Qalib Ruhun Qaçışı — Simurq

Qalib Ruhun Qaçışı — Simurq

✨ “Bəzən bir qadın qaçanda, arxasında bir dövr, bir ömür, bir qandallanmış nəsil çökür.”

Atın möhkəm, əzəmətli belində, dəniz kənarının soyuq, nəmli qumu üzərində ağır, lakin sarsılmaz qərarlılıqla irəliləyən at, hər addımının torpağa dəyən zərbəsiylə yalnız səslənən addımlar atmırdı. O, bütün yığılıb qalmış susqunluqların, donmuş arzuların qəzəb dolu nidası idi. Hər izində dünya sanki titrəyirdi, o qadının varlığı yer üzündə çoxdan unudulmuş sirlər və qaranlıq həqiqətlərin üzə çıxmasına səbəb olurdu. Qadının küləkdə dalğalanan saçları, min illərin unudulmuş hekayələrini, susmuş arzularını daşıyır, zamanın və məkanın sərhədlərini dağıdırdı. Dünya onun ətrafında həyəcanla və möhtəşəmliklə fırlanır, hər an qələbənin ritmiylə çırpınırdı. Baxışları dənizin ən qaranlıq, ən dərin sularında parlayan ulduzlar kimi yanırdı. Qəlbində min illərin qəzəbi, mübarizəsi ilə qarışmış sarsılmaz iradə vardı. Bu onu həm atın qüdrətiylə, həm də dənizin sərt nəfəsiylə tamamlamışdı.

Qadın atın belində dəniz kənarında uçur kimi qaçırdı.Bəlkə də, arxada qoyduğu təkcə sükut deyildi – illərlə dinmədən daşıdığı qırıntılar da onunla vidalaşırdı."Mən qaçmıram… mən azad oluram" – deyə pıçıldadı, külək saçlarını deyil, illərin yükünü daşıyırmış kimi.Atın yumşaq qum üzərində qoyduğu izlər unudulmaz, sildirilə bilməzdi. Bu izlər, əsrlər boyu unudulmuş döyüşlərin və sağalmamış yaraların şahidi kimi, heç bir dalğa və külək tərəfindən yox edilməyə məhkum deyildi. Qadının bədəni atın hərəkəti ilə mükəmməl bir harmoniya içində irəliləyir, hər əzələsi qətiyyət, güc və inadkarlığın canlı heykəli kimi titrəyirdi. Soyuq külək üzünü oxşayarkən, onun qəlbində alışan alov daha da parlaq və işıqlı yanırdı. Qorxu artıq köhnə xəyaldan başqa bir şey deyildi. Susqunluq isə keçmişin qaranlıq kölgəsi kimi arxada qalmışdı. İçində oyanan qəzəb, uzun müddət boğulmuş səs-küy hər addımda özünü güclü bir səs ilə duyururdu. Arxasında dənizin sakitliyi, qumun yumşaqlığı və kölgələrin yavaş-yavaş yox olması vardı. O artıq orada deyildi. Arxada qalmış keçmiş, sındırılmış ümidlər və bağlanmış qapılar toz buludları kimi uzaqlaşırdı. İndi onun önünə açılan yeni yollar var idi. Hər addımda ürəyində atın döyüş ritmi ilə döyüşən bir nağıl yaşayırdı.Dalğalar çırpınır, sanki onunla birgə azadlığa can atır.Dənizin qopan səsi onun içində susdurduğu çığırışları xatırladırdı – hər dalğa bir səssiz qışqırıq kimi üzərinə gəlirdi.

Bu qaçış göründüyü qədər bəsid deyildi. Ruhun ən dərin qatlarındakı ağır zəncirləri qırmaq, köhnə yaraları sağaltmaq, ruhundakı qalib ruhu yenidən dünyaya gətirmək idi. Atla birlikdə irəliləyən qadının addımları sarsılmaz qərarların ifadəsi idi. Hər nəfəsi səhranın və dənizin səssizliyini pozan canlı bir qələbə kimi səslənirdi. O keçmişin yükünü geridə qoymaq arzusunu ürəyində daşıyırdı. Bu qaçış susqunluqları dağıtmaq, zülmətin içini işıqlandırmaq, özünü həm dünyaya, həm də özünə isbat etmək idi. Bu qaçış yalnızca sürətlə olduğu yeri tərk etmək deyildi. O, qəlbin ən dərin qatlarından doğan, hər an güclənən, sönməz bir zəfər və dönüş idi. İndi sən öz həyatının ən ağır bağlarını qırmağa, atın belində dəniz kənarında belə bir qaçışa başlamağa hazır olmalısan.Nə vaxt içində gizlədilən qorxularla, qaranlıqlarla, keçmişin boğucu sükutuyla vidalaşıb, öz qalib ruhunun izi ilə dünyanı sarsıdacaqsan?Qalib ruhun qaçışı düşünülməmiş bir addım deyil o, səssizliyi qırmaq, içində yanan gücü oyatmaq, özünü yenidən kəşf etmək və dünyaya varlığının qürurunu göstərməkdir.Öz içindəki səsə qulaq verib, həqiqətən də qaçmağa cəsarətin varmı?

Bəs sən, ruhunun qaçdığı səssizliyi heç axtarmısan?


Şərhlər (6)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 02:00

    Bəlkədə axtarmışam... ama tapa bilməmişəm böyük ehtimalla  çox gözəl idi əllərinizə sağlıq

    1. SİMURQ

      @SİMURQ

      19 iyul 25, 22:38

      Ümid edirəm taparsınız, təşəkkürlər. 

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    12 iyul 25, 09:41

    Sanki bir insanın daxili azadlığa doğru addım atması, təsvir edilib. Keçmişində qorxur, susqunluq, ağır hissləri duyğuları var. Lakin bu artıq keçmişdi qalıb. Ruhum qaçdığı səssizliyi isə bəli, axtarmışam. Bəzən insan susanda içindəki səslər danışmağa başlayır. Hamı gedəndə yalnız özümlə qarşı qarşıya gəlirəm. Elə olur ki, həyatın səs-küyündən qaçıb, sadəcə səssizliyinə sığınırsan. Bəlkə də, ruhum ora qaçır ki, mən özümə biraz daha yaxın olum...

    Uğurlar, maraqlı idi 🤍

    1. SİMURQ

      @SİMURQ

      12 iyul 25, 11:34

      İnsanın bəzən tək qalıb içindəki səsi dinləməsi daxilinə çəkilməsi vacibdir. Çünki bəzən insanların fikirlərinə çox əhəmiyyət verib öz istədiyimiz həyatı deyildə onlarınkını yaşaya bilirik. Xoş fikirlər və cavabınız üçün təşəkkürlər ✨

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    12 iyul 25, 00:35

    Belə cavab verə bilərəm

    Bəlkə də axtarmışam... amma adını səssizlik qoymamışam. Bəzən yorğunluq, bəzən sadəcə çəkilmək istəyi olub içimdə. Ruhumun harada gizləndiyini mən də bilmirəm, amma bəzən bir mahnıda, bir baxışda, bir səssiz gecədə onu hiss eləmişəm. 

    Hekayənizdə çox hisslər dolu idi.Müzakirə də etməyəcəm,təhlildə.Həmişəki kimi çox bəyəndim🌹🌹🌹

    1. SİMURQ

      @SİMURQ

      12 iyul 25, 01:12

      Sizin o səssizliyə ad qoymama səbəbiniz daxili mübarəzənin işarəsidir. Ruhunuzun gizləndiyi yeri bilməsənizdə hiss edirsiniz, çünki o davamlı olaraq dəyişkənlik göstərir. Siz  hisslərinizi açıq aydın ifadə edə bilirsinizsə deməli bir gün ruhunuz səssizliyə qərq olub gizlənmək yerinə qürurun melodiyalarıyla birgə sizə doğru gələcəyinə işarədir. Ümidinizi itirməyin. Xoş sözlər və cavabınıza görə təşəkkürlər ✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol