ÖZGƏ RUHA HƏBS OLMAQ - Aytən Kərimova.

ÖZGƏ RUHA HƏBS OLMAQ - Aytən Kərimova.

Həmişə qorxduğum bir hiss var idi, hansıki gözlə görünməyən və məni istəməsəm belə tapan hiss..
Sevgi..
İlk dəfə qarşıma çıxdıqda daxilimdə qəribə və bir o qədər yad titrəyiş hiss etdim, sanki artıq nələrisə itirəcəyimi ya da qazanacağımı demək istəyirdi mənə. Yəqinki anlamaq istəməmişdim həmin an, itirilənin məhz insanın özü olacağını..
Acizlikdən qaçan birinə görə bir duyğu qarşısında bu qədər gücsüz olmaq ağlasığmaz idi, qarşındakı elə bir güc idi ki, adicə toxunmaqla ona qalib gəlmək qeyri-mümkün idi.
  Düşünün, gözlər adicə bir parıltını anlamağa, mənalandırmağa başlayır, qəlbimsə sadəcə olaraq susur.
  Hər şeyi sükuta bürümüşdü sızan bu duyğu.
Keçilməz divarlarla əhatəli qəlbimin kilidini inadkarlıq edərək açmağı bacardı, qərarlar mənim əlimdə olmamışdı daha, mən ruhumu özgə ruha həbs etməyi gözə almışdım, bir dəliliyə bax sən..
Halbuki qəlbimi açdığım idi qəlbimi daimi olaraq bağlamağa vadar edən..
  Necə də xoşbəxtdir qəlbində olandan razı insanlar..
Sonra düşünməyə məcbur olur insan “axı qəlbim layiq olana hər şeyi etməyə hazırkən niyə bir cismə görə bağlansınki?”duyğularımın qəsdinə durulması..
və əgər bu imişsə, həqiqətən, heyif olub saf hissimə..
Heyif olub günahı olmayan ümidimə..
İndi isə açarın yerini özüm belə tapa bilmirəm, özümə də yad olmuşam daha..

Və,deyəsən, mən itirdiklərim arasında ən çox özümdən ötrü darıxıram..

Aytən Kərimova✍🏻


*Aytən Kərimova*

Şərhlər (8)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 02:08

    Tamda mən sankinmənim yaşadıqlarım oldu bütün saf sevgini dəymiyən birinə həsr etdim və.... özümü məhv etdim bu günə kimi çox şey itirdim ama ən çox özümə heyfim gəlir .. əvəlki mənə sevincimə gülüşümə ...

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    12 iyul 25, 00:44

    İtirdiyin əşyaları əvəz etmək olur.Hətta insaları da.Amma özünü...onu heçnə tamamlaya bilmir.Darixirsan özün üçün.Bu darıxmaq nə sevgi nə dostluq nə hansısa bir uğur...bir sözlə nə etsəndə keçmir.Sadəcə bir umid qalır ki bəlkə yenə qayıdarsan özünə.Və belə düşündükcə özün üçün daha çox darıxarsan...

  3. SİRİUS

    @SİRİUS

    11 iyul 25, 17:39

    Heyif olub günahı olmayan umidlere suçsuz yerə qırılan darmadağin olan qəlbinə , sessizlikden boğulan ruhunnun səsinə heyif o qadına ki qəlbini dəyməyəcək bir eşqə göre bağlayib . Sevilmək haqqı ikən zərrə qədər sevilməyən sevgidən məhrum qalan o qadına. Heyif o qadının dəyməyəcək birinə görə kəsdiyi saçlarina. Heyif o qadına ki o sevmədiyi bir adamla yaşamağa məhkumdur. 

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      11 iyul 25, 18:46

      Yazdıqlarınız toxunur insana…

  4. Fatima

    @Fatima

    11 iyul 25, 16:34

    Çox təsirli və hiss doludur. Bəzən bir hiss insanın bütün həyatını dəyişə bilər. Bəzən insan elə hisslərin içində itib-batır ki ,sonda özü ilə üz üzə qalanda özünü tanımır. İnsan bəzən elə dəyişir ki, özü belə özünü tanımır. Qısa olsada çox düşündürücüdür və dərin  iz buraxır.

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      11 iyul 25, 18:47

      Bəli, insan öz içində belə qeyb olur

  5. XIII

    @XIII

    11 iyul 25, 16:18

    Bu yazını oxuyanda sanki bu yazıda özümü gördüm,həqiqətən maraqlıdır.Və tez yazdığım şeirin bir parçası yadımda düşdü:

    Eyni taleyi yaşamışıq insanlarıq biz..

    Eyni zərrədən qopmuş parçalarıq biz..

    Qələminizə qüvvət,uğurlar.

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      11 iyul 25, 16:26

      Təşəkkürlər, sizin də qələminizə sağlıq🙏🏻

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol