Kəpənəyin nağılı - Şahmalı Hasan

Kəpənəyin nağılı - Şahmalı Hasan

Kəpənəyin nağılı

Hamı heyrətlə gözünü ona zilləmişdi. Üzlərində donuq ifadələrlə,

baxsa da gördüyünə inanmayan gözlərlə, daş heykəllər kimi

tərpənmədən, sükut içində izləyirdilər onu. Gərilib açılmış əlvan rəngli,

par-par alışıb yanan, minbir rəngə çalan qanadları sanki hamını

sehirləmişdi. Bəzilərinin hətta ürəyi gedib yıxılmışdı da. Hamının açıq

ağızla baxdığı bu ilahi gözəlliyə malik kəpənək o kəpənək idi ki, bir neçə

gün öncə, o hələ yaşıl bir tırtıl ikən hamı onu lağa qoyur, ona gülür, kinayə,

məzhəkə dolu atmacalar atırdılar. Bütün ətrafdakı böcəklərdən, oların

tənəsindən bezən zavallı tırtıl hər gün alma ağacına dırmanar, ordakı

yaşıl yarpaqları xırt-xırtla yeyər, ağacın yanından keçən həşəratlar da ona

baxıb qəhqəhə ilə gülər, keçib gedərdilər. Tırtıl bilirdi, bilirdi ki, gün gələcək ona gülən, onu ələ salan bütün böcəklər onun qarşısında diz

çökəcək. Ona yalvaracaq, ona aşiq olacaqlar. Amma o heç birinə üz

göstərmədən öz sevdiyinə, hər gün həsrətlə baxıb, qovuşacağı anı

gözlədiyi masmavi səmasına uçacaqdı. Tırtıl ağ pambıq kimi topa-topa

buludların süzüldüyü səmaya vurulmuşdu, özü də gözünü açıb səmanı

gördüyü ilk gündən. Məhz onun sevgisi ilə də hər dərdə əzaba dözür,

səmaya qovuşacağı günü gözləyirdi. Və o gün artıq gəlmişdi. Son dəfə

əzəmətli qanadlarını gərib "getmə! getməəə!" yalvarışlarına qulaq belə

vermədən həm sərt, həm də xəfif bir incəliklə havalandı. Düz yuxarı.

Səmaya doğru. Uçdu. Uçdu. Uçdu. Hələ təzəcə öyrəşdiyi, zəif qanadları

yorulsa da, dayanmadı. Uçdu. Səmaya olan sevgisi kəpənəyə elə bir güc,

elə bir qüvvə verirdi ki, o, indiyə qədər heç bir kəpənəyin uçmadığı

yüksəkliyə qalxdı. Səmaya yaxınlaşdıqca yaşama gücü tükənir, amma

sevgisinə qovuşma həyəcanı, qovuşma sevinci daha da artırdı. Və ən

sonda elə bir məqama çatdı ki, artıq qanadlarını çırpa bilmədi. O zərif,

incə qanadlar buz tutmuşdu. Kəpənək donmuşdu. Amma hələ ölməmişdi.

Son nəfəsdə, can üstə idi. Və xəyal qırıqlığına uğramışdı. Sən demə onun

ta yaranışdan sevdiyi mavi səma heç də onun gördüyü kimi deyilmiş.

Səmanın içində o, milyardlarla parlayan, alışan, yanan ulduzları, nəhəng

günəşi, nur saçan ayı gördü. Dönüb geriyə, gəldiyi mavi planetə baxdı.

Anladı ki, o səmaya, səmanın daxilində gizlənən gözəlliklərə vurulubmuş.

Hələ heç o gözəllikləri görmədən. Donmuş, tərpənə bilməyən, amma

sevincdən "göylərə uçan" kəpənək kainatın nəhayətsiz dərinliklərinə

doğru sonsuz səyahətinə başladı...

11.03.2018. Gəncə

Şərhlər (7)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyul 25, 01:39

    Həqiqi gözəlliklərə çatmaq üçün bəzən ona çatmaq, görmək belə lazım gəlmir.Bunun üçün hiss etmək,inanmaq və yola çıxmaq yetərli...Bəzən isə bunu bilə bilə sıfırdan başlamağa qorxar tərəddüd edərik.Sonumuz bir kəpənəyin ömrü qədər qısa olmasın deyə...

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      17 iyul 25, 09:22

      Tamamilə doğrudur, təşəkkürlər 

  2. SİRİUS

    @SİRİUS

    15 iyul 25, 13:49

    Bu hekayə çox gözəl idi. Sanki insanın balaca yaşlarda qəlbinin bir sevgi üçün döyündüyü , böyüdükcə ona çatmağa çalişdigi ama hər zaman həsrət qaldiği bir hekayəni kəpənəklə canlandırdız. Bəzən hər şeyə uzaqdan baxmaq daha gözəldir. Uğurlar 🫶

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      16 iyul 25, 18:21

      Diqqətinizə görə təşəkkür edirəm 

  3. XIII

    @XIII

    14 iyul 25, 08:41

    "Kəpənək" hekayəsi çox əladır.İstəyirdim təhlil edim:

    Oldu. Budur, “Kəpənəyin nağılı” hekayəsinin sərbəst təhlili, plansız, bədii və anlayışlı formada:

     
    Bu hekayə adi bir tırtılın gözəllik simvolu olan kəpənəyə çevrilməsi ilə başlayır, amma sonu nağıl deyil — həyat qədər acı, reallıq qədər sərtdir. Şahmalı Hasan sadəcə bir həşəratın çevrilməsini yazmır, o, insanın ruhani yolçuluğunu, arzu və xəyallara qovuşma uğrunda çəkdiyi əziyyəti, və ən sonda xəyal qırıqlığını poetik dillə danışır.

    Hekayənin əvvəlində cəmiyyətin münasibətini görürük. Tırtıla güldülər. Onu aşağıladılar. Halbuki o, daxilində böyük bir sirr daşıyırdı — zaman gələcək, o, bir kəpənəyə çevriləcək və heç kim ona çatmayacaq. Bu, elə həyatda olan fərqli, dərin düşüncəli insanların vəziyyətidir. Onlar çox vaxt başa düşülmür, hətta lağa qoyulurlar. Amma böyüyüb, inkişaf edib bir gün bütün diqqəti cəlb edəndə artıq çox gec olur – nə o köhnə insanlar qalır, nə də qayıdıb danışmaq arzusu.

    Tırtıl yalnız bir sevgiyə inanırdı: səmaya. O, səmanı uşaq vaxtı görüb vurulmuşdu. Və nə baş verirdisə-versin, içində bir inam var idi — o gün gələcək. Və gəldi də. Qanadlarını açdı, uçdu. Uçdu. Amma nə baş verdi? O çox yüksəklərə qalxdı, bəlkə də heç bir kəpənəyin qalxmadığı yerə. Lakin bu yüksəklik onun fiziki sonunu gətirdi. O dondu. Çünki o, "səmanı" sadə bir mavi boşluq sanmışdı. Əslində isə səmanın içində daha böyük sirrlər var idi – ulduzlar, günəş, ay – yəni səma da onun düşündüyü qədər sadə deyildi.

    Bu an bir xəyal qırıqlığı yaşanır. Kəpənək anlayır ki, illərlə arzuladığı şey onun düşündüyü kimi deyilmiş. Amma gec idi. Artıq uçurdu. Qanadları hərəkət etmir, bədəni donmuşdu, amma ruhu sanki yenicə oyanmışdı. Geriyə baxır – yaşadığı dünyaya. Və elə bu an onun içində bir başqa qapı açılır: o, heç görmədiyi gözəlliklərə aşiq olmuşdu. Yəni, insanın əsl sevdiyi şey, bəzən onun özü də bilmədən içində daşıdığı ucalıq arzusudur. Bax, bu kəpənək – həqiqətdə, bir idealistin hekayəsidir.

    Bu əsər həm ruhun ucalma eşqini göstərir, həm də bu eşqin insana verdiyi dərdi. Çünki çox zaman yüksəlmək – tək qalmaq deməkdir. Və hər ucalıq bədəlsiz olmur. Kəpənək dondu, bəli. Amma ölmədi. O, səmanın içində ulduzlara doğru gedirdi. Bu artıq fiziki deyil, mənəvi bir yol idi. İnsanın ruhu kimi. Yanan, yoran, amma daim axtaran.

    Bu hekayəni oxuyanda adamın içində qəribə bir hiss oyanır – nə qədər sevsək də, çatdığımız yer düşündüyümüz kimi olmaya bilər. Amma buna baxmayaraq, o yola çıxmaq yenə də dəyər. Çünki bu, insanı insan edən şeydir.

     Uğurlar arzulayıram sizə.

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      14 iyul 25, 10:05

      Çox təşəkkür edirəm, həqiqətən də mükəmməl bir təhlil olub! Düşüncələrimi, hisslərimi tamamilə açıq şəkildə anlamağı və ifadə etməyi bacarıbsınız. "Kəpənəyin ömrü qısa olur" deyirik, sanki bizimki uzunmuş kimi... Ancaq bu ömrü necə yaşamaq, nələrlə bəzəmək və ya necə məhv etmək bizdən asılıdır. Arzular bəzən gözlədiyimiz kimi olmaya bilər, amma, məncə, yaşanmışların peşmanlığı yaşanmamışların peşmanlığından daha yaxşıdır. 

      Minnətdaram təhlil və diqqətinizə görə 🙏

    2. Ṣəbnəm Ismayılova

      @Ṣəbnəm Ismayılova

      17 iyul 25, 02:20

      Heqiqeten qesheng tehlildir, hekayenin ozunden bele daha eladir. Bele maraqli tehlilleri esirgemeyin

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol