“Dəniz danışmaz, susqunluğu ilə qərar verdiyi taleləri gizlincə yönləndirər. Sular səssiz olsa da, heç bir sirr sonsuza qədər suyun altında qalmaz."
Günorta günəşi səmada dayanmışdı və öz parlaq işığını sonsuz dəniz üzərinə yayaraq sanki səthə qızılı parıltı sərirdi. Həmin anda dənizdə yol alan köhnə taxta gəmi, bu işığın içində qəribə bir sakitliklə irəliləyirdi. Gəminin hər bir hərəkəti – yelkənin azca titrəməsi, suya toxunan gövdənin ritmik səsi qədim bir sükutun içində itib gedirdi.Gəminin göyərtəsində olan dənizçilər bir-birindən xəbərsiz öz işləri ilə məşğul olsalar da, onların hərəkətlərində izahı olmayan bir gərginlik hiss edilirdi. Sanki görünməyən bir varlıq ruhlarını sıxır, nəfslərini daraldırdı. Həmin görünməz gərginliyin haradan qaynaqlandığını isə heç biri anlamırdı.Gəminin altında, dənizin dərin qatlarında isə üç dəniz qızı görünmədən üzürdü. Onlar eyni anda başlarını suyun üzünə çıxarıb gəmini diqqətlə izləyirdilər. Duru və geniş gözləri dənizin dərin, göyümtül və tərpənməz rənginə boyanmışdı. Baxışlarında təkcə maraq yox idi, həm də qərarlılıq, bildikləri və susduqları nəsə vardı.Gəmiyə yaxınlaşdıqca, dəniz qızları sükuta daha da qərq olurdular. Onların varlığı hiss edilmirdi, amma dənizçilərin narahatlığı sanki məhz bu üç qızın varlığına qarşı bir instinktiv reaksiya idi.Bir neçə saat keçdi. Gəmi heç bir problem olmadan yoluna davam edirdi, lakin hava dəyişməyə başlamışdı. Külək yavaşca istiqamətini dəyişdi, yelkənlər qəribə səslə əsdi və göy üzünü tünd boz buludlar örtdü. Qəfil baş verən bu dəyişiklik kapitanın diqqətini çəkdi. O, sükanı daha bərk tutaraq irəli baxdı, amma dəniz elə eyni idi — səssiz və hiyləgər.Elə bu an gəmidə qəribəlik baş verdi. Sükan bərkidi, yelkənlər dartındı, göyərtədəki fənərlər öz-özünə titrəyib sönməyə başladı. Dənizçilər bir anda dayanıb bir-birinə baxdılar. Heç bir söz deyilmədi, amma hər kəs eyni qorxunu hiss edirdi.Su birdən-birə hərəkətə gəldi. Dalğalar əvvəlcə yüngül idi, sonra daha güclü oldu və sanki dənizin ortasında görünməz bir varlıq yer dəyişirdi. Həmin anda dəniz qızları gəminin hər iki tərəfindən suyun səthinə çıxdılar. Onlar bu dəfə gəmidəkilərə görünürdülər.Gözləri parıldayırdı, saçları dalğalarla birlikdə yellənirdi və onların hərəkətində fövqəladə bir harmoniya vardı.Gəmiyə səssizcə, amma qərarlı şəkildə baxırdılar. Eyni anda suyun dibinə çəkildilər və gəmi tam bir dəqiqə ərzində qəribə bir sakitliyə büründü.Kapitan sükanı buraxdı və ilk dəfə olaraq nə edəcəyini bilmədiyini etiraf edən bir baxışla göyə baxdı. O, nə fırtına, nə də dəniz canavarı gözləyirdi. Tamamilə nəzarətsiz bir güclə qarşı-qarşıya olduğunu hiss etdi.Dalğalar yenidən qalxdı. Gəmi yavaş-yavaş istiqamətini itirməyə başladı. İşıq sönür, yelkənlər qırılırdı. İnsanlar bədənlərini sabit tutmağa çalışır, çaxnaşma içində sağa-sola qaçırdılar. Suyun altından isə dərin, boğuq bir uğultu gəlirdi.Dəniz qızları son dəfə ortaya çıxdılar. Bu dəfə suların üzərində dayanmışdılar. Onlardan biri gəminin sükanına yaxınlaşdı, əlini uzadıb səssizcə dedi:
— Bu yalnız başlanğıcdır. Doğrunu bilmək istəyirsənsə, həyatından keçməyə hazır olmalısan.
Kapitan bu sözləri eşidəndə diksindi. Onun ağlında saysız cavabsız suallar dolaşırdı. Lakin bu sualların cavabını verməyə nə zaman, nə də fürsət vardı. Dalğalar gəmini udmağa başlamışdı.Son anlarda gəmidə olan hər kəs anlayırdı ki, bu səfər qaça biləcəkləri bir çıxış yolu artıq fürsətdən qaçıb. Onlar dənizin içində yox, onun qərar verdiyi taleyin içində idilər.Gəmi suya batdı. Ardınca heç bir iz qalmadı. Dalğalar səthdə düzləndi, dəniz yenidən susdu.Lakin bir neçə gün sonra, sahilin ən sakit yerində, dalğaların hər axşam eyni yeri yuyub apardığı sahildə qəribə bir taxta parçası tapıldı. Parçanın üzərində nə rütubət, nə yosun, nə də dənizin izləri vardı. Sanki o, dənizdən yox, göydən düşmüşdü. Üstündə yalnız üç söz vardı – qabarıq, dərin və sanki içdən oyulmuş şəkildə:
“Biz gördük onları.”
Heç kim bu sözlərin nə məna verdiyini bilmədi. Gəmidəkilərin adları, üzləri, səsləri itdi. Amma dəniz qızları barədə danışanlar çoxaldı. Bəziləri gecələr suda üç işıq parıltısı gördüklərini, bəziləri isə suda əks olunmayan siluetlərin onlara baxdığını söylədi.Zamanla bu hadisə əfsanəyə çevrildi. Hər yeni ayın əvvəlində dənizin həmin nöqtəsində sakitlik hökm sürərdi. Qayıqlar oradan uzaq keçərdi. Dəniz elə bil nəfəsini tutar, su hərəkətsiz qalardı. Zülmət qarası axşamı bürüyərkən, bir uşaq dənizin o yerində suda üç gölgə gördü. Göylə dəniz arasında dayanan, tərpənməyən, baxışlarını heç nəyə dikməyən üç siluet. Uşaq qışqırmadı. Sadəcə soruşdu:
"Onlar qayıdıbsa... deməli kiminsə vaxtı çatıb?"
Həmin gecədən sonra, dənizdə izah olunmayan hadisələr baş verməyə başladı.Bir qadın, gecə evinin eyvanında dayanarkən, dənizin qaranlıq səthində öz adını eşitdi sanki su ona pıçıldamışdı. Bir gənc balıqçı, qəfil dalğaların içindən sükunətlə batan gəminin qaranlıq kölgəsini gördü ,amma heç bir real gəmi yaxınlıqda deyildi.Bu suallar insanları içindən yeyirdi:
Əgər o gəmi doğrudan da yox olduysa, niyə iz buraxır? Onlar geri gəlirsə... bu dəfə kimi aparmaq istəyirlər?
Şərhlər (6)