UTANIR QƏLƏM..– Aytən Kərimova

UTANIR QƏLƏM..– Aytən Kərimova

Çox zaman olub qələm almıram əlimə, düşüncələrim tüğyan edir, səssiz üsyanın bir parçasıdır sanki. Mənsə görməzlikdən gəlirəm, bəlkə də qorxuram.

Ağlım qarışır dumanlı beynimdə, hara qaçır düşüncələrim, mat qalmışam.
Nigaranam, nigaranam qəlbimdən..
İçimdə qarmaşa var, özümə belə yadam, tanıya bilmirəm. Danışmağı hər şeydən çox istəyirəm, amma nə deyim, nə deməliyəm bilmirəm.
Danışmağa çalışıram sözlərsə boşluğa düşür, havada itir-batır.
Daha yazmağa da yadam, əlimə qələm aldıqca utanıram daha..
Bir vaxtlar cümlə-cümlə var idim, indi isə mənə nəfəs verən sətirlər boğurlar məni. Sözlərə sığınan bədən qaçır onlardan.
“Yazmaq yaşamaqdır” deyib yola çıxmış insan idim axı.
Yaşamırmışam sən demə, yaşaya bilmədiyim həyatın nəyini yazım..
Bax, yazmaq istəyirəm, amma eyni sualla üz-üzəyəm; “nəyi yazım,əzizim? Mənki daha yaşamıram.”
Yazmayan insan susur deyirlər, mən səsimi belə tanımıram.
Əvvəl şəfa olan sətirlər daha baxmaqdan çəkindiyim güzgüdür mənə..



Aytən Kərimova✍🏻

Şərhlər (16)

  1. Asuela

    @Asuela

    25 iyul 25, 11:04

    bezen adamın üreyi dolur, sözler de daş kimi oturur içine.. yazanda sanki içindeki yükü atırsan,rahatlaşırsan.. ne qeder çetin olsa da, yazmaq insanı sağaldır..

    Uğurlar❤️

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      27 iyul 25, 01:57

      Təşəkkürlər🖤

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyul 25, 02:24

    Məndə əvvələr yazırdım indidə yazıram  düzdü insan yazdıqca rahatlayır sanki dərdləşir.. əllərinizə sağlıq

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      25 iyul 25, 02:50

      Elədir, təşəkkürlər

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    25 iyul 25, 00:43

    Düzdü yazar deyiləm.Amma bir zamanlar günlük yazardım özüm üçün.O qədər rahat hiss edərdim ki özümü inanılmaz dərəcədə yüngül olardım sanki onunla danışıb.Həqiqətən də Yazmaq yaşamaqdır sözünə haqq verirəm.Günlüyüma yazar onunla dərdləşər və yaşardım

    Uğurlar arzu edirəm sizə😊 "Yazmaq Yaşamaqdır"

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      25 iyul 25, 01:05

      Bəli, yazmaq rahatladır. Mən də əvvəlcə öz düşüncələrimi cızma qara edə-edə bu gün 2 romana qədər gəlmişəm. Təşəkkürlər☺️

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        27 iyul 25, 20:41

        Uğurlar arzu edirəm sizə🌹🌹🌹

  4. ramil

    @ramil

    25 iyul 25, 00:23

    Əslində yaşaya bilmədiyimiz yazsaq,başqa bir şey yazmağa belə ehtiyac qalmaz.

    Məndə elə yaşamağı belə öyrənmişəm.

    Xoşbəxt insan yaşamayandır,xoşbəxt olmayan insan həqiqətən yaşamağa başlayan insandır...

    Yazılarınız diqqətləri cəlb edir,belə davam edin☺️

    Uğurlar🌟

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      25 iyul 25, 01:06

      Yaşaya bilmədiyimizi yazmaq daha asandır, razıyam. Çox sağolun☺️

  5. Fatima

    @Fatima

    25 iyul 25, 00:07

     Bəzən yazmaq özü yaşamağa çevrilir. Uğurlar 🙏

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      25 iyul 25, 01:08

      Yazdığın qədər mövcud olursan. Təşəkkürlər

  6. SİRİUS

    @SİRİUS

    24 iyul 25, 22:44

    Yaşadığımız müddətdə yazmalıyıq . Çünki biz sətirlərdə yaşayırıq. Uğurlar arzulayıram 🔮✨💫

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      25 iyul 25, 00:39

      Siz yazın biz oxucular da oxuyaq.Amma elə yazın ki,kövrəlim,sevinim,ağlayım,gülüm 🥹😊

      1. Aytən Kərimova

        @Aytən Kərimova

        25 iyul 25, 01:08

        Bəli, sətirlərdə ağlamaq da, sevinmək də mümkündür🙂

        1. ramil

          @ramil

          25 iyul 25, 04:56

          Bəli bir yazıçınında ən böyük məqsədlərindən biri,oxucunun qəlbinə gedən yolu kəşf etməkdir🌟

    2. Aytən Kərimova

      @Aytən Kərimova

      27 iyul 25, 01:59

      Təşəkkürlər🖤

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol