Sözün və əməlin hikməti…— Ruh.Antares

Sözün və əməlin hikməti…— Ruh.Antares


        Sözün və əməlin hikməti…



Danışmaq gümüşsə, susmaq qızıl,

Lazım olsa, qızıltək varağa yazıl.


Yersiz söhbətdənsə, Yaradanı an.

Bilirsən, çox mənasızdır həmən o insan.


İstəsən — edərsən, inan ey insan,

Elə danış — mələklər yerlərə ensin.


Lazım olan yerdə danışan insan,

Lazımsız yerdə — susmağı bilsin.





İnsanın verdiyi canı Yaradan alır,

İnsan da Allahdan rəhmətin alır.


Danışsan pislikdən, yersiz şeylərdən,

Geriyə sadəcə pisliyin qalır...





Sözsüz — içini sevgi bürüyüb,

İmanla aranda divar hörülüb.


Gəmidir bir — məzar, inan bu sözə,

Bir qəbirdə qırx nəfər insan görülüb.





Bilmədinmi, səhv getsən — azarsan, məgər?

Gəzərsən Cənnət bağında, düz gedəsən əgər.


Ucalarsan, böyük gözdə — böyük olaraq,

Etdiyin yaxşılığa utansan əgər.


•Ruh.Antares

Şərhlər (11)

  1. Qonaq Könül

    @Qonaq Könül

    20 avqust 25, 01:41

    Hələ yeniyəm burda heçnə oxmsmşam hələki

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      20 avqust 25, 10:13

      Salam Könül xanım.Adınız yəqin ki düz dedim.Xoş gəlmisiniz.🥰👏✨✨İstərdim ki,qonaq kimi yox ev yiyəsi kimi burda olasiz.Ona görə də zəhmət olmasa ilk öncə qeydiyyatdan keçin.Deyəsən hələ keçməmisiz.🌹Saytımız haqda da məlumat verməyə ehtiyyac duymuram.Çunki hər şey göz önündədi.Uğurlar arzu edirəm sizə🌟✨🌹❤️

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    27 iyul 25, 20:55

    İnsan danışdığı qədər susmağı da öyrənməlidir. Söz toxum kimidir. Ya gözəllik əkir, ya da zəhər.Ən çox da "elə danış, mələklər yerə ensin" fikri təsir etdi mənə. Həqiqətən də, sözlər bəzən dua bəzən də, qınaq olur..

    Uğurlar, maraqlı idi 🤍 

    1. ramil

      @ramil

      28 iyul 25, 01:54

      "Sözdə ölçü bilməyən,həddsizlikdə,hədd tanımazmış"

      •Sadi şirazi

      Uğurlar🌟

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    27 iyul 25, 20:39

    Doğru zamanda, doğru sözləri söyləmək həm özümüzü, həm də ətrafımızı dərin təsirləndirir. Həmçinin, susmağı bilmək də bir növ hikmətdir  bəzən sözlərin susqunluqdan güclü təsiri olur. Beləcə, həm hörmət qazanar, həm də anlaşılarıq.

    1. ramil

      @ramil

      28 iyul 25, 01:55

      "Ağzımızdan çıxan hər kəlmənin ruhumuza təsirini bilsəydik bəlkə də danışmazdıq"

      Çox sağolun uğurlar 🌟 

  4. SİRİUS

    @SİRİUS

    25 iyul 25, 11:57

    Bəli insan inansa çox şeyi bacarar. Səssiz insanlar çox danişmaz onlar bir iki kelime danışar və sözləri çox təsirli olar. Uğurlar 💖

    1. ramil

      @ramil

      28 iyul 25, 01:56

      Doğrudur təşəkkürlər 🙏 

  5. ramil

    @ramil

    25 iyul 25, 04:39

    Zəhmət olmasa şeiri oxuyub,şeirlə əlaqədar fikirlərinizi bildirin🙏...

    Uğurlar🌟

    1. Ilkin

      @Ilkin

      25 iyul 25, 05:13

      Çox gözəldir🖤🤝
      Bəzən dəyişmək dönmək lazımdır 
      Yolları görmək bilmək lazımdır 
      Yalnış olan yolda yaşamaqdansa
      Qəbirdə 40 nəfər görmək lazımdır

      1. ramil

        @ramil

        25 iyul 25, 05:46

        Çox gözəl cavab oldu✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol