Səni yazdım, özümü sildim - Aytən Kərimova

Səni yazdım, özümü sildim - Aytən Kərimova

Sənin üçün neçə səhifəlik əsər yazdım, sən durub xəttimə deyindin..
Yazılarımda hiss var idi,səni danışan sətirlər var idi.
Hər sözə neçə-neçə gecələr sərf olundu, neçə tel ağardı.
Onları yazarkən barmağlarım necə üşüdü..
Ürəyim necə isindi..
Mən səssizlik içində hayqırırdım,sən isə sadəcə səsə alışmışdın, sadəcə söz yığını, sadəcə nöqtə,vergül.
Baxmadın heç cümlələrin necə titrədiyinə, bir şeylər izah etmək üçün necə çırpındığını görmədin heç.
Mən yazdım,
Səni yazdım,
Səni yazdıqca özümü sildim
bəlkə də çox dərin yazmışdım, heç oxuya da bilmədin..
Səndən danışdı sətirlərim, adını çəkmədən, mənsə,sadəcə susdum..
Artıq sətirlər də susur, sən anlamadın deyə yox, mən yazmaq istəmədim deyə susur..


Aytən Kərimova✍🏻

Şərhlər (6)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    26 iyul 25, 23:07

    Nə olur olsun kimi istəsən yaz kimdən istəsən yaz.Amma özünü unutma.!

    Uğurlar arzu edirəm💫✨🌟

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      27 iyul 25, 01:56

      Təşəkkür edirəm🖤

  2. Şahmalı Hasan

    @Şahmalı Hasan

    26 iyul 25, 20:45

    Həsrət, hicran yazdırır şeiri, vüsal, qovuşum deyil ...

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      27 iyul 25, 01:55

      Elədir, təəssüf..

  3. XeYka

    @XeYka

    26 iyul 25, 11:11

    "Mən Yazdım,

    Səni yazdım,

    Səni yazdıqca Özümü sildim"

    Bu səbəbdəndir Kağızımda qaraltılar, sən isə yenə xəttimə söz dedin.....

    Uğurlar!

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      26 iyul 25, 12:39

      “Mən sənin üçün neçə səhifəlik əsər yazdım,sən isə durub xəttimə deyindin..”🫠

      təşəkkürlər🙏🏻

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol