Qazi - Şahmalı Hasan

Qazi - Şahmalı Hasan

Qazi...

Dumanlı, alaqaranlıq meşəlik... Təngnəfəs halda qaçıram... Hara? Niyə? Nə üçün? Ya da kim üçün? Uzaqlardan atışma səsləri gəlir. Yaxınlığıma düşən top mərmilərinin yeri titrətməsini yerə basdığım yalın ayaqlarımla hiss edirəm. Bir əlimdə can qardaşım silah var, bir əlimdə müqəddəs bayraq... Qulaqlarımda uğultu... Kimsə mahnı oxuyur : "Dumanlı dağların, başında durdum..." Səs çox uzaqdan, sanki cənnətdən gəlir, amma içimdə, beynimdə hiss edirəm, eşidirəm onu... Axır ki, dayanıram, hara olduğunu dəqiq bilməsəm də, son mənzilin bura olduğunu bilirəm. Bir dağ zirvəsi... Qarlı... Dumanlı... Ve ehtişamlı... Azan səsi gəlir... Bayrağı zirvəyə sacıram və o an gözlərimi açıram...

Şuşa. Səhər azanı oxunur. Yerimdən durub hərbi formamı geyinirəm, çəliyimi götürüb asta-asta pəncərəyə tərəf gedirəm. Açdığım pəncərədən Şuşanın buz kimi, saf havası dolur bir zaman sağ ayağımı aparan qəlpələrin bəzilərinin parçaladığı ciyərlərimə...


                                       ***


Qaranlıqdı... Həm də soyuq, rütubət. Deyəsən, yağış yağıb, islanmışam. Haradı bura? Hardayam? Kimsə varmı? Dəqiq bilmirəm, ancaq tək olmadığımı hiss edirəm. Qaçmağa başlayıram, irəli doğru. Əlimdə silah var, can yoldaşım silah. Ətrafdan səslər gəlir. Qarışıq səslər - qışqırtı, bağırtı, atəş, partlayış... Uzaqdan himnimiz səslənir, sonra çastda şaqat edən əsgərlərin ayaq səsləri... Kimsə oğul deyib ağlayır... Mən hələ də qaçıram, mənlə paralel qaçanlar da var, onları görməsəm də. Zülmət gecədə ovuna doğru və qaçan boz qurd kimi qaçıram, içimdə hirs, nifrət, parçalamaq istəyi və də qürur. Arxadan Xudayarın səsi gəlir, yenə Vahidin şeirini zümzümə edir. Qarşıda zülmət gecəni avtomat, top-tufəngin püskürdüyü alov arabir işıqlandırır. Bir də göz yumub açanda özümü qarlı, uca bir zirvədə görürəm. Küləkli, boranlı, şaxtalı amma fəxarət hissi verən bir zirvə, əlimdə bayraq var. Qarşımda ucsuz-bucaqsız bir torpaq, vətən uzanır. Mənim Vətənim, Bizim Vətənimiz. Bir də göz yumub açanda evimizi gördüm, böyük bir stol başında oturmuşuq, hamı burdadı - atam, anam, bacı və qardaşlarım, həyat yoldaşım və körpə oğlum - Poladım. Hamı gülür, hamı danışır, sevinir. Bircə oğlum mənə baxır, üç aylıq bu körpənin baxışı o qədər təsirli, o qədər dərindir ki, sanki ... Bir də göz yumub açıram, həyəcan siqnalı verilib. Bütün kazarma təlaş həyəcan içindədir. Hamı dəqiq bilməsə də, bunun təlim olmadığına əmindir. Hərbçi fəhmi ilə hiss edirsən bunu. Bir neçə dəqiqə sonra "satko"nun arxasında gedirik, bütün əsgər və zabitlər deyib gülür, kimi siqaret çəkir, kimi mürgüləyir. Film kimi irəli çəkilən bir neçə dəqiqə sonra səngərdəyik. Atışma gedir. Yaralı və şəhidlər var. Amma biz irəli qaçırıq. İrəli... Sol tərəfimdə bir istilik hiss edirəm. Bədənim süstləşir. Uzanıram arxası üstə, göydə ulduzlar sayrışır. Parlaq ulduzlar və Ay...

Şərhlər (10)

  1. SİRİUS

    @SİRİUS

    27 iyul 25, 15:02

    Bu hekayəde müharibə de de olduğu kimi birlik var sanki. Dumanlı dağlarin başında durdum deyəndə ağlıma ilk Xudayar Yusifzade gəldi. O bilirdi sanki Şəhid olacağini son dəfə seslenmək istədi Vətəninə. Yazıya baxilarsa Siz de Qazi olmusunuz. Allah sizi qorusun. Teşekkür edirəm.🌟❤️

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      30 iyul 25, 19:07

      Təşəkkürlər xoş sözləriniz üçün. 🙏 

  2. XIII

    @XIII

    14 iyul 25, 08:42

    Əla mövzudur🤌🏻

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      14 iyul 25, 10:08

      Elədir. Kaş "yaşadığım real hadisələr əsasında yazılmış" yaza biləydim...

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 02:04

    44 günlük müharibə gəldi ağlıma... həm hüzün həm sevinc hiss elədim.. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      13 iyul 25, 08:23

      Amin🙏

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    13 iyul 25, 00:54

    14 baxış olmuş.Hər kəsə sayğım sonsuz.Amma ən azından bu mövzuya olsa fikir bildirmək...

    Oxuduqca həm sevindim həm kövrəldim.

    Həmin anları yaşadım yenidən.44 günlük müharibə müddətində hər torpaqlarımız alındıqca əvvəl sevinərdim sonra özümdən aslı olmayaraq ağlayardım.Çünki bilirdim ki hər qarış torpaq üçün neçə igid qəhraman oğullarımızı itiririk.Allah hər birinə rəhmət etsin.Onları unudutmaq unutdurmaq olmaz.

    Hekayənizdə çox duyğu dolu idi.Təşəkkürlər

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      13 iyul 25, 08:41

      Amin. Minnətdaram diqqətinizə görə 

  5. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    12 iyul 25, 15:03

    Müharibə də çox əziyyət çəkibler Şəhidlərə Allah rəhmət etsin.. Qrazilərimizdə can sağlığı arzu edirəm.. uğurlar 

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      12 iyul 25, 16:41

      Amin 🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol