Güzgüdəki həqiqət - SİRİUS

Güzgüdəki həqiqət - SİRİUS

Günəş batırdı yavaş yavaş havaya qaranlıq çökürdü.Qız otağına daxil olub hər zaman baxdığı güzgüsünə yaxınlaşdı.

Güzgünün qarşısına keçəndə sanki orda biri şikayət edirdi: 
-Nə baxırsan yetmədi bu qədər acı çəkdiyim? Boğuluram səssizlikdən.. eşitmirsən? Sənə deyirəm.

+Çox mu oldu yaşadığım acılar? 

-Bəsdi bu qədər suaduğum artıq danışmaq istəyirəm...Mən xoşbəxt olmaq ən gözəl hisslərlə sevilmək istəyirəm... acıları qəbul et azad burax gedənlərə üzülmə təşəkkür et.

+ Hər kəs məni tərk etdi...çox yalnızam .

-Mən hər şeyi görürdüm və sənin yanında idim.

+Sən yox idin,heç nədən xəbərin yoxdur. Çox şeyi bilmirsən...

-Mən var idim Yaşadığın hər şeyi bilirəm...

+ Hər şeyi?

- Hə 

+ Deyə bilərsən indi niyə bu haldayam? Niyə bu qədər dağınıq və pərişanam? 

-Çünki sən hər kəsi xoşbəxt etməyə çalışırsan,hər kəs üçün ən gözəlinin olmasını istəyirsən. Dəyməyəcək çox şeyin uğrunda mübarizə aparırsan. Hər kəsə tələsərkən ən çox da özünə gec qalırsan.

+ Sən əvvəlcədən məni niyə oyatmadın bəs? Bəlkə də bu qədər acı çəkməzdim...

-Mən sənə səsləndim ,səni axtardım hər yerdə,sən yox idin, getmişdin unutmuşdun özünü də məni də ...sonsuz bir qaranlığa həbs etmişdin.

+ Bəs sən necə gəldin?

-Səni son nəfəsində tapdım.Bəlkədə yetişməsəydim sən o qayalardan düşəcəkdin. Düşsəydin səni bir daha tapa bilməzdim. Sənin düşdüyünü görsəm mən də ardınca gələrdim.Bir an belə düşünmədən.

+ Səni niyə məni bu qədər düşünürsən? 

-Çünki mən sənin içindəyəm,sadəcə səninəm.Hər zaman səninləyəm.  Sadəcə bəzən sən ətrafındakıların səsindən məni eşitmirsen.

+ Azad buraxıram səni get...mən sənə çox acı çəkdirirəm.

-Getmirəm ,gedə bilmərəm.Mən sənin ruhunda doğulmuşam. Sən mənim evimsən .İnsan evində çıxıb gedərmi heç? 

+ Getməz ....nə olur olsun getməz.

-Mən sənin içində hər zaman susdurduğun həmin o səsəm.İndi isə hər şeyi danışmaq istəyirəm.

+ Sən məni niyə bu qədər danlayırsan? Axı hər şeyi bilirsən.

-Mən sənə öyrətməyə çalışıram.

Qız güzgüyə baxdıqca baxır öz içindəki o qışqırqları eşidirdi.Səssizliyə həbs olmuş içindeki o balaca uşağı ,gözlərindəki ümid parıltısının yavaş yavaş söndüyünü görürdü.Sanki o güzgüyə deyil öz içində çəkdiyi acılara, yaşadıqlarına,yarım qalmışlığına ,param parça olmuş qəlbinə , tükənmiş ümidlərinə şikayətlənirdi.Sanki içində illərdir susdurduğu o səs danışır ,qışqırır ,var olduğunu sübut etmək istəyirdi.Qız güzgüdən uzaqlaşdı ama beynindəki səslər kəsilmirdi.Və o pəncərəyə tərəf yaxşınlaşdı.Hava tamam qaranlıq olmuşdu. Ay da yox idi. Balaca ulduzlara dolu bir göy üzü vardı.Qız sual dolu baxışlarla gözlərini ən böyük ulduza zilləmişdi. Sanki orada bir cavab axtarırdı.Qız beynindəki sualların bütün cavablarlarının özündə olduğunu bilmirdi.

"SİRİUS"

Şərhlər (8)

  1. ramil

    @ramil

    22 iyul 25, 19:16

    Güzgü insanı cismən əks etdirən əşayadır doğrusu...

    Əgər güzgüyə baxıb həqiqəti görmək istəyirsənsə bu başqa.

    Həqiqəti tək güzgüyə baxdıqda deyil: daşa,çiçəklərə,gölə,dənizə qısası ətrafımızda nə qədər varlıq varsa...

    "Və bunlarda sadəcə bir yuxudur həqiqət isə baxan gözdən asılıdır"

    Hekayənin içindəymişəm kimi hiss etdim.

    Uğurlar🌟🙏

    1. SİRİUS

      @SİRİUS

      27 iyul 25, 15:21

      Ama həqiqətlər sadəcə üzləşmək istədiklərimizdir. Qorxub çəkindiyimiz her şeyi yalan hesab edirdik. Teşekkürler 🍀 

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    19 iyul 25, 21:52

    Güzgü qarşısında gördüyüm özümlə çox danışmışlığım var.Hətta ona söz verib əməl etdiklərim də olub.

    Güzgüdəki həqiqət insanın özünə verdiyi cavabdır .Mən kiməm?

    Hərdən bunun cavabını tapmaq...

    İnsanın ruhən rahatlaşmasına o qədər yaxşı gələr ki...

    1. SİRİUS

      @SİRİUS

      22 iyul 25, 16:11

      Oxuyub deyerləndirdiyiniz üçün təşəkkür edirəm. 💝💐

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    17 iyul 25, 21:26

    Güzgüyə bəzən, gözlə deyil də qəlbə baxmaq lazımdır. O zaman həqiqətləri görərik. Maraqlı idi, uğurlar 🤍

    1. SİRİUS

      @SİRİUS

      17 iyul 25, 21:29

      Bəli teşekkürler ❤️ 

  4. Asuela

    @Asuela

    17 iyul 25, 20:09

    güzgü sadece aynadır,esl heqiqet içimizdedir..
    her kesin bir gün o güzgüye baxıb öz heqiqetini eşitmesi dileyiyle..
    Uğurlar❤️

    1. SİRİUS

      @SİRİUS

      17 iyul 25, 21:28

      Bəli bütün həqiqətlər əslində öz içimdədir. Təşəkkürlər.❤️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol