(İsa).... o qədər səssizlikdirki bura saatın əqrəblərinin və mexanizmin səsini eşidirəm. Ya sən?

(Aysel) Mən həmişə əylənirəm. Otağıma yansayan rəngli pəncərədən günəş işıqları gözəl abuhava yaradır. Musiqi oxuyur və əylənirəm. Yəni səssiz vaxtım olmur.

(İsa) ....

(Aysel) Anladım sən yenədə səssizliyi sevdiyin üçün sakit qalırsan.

(İsa) Səssizliyi sevmək? Səncə sevgi belədi? Sakit, səssiz, sadəcə 2 cism və ruh.

(Aysel) Yox İsa, bu belə deyil. Mən ailəmlə də gözəl vaxt keçirirəm. Biz xoşbəxtik. Bəs sən?

(İsa) Biz 5 nəfərik...

(Aysel) Ailədə 5 nəfər?

(İsa) Yox.

(Aysel) Dostlarınla?

(İsa) Yox.

(Aysel) Bəs necə?

(İsa) Dörd divar və mən...

(Aysel) Dörd divar və sən? Səncə bu cür düşünmək... sağlamdı?

(İsa) Bilmirəm. Sağlamlıq artıq mənim üçün sadəcə ürəyin vurub-vurmamasıdı. Hiss? O, uzun müddət əvvəl buranı tərk edib. Sadəcə... ayaq səslərini xatırlayıram.

(Aysel) Bəlkə sənə kimsə lazımdı... danışasan, paylaşasan?

(İsa) Səncə mən danışmıram? Mən hər gün danışıram... bu divarlarla. Onlar məni dəyişmirlər, amma heç olmasa məni dinləyirlər. İnsanlar isə çox vaxt səni eşidir, amma dinləmir.

(Aysel) Həə... sən çox tək qalmısan.

(İsa) Mən tək deyiləm. Mən təkliklə yoldaşam. Tək qalmaq və tək doğulmaq fərqlidi, amma mən ikisinə də öyrəşmişəm.

(Aysel) Bəs çıxmaq istəmirsən bu otaqdan?

(İsa) Əvvəllər istəyirdim. İndi... məncə bu dörd divar məni çöldən qoruyur. Çöl daha təhlükəlidi.

(Aysel) Çöl çox Gözəldi. Çəmənlər, Dağlar, təpələr, dərələr və nələr-nələr. Hələ sənə Heyvanları saymıram.

(İsa) Sayma...

(Aysel) Eh... Sən lap öldürmüsən eee. Arada çıx ordan əylən gəz.

(İsa) Boş ver....

(Aysel) Yaxşı onda gəl biraz Daha başqa şeylərdən söhbət edək bəlkə onda fikrini dəyişərsən.

(İsa) Yaxşı, mən razı. Mövzunu de.

(Aysel) Biraz centilmen kimi oldaaaa.... bu nədiye kobudcasına. Nəysə söhbətimizi edək. Gəl Sevgimizdən danışaq İsa Bəy.

(İsa) Yaxşı.

(Aysel) İlk mən başlayıram. Mənim altı yaşım vardı və atamın işi səbəbindən biz evimizi dəyişdirib başqa bir rayona köçməli olduq. Köçdüyümüz Rayonda bina evində yaşayırıq. Həmin binada biz 2-ci mərtəbədəyik.

(İsa) Hə davam et...

(Aysel) Edirəmdə səbirli oll!... Harda qalmışdım... Hə! Üst qonşumuzda Səninlə adı eyni olan İsa adlı bir uşaq vardı. Ondan çox xoşum gəlmişdi. İsanı 11 ildi sevirəm, lakin heç vaxt ona heç bir şey deməmişəm....

(İsa) ...11 il? — 

(Aysel) Hə. Bilirəm qəribə səslənir. Amma belədi. Hər dəfə onu görəndə... elə bil zaman dayanırdı. Bilirsən, o sadəcə bir insan deyildi mənim üçün. O mənim ilk yazım, ilk yağışım, ilk baharım idi...

(İsa) Və sən bunu ona heç vaxt demədin?

(Aysel) Yox. Çünki qorxdum. Qorxdum ki, o məni sevməsin. Və bu 11 ilin içində qurduğum dünya dağılmasın. Mən onu itirmək istəmirdim, heç sahib olmadan belə...

(İsa) Qəribədi... Çünki mən də... Mən də heç kimə heç nə demədim. Çünki bilirdim, heç kim məni anlamayacaq. Ona görə bu divarların arasında qaldım.

(Aysel) Onda səndə danış İsa.

(İsa) Yaxşı. Biz Də bina evində 3-cü mərtəbədə yaşayırıq. 12 il öncə Alt qonşu Akif Dayı gil Evlərini satıb köçdülər və 1 il sonra bir ailə ora gəldi. O ailənin qızı Aysel...

(Aysel) Aysel? A bax mənim adımla eynidi. Sən bir təsadüfə bax hələ, mənim sevdiyim oğlanın adı səninlər eynidi sənində sevdiyin qızın adı mənimlə.

(İsa) Hə Çox Böyük bir təsadüfdü. Nəysə davam edim..... Ayseli 11 ildi sevirəm. Hələdə sevirəm amma birdəfə belə yaxınlaşmağa cəsarət etməmişəm.

(Aysel) Niyə?

(İsa) O uşaqlarla oynayanda mən həmişə kənarda durub onlara baxardım. Məktəbə gedəndə mən onlardan həmişə 10 addım geridə gedərdim. Sosial biri olmadığım üçün ona yaxınlaşa bilmirdim. Bu gündə o qız çox gözəldi və mən onu çox sevirəm. Məhəllədən pəncərəsin görəndə Çox xoşbəxt oluram. Pencərəsi Rəngarəng biridirsə gör özü necədir deyə düşünürəm.

(Aysel) İsa....?

(İsa) Buyur.

(Aysel) Sən hansı Rayonda yaşayırsan?

(İsa) Eeeee.... Masallı...

(Aysel) Masallı?

(İsa) Hə

(Aysel) Hansı Küçə?

(İsa) Qara

ba....

(Aysel) Qarabağ İsaaa....! Qarabağ küçəsi bina 57 blok 3 mərtəbə 3....

(İsa) Aysel?..........

(Telefonun sönmə səsi).......