Aramızda bəlkə də məsafələr yoxdur ama kilometrlər var - SİRİUS

Aramızda bəlkə də məsafələr yoxdur ama kilometrlər var -  SİRİUS

-Səninlə oyunlar oynamaq istəyirəm...əllərinə toxunmaq...səninlə hər anı doya doya yaşamaq hiss etmək, gözlərində itib getmək istəyirəm...

-Ama mən çox uzaqlardayam...həmdə çox.

-Olsun məsafələr sevənləri ayrımaz.

-Ayırar...əyər danışmasaq bir birimizi yavaş yavaş unudarıq...uzaqlaşarıq.

-Gəl biz unutmayaq ,ayrılmayaq.

-İnsan ki bütün qəlbdən ruhən sevənlər hər zaman cismən ayrılır.

-Axı niyə dünya bu qədər qəddardır?

-O qəddar deyil , sadəcə sevənləri qovuşdurmur. Sanki belə edərək sevgiləri əbədiləşdirir.

-İnanmıram. Əyər sevənlər qovuşmursa əbədi olan nədir dünyada?

-Bilirsən nə qədər insanlar yaralıdır,ama ölməyib...

-Bilirəm.

-Özündən muğayat ol , xoşbəxt ol.Son sözü bu oldu oğlanın sonra o telefonu söndürdü.O günden qız yavaş yavaş yox olurdu sanki,var cismən görünür ama ruhu paramparça idi. Ən pisi tərəfi isə bunu heç kimsə görmürdü. O hər gecə gözyaşları ilə yatır,hər sabaha böyük bir yorğunluq və gözləri şişmiş halda oyanırdı.

Oğlanın səsindəki hərarətə o qədər öyrəşmişdi ki , onunla danışandan həyatında çox şey dəyişmişdi.İndi isə onun var olduğu halda yoxluğuna öyrənmək qədər çətin heç nə yox idi.

Qız ona çox bağlnamışdı. Ama oğlan heç vaxt ona "səni sevirəm" deməmişdi. 

Bəlkə də bu sevənin səssiz sevgisi idi. Yaşanan ama dilə gəlməyən.

Ama deyilməmiş hər duyğu birgün yox sayılır...bu sevgi belə olsa.

Oğlan qızı canından çox sevirdi.Nə olsun bəzən sevmək qovuşmaq deyildir. Lakin o qızı bu qədər sevməyinə rağmən azad buraxmağı seçirdi.Bu ağrılı bir seçim idi.

Bəlkə də əsl sevgi elə azad buraxa bilməkdir. Oğlan qızın onu sevməsini və ona bağlanmasını istəmirdi. Çünki hiss edirdi ki qız onu hər şeydən çox sevir ,və qızın ona bağlanmağından qorxurdu.

Qorxurdu; çünki o xəstə idi. Heç vaxt tam sağalamyan vərəm...

Hər dəfə qızı özündən uzaqlaşdırmaq üçün əlindən gələni edirdi. Özü ilə bərabər qızın da həyatını məhv etmək istəmirdi.Onunla bir dəfə belə olsun görüşməmişdi . Çünki xəstəliyinin ona keçməsini istəmirdi.O qızı özündən uzaqlaşdırmaqla onun həyatını həm məhv edir həm xilas edirdi.  Artıq elə bir hala gəlmişdilər ki ,oğlan zəng etməzdi.Bir gün zəngə gec cavab verir,bir gün telefonu açmır,birgün zəng çatmırdı.

Qız zaman keçdikcə daha yaxşı anlayırdı; Həqiqətən də məsafələr sevənləri ayırar...

Aramızda bəlkə də dünyalar yoxdur,ama kilometrlər var...

Qız bir də qayıdıb özünə baxdı. Özündən əsər əlamət qalmamışdı.  Bütün duyğuları ümidləri param parça olmuşdu.Qız günü gündən bir çiçək kimi solurdu...

Əvvələr sevgi dolu baxan o gözələr indi sadəcə dərin bir qəmlə baxırdı.  Heç kimə bəlli etmək istəməsə də daha  içdən baxanlar göre bilirdi,onun gözlərindəki kədərin ağırlığı,ruhundakı yorğunluğu, cismindəki çöküntünü. Bəlkə də hər kəs baxırdı ama hər kəs göre bilmirdi.

Şərhlər (12)

  1. ramil

    @ramil

    26 iyul 25, 08:49

    Hər sevən qovuşsaydı əgər o sevgi olmazdı ki...

    Sevgi bəzən göz görə-görə tərk etmək,bəzən məsafələri bəhanə etmək,bəzəndə sevmədiyini deməkdir...

    Qısaca tərifi olmayan bir şey.

    1. SİRİUS

      @SİRİUS

      26 iyul 25, 19:29

      Bəli tam da elədir... 🙏

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyul 25, 02:32

    Həmişə belə olur həmişə sevənlər ayrılır uzaqlaşır. .. oğlan həm düz həm də səhv elədi bəlkədə səbəbi izah eləsəydi Belə olmazdı

    1. SİRİUS

      @SİRİUS

      26 iyul 25, 19:30

      Bəzi şeylərin səbəbi izah olunmur... Təəsüf ki.

  3. Asuela

    @Asuela

    24 iyul 25, 17:37

    çox tesir etdi bu🥲 kaş ki oğlan qerar vermeden önce sevdiyi qadının hisslerini de düşünerdi,uzaq qalmaqdansa onunla beraber ölmek daha yaxşıdır.. onsuz da sevdiyin adam bir gün susanda adam ölü kimi olurde,bu qeder eziyyet neye lazım..

    size de uğurlar❤️

    1. SİRİUS

      @SİRİUS

      25 iyul 25, 00:23

      Ama ağrılı bir son olmaqdansa oğlan qızın həyatına davam etməsini istədi. Məncə azad buraxa bilecek qədər sevməyi bacarmalıdır. Teşekkürler ❤️

  4. Dərya Qasımova

    @Dərya Qasımova

    24 iyul 25, 17:04

    Əsl sevgi — sadəcə hiss deyil, bir seçim bir anlayış səbrin sınağıdır. Ən əsası onun yaxşılığı üçün uzaq durmaqdır. Maraqlı idi, uğurlar 🤍

    1. SİRİUS

      @SİRİUS

      25 iyul 25, 00:24

      Ən ağrili tərəfi de budur; onu sevərək ondan uzaq durmağ onun yaşaması üçün... Teşekkürler ❤️ 🙏 

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    24 iyul 25, 10:53

    Bu saytdakı yazılan hekayələr şeirlər məni o qədər kövrəldib,ağladıb ki...🥺Sizdə bunu bacardınız

    Əsl sevgi,bəlkə də toxunmadan sevmək,sahib olmadan qorumaqdır...🥹😔

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      24 iyul 25, 11:01

      Oğlanın dilindən qıza belə bir məktub yazmaq istərdim.

      Mən gedirəm, çünki səni sevirəm. Bəli, sevdiyim üçün uzaqlaşıram. Çünki sənin həyatında dərin bir boşluğa çevrilmək istəmirəm. Mənim xəstəliyim bu sevgini yaşamağa imkan vermir. Səni acı bir sonla üz-üzə buraxmaqdansa, indi səssizcə çıxıb getməyi seçirəm.


      Səni heç vaxt unutmayacağam. Amma sən məni unut. Çünki səni yaşadan o olacaq.

      Bəlkə də bu sətirləri oxuyanda mən olmayacam...😥😔

      1. SİRİUS

        @SİRİUS

        24 iyul 25, 13:43

        Soruşsalar ki Ən çətin olan nədir? Varliğina öyreşdiyin birinin yoxluğu ilə üz üzə qalmaqdır deyərdim.  Hekayəni tam anladınız. Yaşanmişliqlar bənzərdir əslində. Teşekkür edirəm.💝🫂💐

    2. SİRİUS

      @SİRİUS

      24 iyul 25, 13:41

      Bəlkə də . Bu yazım qəlblərə toxundusa ne gözəl mənə . Oxuyub deyerləndirdiyiniz üçün təşəkkür edirəm.💐❤️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol