Mən də Bir Mələyəm - Xeyka

Mən də Bir Mələyəm - Xeyka

"Məndə Bir Mələyəm"


Salam Dostum Necəsən? Mən? Mən yaxşıyam, elə səndə yaxşı ol. Mənim adım Xəyaldır. Sənə bir hekayə danışacağam. Ümid edirəm məni bu hekayədə anlayarsan.


Mən tələbəyəm və yay fəslində qarson olaraq işləyirəm. Yenə yay fəslində bir gecə idi. Artıq gecə yarısı idi, iş vaxtımın bitməsinə 1 saat qalmışdı və yenə Adminstrator bizi işimizi tez bitirib evə getməyimiz üçün tələstirirdi....

İşimiz bitdikdən sonra hərkəs bir bir evə getməyə başladı. Məndə iş yoldaşlarımla sağollaşıb evə getmək üçün arxa məhləyə keçdim.

Yolla yorğun şəkildə sallanaraq evə gedirdim. Birdən sağ tərəfdə qaranlıqdan bir ağlama səsi eşitməyə başladım. Bu ağlama səsi yaşlı bir insanın hönkürtüsü idi. O çox içdən şəkildə ağlayırdı. Ağlamasına dözə bilmədim və yaxınlaşaraq səslədim.

~ Salam, siz yaxşısınız?

Ağlama səsləri dayanmırdı. O qədər içdən ağlayırdı ki sanki bütün sevdiklərini itirib, sanki bütün həyatı məhv olub. İrəli bir addım atıb getmək istədim amma qəlbimdəki sızlamalar buna icazə vermirdi. Geri dönüb bir daha soruşdum.

~ Hey siz yaxşısınız? Bir şeymi olub sizə? Niyə ağlayırsınız?

~ Sən kimsən?

~ Mənim adım Xəyaldır. Mən irəli məhlədə yaşayıram və qarson işləyirəm indidə işdən gəlirəm. Bəs siz?

~ Mən bir Mələyəm.

~ Mələk? Mələklərin bu qədər ağladığını bilmirdim. Sən bu qədər ağlayırsansa yəqin ki Cənnətdən qovulmusan.

~ Hə Cənnətdən qovulmuşam. Tanrının bir zamanlar ən sevimli Mələyi idim. İndi isə insanların qəlbində kiçik bir nifərətəm sadəcə mən.

~ Eh day-day ağlayanda belə çox maraqlı zarafatlar edirsən. Halaldı, bu cür pozitiv olmanı gözləmirdim.

~ Bu zarafat deyilki.

~ Yaxşıda, kim buna inanar ki? Nəysə boş ver, dərdini danış görək hələ niyə belə ağıayırsan.

~ Milyarlarca il əvvəl. Heç insanların yaranmadığı vaxtan belə çox çox əvvə...

~ Sən həqiqətən mənimlə zarafat edirsən. Mən yorğun şəkildə evə gedirdim sən ağlayırsan deyə dayanıb kömək etmək istədim. Sən isə mənimlə əylənirsən.

~ Mən Tanrıya İbadət edən Mələklər arasında bir mələk idim. Tanrı məni çox sevirdi. Bilirəm indidə sevir amma etdiyim yanlışa görə məni bağışlamır və mənə çox qəzəblidi.

~ Bu zarafatda olsa maraqlı gəlməyə başladı. Danış hələ görək.

~ Bir gün Tanrı Mələklərinə xəbər etdi ki "İnsan" adında bir varlıq yaradacaq və adı "Adəm" olacaq. Bu mənim içimdə paxıllıq hissini oyatdı. Mən Tanrıya qarşı gəldim. Çünki Tanrı bizdən insana səcdə etməyimizi istəyirdi.

~ Sən lap Şeytan imişsən ki... (Səsli gülər)

~ Tanrı mənə qəzəbləndi və məni cənnətdən qovadu. Məndə Tanrıdan son dəfə xaiş etdim ki mənə elə bir güc versin ki mən insanlara vəs vəsə edim. Tanrı bu gücü mənə verdi çünki, bildirdi ki İnsan və onun soyu tanrıya xəyanət etməz...

~ Amma Həvva almanı dərdi. Yaxşıda bu hekayələri çox eşitmişəm.

~ Sən bunu hardan bildin?

~ Bunu bütün dünya bilir...

~ Hə doğru deyirsən. Tanrı öz kitablarında bunu bildirir siz insan varlığıarına.

~ Bəs sən niyə ağlayırsan ki burada?

~ Bu günə qədər çox əziyyətlər çəkdim, İnsanlar mənə hər gün hər saat, hər saniyə lənət oxudu. Amma günahları mən yox onlae edirdi. Mən nə qədər sadəcə vəs-vəsə etsəmdə, bu günahlar mənlik deyildi. Çünki onları etməyi insanlar seçirdi.


Bu sözlərdən sonra qaranlıqdan bir parıltı gəldi. Boyu 2 metrədən böyük olan, Belində Böyük ağ parıldayan qanadları olan və cinsi bilinməyən bir varlıq gəldi. Gözlərimə inana bilmirdim bu həqiqətən də bir Mələk idi.

~ Mən Həmin "Şeytan"

adlanan o Mələyəm.......


Şərhlər (12)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    01 avqust 25, 09:24

    Oxuyanda sanki özüm də o qaranlıq məhlədə idim, hər şey gözümün önündə canlandı. Şeytanın bu qədər insan kimi hiss etməsi, ağlaması... bu mənə tanıdığımız "pislik" anlayışından fərqli gəlir. Siz burada sadəcə bir hekayə danışmamısınız, seçimlərin məsuliyyətini, insanın içindəki yaxşı-pisi necə daşıdığını göstərmisiniz. Həqiqətən düşündürücü idi insan bəzən elə birini günahlandırır ki, əslində seçim özünündür.

  2. ramil

    @ramil

    25 iyul 25, 07:58

    Düzdur.

    Hər kəs bu həyatı necə yaşamaq istəyirsə elə yaşayır,eyni ilə seçimlərinidə özü edir isdər düz istərsədə səhv...

    Bəs indi  Allahın insanlara olan güvənini,insanlar  boşamı çıxardılar?

    1. XeYka

      @XeYka

      25 iyul 25, 10:26

      Bəli, İnsanlar Tanrının güvənini boşa çıxarır və sonra Tanrı bizi sevmir, hər şey uğursuzluq gətirir kimi şeylər düşünürlər....

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 

      1. ramil

        @ramil

        26 iyul 25, 08:58

        Çox sağol dost 🙏

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyul 25, 02:28

    Çox ama çox gözəl idi Mələk belə olsa səflərin anlayıb  bu insanlara bir örnək kimi gələr məncə 

    1. XeYka

      @XeYka

      25 iyul 25, 10:26

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🫡 🖤 

  4. Asuela

    @Asuela

    24 iyul 25, 17:43

    bu hekaye mescide dua etmeye gelen şeytanı xatırlatdı mene😈

    Uğurlar❤️

    1. XeYka

      @XeYka

      24 iyul 25, 19:27

      Təşəkkür edirəm 🖤🫡

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    24 iyul 25, 17:31

    Bu hekayə mənə çox düşündürücü gəldi. Mələk olduğunu deyən yaşlı kişinin sözləri mənə insanın nə qədər çətin seçimlərlə üzləşdiyini göstərdi. Həqiqətən də, bəzən günahı başqasında axtarırıq, amma əslində hər kəs öz etdiklərinə cavabdehdir.


    Hekayədə ən çox təsir edən hiss o idi ki, mələk deyir: “Mən vəsvəsə verirəm, amma insan onu qəbul etməsə, heç nə dəyişməz.” Bu sözlərdən sonra anladım ki, yaxşı ya da pis olmaq bizim öz əlimizdədir.


    Mələyin “məndə bir mələyəm” deməsi isə mənə elə gəldi ki, o da insanlar kimi peşman olur, anlayır və dəyişmək istəyir

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      24 iyul 25, 17:32

      Hekayənin dərinliyində gizlənən həqiqət budur: heç kim tam günahsız deyil. Günah da, bağışlanmaq da içimizdə başlayır. Və bəzən dəyişmək üçün özümüzlə üzləşməli oluruq.


      Mən bu hekayədən onu anladım ki, “mələk” də olsan, sonda öz vicdanına cavab verməli olursan.

      1. XeYka

        @XeYka

        24 iyul 25, 19:26

        Hekayədən Çox gözəl Nəticələr Çıxarmısınız. Fikrləriniz üçün təşəkkür edirəm 🖤 

        1. Aynur Yusifova

          @Aynur Yusifova

          24 iyul 25, 19:54

          Əsas mən sizə təşəkkür edirəm.Qələminizə ürəyinizə sağlıq😊

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol