ÖZÜMƏ QAYIDIRAM..– AYTƏN KƏRİMOVA

ÖZÜMƏ QAYIDIRAM..– AYTƏN KƏRİMOVA

Çox cəhd etdim başqa insan olum.Güzgülərdə yad birini görüm deyə saçlarımı dəyişdim, gözlərimə işıq çəkdim,gülüşümü yenidən yaratdım. Qaranlığımı danıb yeni səhərlər yaratmağa çalışdığımı bir özüm bilirəm.Amma yenə də eyni yerə qayıdıram deyəsən..
Amma istəmirəm..
Amma bacarmıram axı..Sanki kənardan biri “hara getmişdin qayıdırsan da” deyir.İçimdəki uşaq baxmırdıki mənə, sakit qalanda ağlayır, danışanda susdurulurdu..
Böyümək də istəmirdi, çünki böyümək biraz da itirməkdir.
İçimdəki uşaq o qədər susdurulurdu ki, bir müddət sonra mən belə onun varlığını unudar olmuşdum.
Susdurulacağından elə qorxurdu ki, artıq səsi zəifləməyə, varlığı yavaş-yavaş qeyb olmağa başlayırdı. Mən isə inadla oyatmağa çalışırdım onu.
Nə deyim, bəlkə də gün gələr güzgüdəki insan doğmalaşar mənim üçün, amma mən daha “bəlkə”lərə tutunmaqdan yorulmuşdum.
O səhər onsuz da açılacaqdı, güzgüyə onsuz da baxılacaqdı,amma həmin uşaq qəlbsiz necə yaşayacaqdı o sual altındadır. Sualları isə heç sevmirəm, hansıki varlıqları ilə belə yorurlar insanı.


Bu yol isə hara aparır məni bilmirəm, sadəcə hər şeyin yük olub ayaqlarımdan asıldığını hiss edirəm..


Aytən Kərimova✍🏻

Şərhlər (4)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 02:01

    Bəzən böyümək xoşbəxtliyin gözəl anlarımızın itməsizədi ama nə qədər böyüsəkdə içimizdəki o uşaq elə ordadı.. 

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    13 iyul 25, 00:46

    İnsan hansı yaşda olur olsun içindəki uşaq daima uşaq olaraq qalacaq.Təki arasıra onu yaşadan olsa...

  3. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    12 iyul 25, 14:58

    Böyümək birazda itirmekdir..😔 Uğurlar 

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      12 iyul 25, 18:26

      Təşəkkürlər🥲

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol