Saçı hörüklü qız - SİRİUS

Saçı hörüklü qız - SİRİUS
"Saçı hörüklü qız"
Kafe demək olar ki, boş idi. Axşamın solğun işığında pəncərədən süzülən günəş şüaları masaların üstünə səssiz toxunurdu. Arabir fincan səsi eşidilirdi, arxa fonda isə köhnə bir caz musiqisi boğazdan keçməyən söz kimi səslənirdi.
Qarşı-qarşıya əyləşmişdilər. O, əllərini fincanın ətrafına dolamış, başını azca yana əymişdi. Saçları səliqə ilə hörülmüşdü — sərt və intizamlı. O isə baxışlarını onun üzündə gəzdirdi, sonra asta səslə soruşdu:
— Bu gün saçlarını niyə hörmüsən?
Qız baxışlarını qaçırdı. Çiynini çəkdi.
Elə belə...
O bir qədər irəli əyildi. Səsi daha da yumşaldı:
— Saçlarda bütün duyğuların gizli olduğunu bilirsən?
Qız gözlərini pəncərədən kənara zillədi.
Ola bilər.
O, bir anlıq susdu. Sanki keçmişdən nəsə xatırladı:
— Əvvəllər saçların hər zaman yanında olardı… indi isə yığırsan, hörürsən... sanki heç kimin toxunmasını istəmirsən.
Qız dodağını dişlədi. Göz qapaqlarının altında yuxusuzluq izləri vardı.
Bu aralar dağınığam... Bir az özümü toparlamağa çalışıram.
O fincanını masaya qoydu. Barmaqları masanın üstündə oynadı, sanki hansısa ritmi tutmağa çalışırdı:
— Bir qadın əgər saçını yanına tökürsə, o dağınıqdır... Amma başqa bir baxışla baxsaq — bir qadın əgər saçını yığır və yaxud hörürsə, deməli, artıq özünü toparlayır. Çünki saçlar duyğuları gizləyir özündə. Bir qadın toparlanmağa başlayıbsa, o birinci saçlarını yığmağa başlayır...
Qız susdu. Bunu əvvəl heç kim bu qədər sakit və inandırıcı tonda deməmişdi.
— Əgər bir qadın saçlarına toxunanda aqressiv olursa… onun sevgiyə ehtiyacı var. Sevdiyi adam saçlarını oxşamayıbsa, o heç kimin toxunmasına icazə verməz.
Qız baxışlarını ona dikdi. İlk dəfə idi ki, içindəki sükutu başqası sanki bu qədər doğru oxumuşdu.
Kafenin pəncərəsindən axşam işığı çəkilib gedirdi. Qız yavaşca əlini saçına apardı. Hörüyü boşaldıb, saçlarını çiyinlərinə buraxdı.
Sükut onların arasında bir söz qədər yaxın idi.
-Sirius

Şərhlər (14)

  1. Röyane

    @Röyane

    13 iyul 25, 19:53

    Maraqlı idi. Uğurlar. ❤️

    1. SİRİUS

      @SİRİUS

      19 iyul 25, 19:57

      Təşəkkürlər 🙏 ❤️ 

  2. XIII

    @XIII

    13 iyul 25, 10:35

    Uğurlar arzu edirəm,dost.Əla ideyadır.

    1. SİRİUS

      @SİRİUS

      13 iyul 25, 16:08

      Teşekkür edirəm.💫🙏

  3. ramil

    @ramil

    13 iyul 25, 03:03

    Bəzən insanlar öz içlərində çəkdikləri izdirabı çölə vermək istəməzlər,və bir o qədərdə xarici görünüşə yansıdarlar.Allah bizimdə qarşımıza ilk, baxışda hansı problemləri yaşadığımızı görən insanlar çıxarsın🙏

    Hekayə çox gözəl idi.

    Uğurlar🌟

    1. SİRİUS

      @SİRİUS

      13 iyul 25, 16:04

      Amin inşallah. Teşekkür edirəm.🙏💫

  4. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 01:57

    Bəzən səssizliyimizdən  anlıyan insanlar lazımdı bizə... uğurlarr

    1. SİRİUS

      @SİRİUS

      13 iyul 25, 16:06

      Bəli teşekkürler ❤️🙏

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    13 iyul 25, 00:26

    Elə hiss edirəm ki, burdaki yazılan mövzuların hekayələrin müəllifləri yaşları azdı.Amma ürəkləri çox böyükdü.Əhsən sizə💫✨

    1. SİRİUS

      @SİRİUS

      13 iyul 25, 16:08

      Bəzən yaşadıqlarını anlatmaq üçün yaş mühüm rol oynamır. Bəli teşekkürler ❤️ 🙏 

  6. Dərya Qasımova

    @Dərya Qasımova

    12 iyul 25, 19:50

    Bəzəndə insanlar içlərində nəzarət edə bilmədikləri düşüncələri, duyğuları, ağrıları hörərək sakitləşdirərlər. 

    Uğurlar 🤍 

    1. SİRİUS

      @SİRİUS

      12 iyul 25, 22:48

      Bəli teşekkürler.💫❤️

  7. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    12 iyul 25, 17:11

    Çox maraqlı idi🥹bu yazıdan bele anladım ki,mən dağınıq biriyem... Uğurlar 🌷

    1. SİRİUS

      @SİRİUS

      12 iyul 25, 17:41

      Toparlanmiş  her bir insan bir zamanlar dağınıq olub. Təşəkkürlər.❤️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol