eyni səhvləri edərdimmi? Amma gələ bilmir – hər kəsin cəmi 1 səhv etmə haqqı var, 1 yaşamaq və 1 ölmək haqqı var.

    Həyata yenidən gəlməyəcəyimizi bilirik.Səhvsiz insanda yoxdu.Mən öz adıma deyirəm.Səhv etməkdən qorxmuram.Düzdü o səhvi düzəltmək bəzən mümkünsüz olsa belə. Çunki hər səhv bir təcrübədir mənim üçün.O səhvi etməsəm həyatda təcrunələrimi necə qazanacam.

    Hər kəsin bir dəfə yaşamaq haqqı var bir dəfə də susaraq ölmək.Əsas olan bu bir dəfəni anlamla,niyyətlə, vicdanla başa vurmaqdır.

    Gecəniz xeyrə💫✨

    1. Spiritus

      @Spiritus

      04 iyul 25, 09:29

      Vaxtınızı ayrıdığınız üçün çox sağ olun. Elədir həyatda bir dəfə gəlirik, səfsiz insan yoxdu. İnsan gərək səhv etməkdən yox o səfi təkrarlamağdan çəkinməlidi. Təbii ki, bəzi səhvlərdə var ki, onkarı özümüz etməyimizə gərək yoxdu, kənardakılardan baxıb öyrənmək lazımdı. İnsan ömrü o qədər uzun deyil axı ki, bütün səhvləri özü etsin. Uğurlar çox sağ olun 

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        04 iyul 25, 11:39

        Siz sağ olun.Xoş idi🥰

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol