Yanan ümidlər - SİRİUS

Yanan ümidlər  - SİRİUS

Atəşin səsi gecənin səssizliyi ilə danışırdı sanki.Eşidilməyən səslər , boğulmuş hisslər, bitmiş ümidlər, hamısı birlikdə yanırdı. Günahsız yerə sanki havaya qalxan tüstü edam edirdi onları. 

-Bir od idim ...yanacağımı bilə bilə yanmağı gözə alırdım ilk dəfə.

+ Küllərin nəyə lazım olacaq ? Heç düşündünmü? 

-Mən soruşmadan yanıram sevərək istəyərək şübhə etmədən tək bir qığılcımdan alışaraq...

+ Dəyərmi səncə bu cür yanmağa? 

-Dəyər ...o sevginin uğruna yanmağa dəyər.

+ Sən səssiz dərin və aramsız yanırsan. Hər şeydən uzaq durursan. Yandığca heç kimə zərər verməmək üçün. Bilirdin yanacağın yerdə sonda kül olacağını...bilə bilə etdin.

-Bəlkə də yenidən var ola bilməyim üçün bütövlüklə yox olmağım gərəkdi. 

Od sonunun gəldiyini hiss edirdi. Lakin hər son yeni bir başlanğıc deyilmi? Bəlkə də od yenidən var olmaq üçün bütün gücü ilə yanırdı. Səncə o küllərin üstünə biraz odun yığıb yenidən yandırmaq olmazmı? Bəlkə də həyat oda yeniden can verəcəkdi.Ama bu biraz zaman alacaqdı. Bəlkə...bəlkə biri bir gün gələcək və o odu yeniden alışdırmağı bacaracaqdı. Ama bu səfər tək yandırmaq deyil qızınmaqda istəyəcəkdir.İstiliyi hərarəti o odda hiss etmək istəyəcəkdir. Bilmək istəyəcək bu odu kim belə yandırıb? Bu qədər içdən və dərin iz buraxıb burda...? O orada qalacaq sadəcə qızınmaq üçün deyil,biraz da anlamaq və dərk etmək üçün. Bu mənalı bir yanmaq idi. Kimin üçün yandığını sadəcə özü bilirdi. Odun istiliyinə çox adam yığışsada heç kim nə üçün yandığını bilmirdi. Çünki hər kəs qızınmaq üçün orda idi...Od isə yanmaq sanki yandığca ətrafındakılara istiliyini,sevgisini , işığını ,ümidini hiss etdirmek istəyirdi.Od dəfələrlə alışdırılmasına baxmayaraq ilk dəfə idi yanırdı. Od həm ilk həm də son olduğunu düşünürdü. Ama od orada yanmalı idi. İçində sönməyən məşəl olduğundan xəbərdar olması üçün. Yanmalı idi , yeniden ve daha gözəl yana bilməsi üçün. 

"SİRİUS"

Şərhlər (12)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    19 iyul 25, 13:50

    Odun istiliyinə çox adam yığışsada heç kim nə üçün yandığını bilmirdi. Diqqətimi çəkən bu cümləyə fikir yazmaq istəyirəm.


    İstilik hamını cəlb edir, amma alovun hansı ağrılardan doğduğunu çox az adam düşünür.  


    Yəni bir çox insan sənin verdiyin sevgidən, enerjidən, fədakarlığından yararlanır ,amma bunun səni necə yandırdığını, içində nələrin kül olduğunu anlamır...

    1. SİRİUS

      @SİRİUS

      19 iyul 25, 19:55

      Bəli tamamilə doğru anlamisiniz. Teşekkür edirəm oxuyub deyerləndirdiyiniz üçün.❤️🙏

  2. ramil

    @ramil

    16 iyul 25, 22:12

    Bir sözlə,mükəmməl ✨

    1. SİRİUS

      @SİRİUS

      19 iyul 25, 19:56

      Təşəkkürlər 🙏

  3. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    14 iyul 25, 11:11

    Maraqlı idi uğurlar 🌷

    1. SİRİUS

      @SİRİUS

      14 iyul 25, 16:25

      Cox sağolun.💫💝

  4. XIII

    @XIII

    14 iyul 25, 08:32

    Hiss və ifadələr..Bir sözlə möhtəşəm təsvir etmisiniz.Sizə bu yolda uğurlar arzulayıram.Və cəmiyyət düzgün insanları "dəyər"ləndirər,inşallah.

    1. SİRİUS

      @SİRİUS

      14 iyul 25, 16:29

      Çox sağolun təşəkkür edirəm.🙏

  5. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    14 iyul 25, 01:24

    Bəzən yanacağımızı bilə bilə alışırıq bəlişş dəyərmi dəyməzmi bilmədən layiq olmayana həddindən artıq güclə sevgi göstəririk ... əllərinizə sağlıq 

    1. SİRİUS

      @SİRİUS

      14 iyul 25, 16:26

      Var olun təşəkkür edirəm. Oxuyub deyerləndirdiyiniz üçün.💫💎

  6. Fatima

    @Fatima

    13 iyul 25, 14:59

    Odun dili ilə danışmaq, onu bir canlı kimi hiss etdirmək yazıya çox dərin bir məna qatıb."Yanacağımı bilə-bilə alışdım" – bu cümlə təkcə bir hissin deyil, bütöv bir insanın iç savaşı, təslimi və eyni zamanda cəsarətidir.Sonda qalan küllər belə ümidlidir. Sanki “bir gün biri gələcək və odu yenidən alışdıracaq” mənə ümid verir.Ən çox təsir edən tərəf isə budur: hər kəs o odun yanına qızınmaq üçün gəlir, amma heç kim onun niyə yandığını bilmir.

    1. SİRİUS

      @SİRİUS

      13 iyul 25, 15:53

      Bəli nə gözəl ki bu yazım qəlbdə ruha yol tapıb. Nə xoş mənə . ❤️🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol