Təsadüf deyildi,bu bir işarə idi... - Ruh.Antares

Təsadüf deyildi,bu bir işarə idi... - Ruh.Antares

Təsadüf deyildi, bu bir işarə idi…

Hər şeyə bir az ruhaniyyət qatmasaq, bu dünyanın heç bir mənası qalmaz.

Bəzən hər şey üst-üstə gəlir… Hər şey bir az qəribə, bir az soyuq, bir az isti olur. Amma bu  artıq normal bir yaşamdan tamam fərqli bir hal alır.

Həyatı sorğulamaq...

Bəzi insanların ən çox girməyə çalışdığı mövzu budur.

Bəlkə də,səhv edirlər bəlkə də düz.

Amma bu, artıq bir növ – digər insanlardan fərqlənmək, həqiqəti tapmaq istəyidir.

 “Yaranmamışdan əvvəl harada idik?

Öldükdən sonra bizə nə olacaq?

Qısacası: Mən kiməm? "İnsanlar kimdir?”




Bu suallar hər bir beynin içində xaos yaradır.

Və nəticədə gözə görünməyən cavablar gəlir...

Təbii olaraq insanların çoxu bu cavabları ya görmək istəmir, ya da görə bilmir.

Hər kəsin özünə xas bir həyat baxışı olduğu kimi, müəllifin də özünəməxsus bir baxış bucağı var.

O gördüyünü, düşündüyünü və müşahidə etdiyini öz hekayəsinə açıq-aşkar yansıdır.

Bu yazıda da onu göstərməyə çalışıram ki: bəzi qeybi yardımlar, baş verən hadisələr, başımıza gələn qəribə və izaholunmaz sınaqlar – analiz etdikcə – elmi yox, dini və ruhani cavablarla izah olunur.


Bu gün cəmiyyətə yayılmış depressiyanın kökü də bəlkə,elə həqiqətdən uzaqlaşmaq, ruhən boşalmaq ilə bağlıdır.





Gözlərini açdı… boğulurdu.


Nə qədər yerdə uzanıqlı vəziyyətdə olduğunu bilmirdi, bəlkə də, bilmək istəmirdi. Asta-asta divardan gələn zəif saat tıqqıltısına baxdı — gecə yarısını çoxdan keçmişdi.


Bədəni yarpaq kimi əsirdi, ruhu illərin yorğunu idi.

Amma bu yorğunluğun altından qalxmayacaq qədər də zəif deyildi.


Bir neçə saniyə uzanıqlı vəziyyətdə qaldı.

Ayağa qalxıb, pəncərədən bayıra baxdı. Artıq insanlar ona qəribə gəlmirdi – hər kəs tələsirdi: kimisi evinə, kimisi işə… kimisi qəbirə.

Əslində, o da tələsirdi… özünə.


Qəribə bir hiss içində idi. Sanki daxilində bir səs ona səhv etdiyini deyir, eyni zamanda düz yola səsləyirdi.




Əslində, həyatımız da belədir. Təsəvvür edin ki, bir səhv edirik – dərs çıxarmırıq. Sonra yenə eyni səhvi edirik… bu dəfə daha böyük bir formada.

Nəticədə səhvlər böyüyür nə insanlıq qalır, nə də xarici görünüş.


Aldığımız hər nəfəsin bir hökmü olduğu kimi, etdiyimiz hər səhvin, hər düzün də bir hökmü var.

Həyatda ya düzü seçib insan olaraq qalırıq,

ya da səhvi seçib insanlıqdan uzaq düşürük.




Və unutmayın:

"Təsadüf deyilən bir şey yoxdur.

Hər şey ölçülüb, biçilib və ona uyğun yaşanır...✨”

(Hekayə qədər uzun deyildi, amma bir baxışda hiss olunacaq qədər açıq və dərin idi)

Şərhlər (9)

  1. AytenCelilova

    @AytenCelilova

    05 iyul 25, 08:47

    Həyatda bu hekayə kimi kiçik və dərindir.Araşdırılması asand istənilən nəticəyə çatması isə çətindir.Bunuda bilmək gərək ki,

                                                                                      "Həyat,onun əsil mənasını kəşf etdiyimiz zaman gözəl olur".                                                                                                                                     Bu kəşf etmək yaradılışı mənasızca hər zaman eyni nəticə aldığını bildiyin halda araşdırmaq deyil, bu kəşf öz daxili duyğularını kəşf edib səni nə xoşbəxt edərsə onu tapmaqdır.İnsanlara özlərini kəşf etməkləri  üçün dəstək olmağı bacara bilməkdir.Həyatın əsl mənası isə yaşadığın müddət insanlığı xoşbəxt etməyi bacarıb,insanlığın əxlaqi dəyərlərini ən yüksək səviyəyə çatdıra bilməkdir.Bir insanı xoşbəxt etmək sənə verilən mükafatda sevincini bölüşə bilməkdir.Bunu isə çox təəssüfki hər insan bacara bilmir...

                                                                                        Uğurlar🌟

    1. ramil

      @ramil

      05 iyul 25, 09:30

      Dərin düşüncənizə görə təşəkkürlər.

      Uğurlar🌟

  2. SİRİUS

    @SİRİUS

    04 iyul 25, 21:53

    Hekayədən anladiğim :  həyat da bu yazılar qədər dərin ve anlaşılmaz ,qarışıq idi.

    Bəzi insanlar necə yasadiğinin ferqinə varmır ömür gedir yaş gedir ama bir məna yox. Eynilə bu hekayə kimi. Ama ağilli insanlar hər şeydən nəticə çıxaranlardir. 

    1. ramil

      @ramil

      01 avqust 25, 04:13

      Bəli,ağıllı insanlar hər şeydən nəticə çıxaranlardır...

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    04 iyul 25, 13:56

    Təsadüf olmadığı kimi Qismət deyilən bir şeydı yoxdu.Qismət elə biz özümüzük.Nə ediriksə özümüz edirik.Başımıza nə gəlirsə elə səbəbkarı da bizik.İstər yaxşı istər pis.Yaxşı olanda qismət yada düşməz.Onun şansı var deyəllər.Xoş halına deyərlər.Hardakı pis bir şey oldu Qismət yada düşər.Onu günahlandırarıq...

    1. ramil

      @ramil

      01 avqust 25, 04:17

      Əslində qismət deyilən şeyə mən inanıram oda niyə ?

      Çünki hər şey,qismətimiz,özümüzdən asılıdır.

      Yaxşı işlər görsək yaxşı şey,pis iş görsək pis bir hadisə gələr başımıza...

      "İnsanın qisməti,onun getdiyi yolda,çəkdiyi əziyyətindən asılıdır"

      Din fəlsəfəsi biraz dərindir deyə sözlə ancaq bu qədər izah verə bildim )

      Uğurlar🌟

  4. Dərya Qasımova

    @Dərya Qasımova

    04 iyul 25, 10:24

    İnanın həyatı səhvdən ibarətdir. Ən əsası biz həmin səhvləri, anlayıb birdə heç vaxt etməməliyik. Hər insan səhv edər, lakin hər insan səhvini başa düşməz. Mənim fikrimcə, təsadüflər təsadüfən baş vermir. Orda bir hikmət var ki baş verir..

    Uğurlar 

    1. ramil

      @ramil

      01 avqust 25, 04:21

      Düzdür,görməy isdediyim şərh)

      Ancaq bir səhv ediksə həmin səhvi ikinci dəfə etmək şansımız mində/bir olur,ona görədə atılan addım düşünülmuş addım olmalıdır...

      "Həyatda təsadüf deyilən bir şey yoxdur,hər şey ölçülüb-biçilib və ona uyğun yaşanır..."

      Uğurlar 🌟 

  5. ramil

    @ramil

    04 iyul 25, 08:46

    Hekayəni oxuyanların nəzərinə çatırıramki 

    Hekayəni Oxuduğunuz an beyninizdə yaranan,müsbət,mənfi 

    Fərq etməz fikirlərinizi rəy bölməsində bildirin zəhmət olmasa 🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol