Səssiz salam- Aytən Kərimova

Səssiz salam- Aytən Kərimova

Salam,
Gecədir, yatmısanmı, ya oyaq, bilmirəm.
Sənin neçənci yuxun, mənimsə neçənci qəmimdir baş çəkdiyim xəbərsizəm..
“Yuxu” deyir gözlərim, qəlbimsə susdurur onu. Alışıb daha o, sükutda kimisə aramağıma, səni aramağıma..
Bu dəfə səni düşündüyümü belə bilməyəcəksən, bu qürur nə imiş belə.
İçimdə bir pəncərə var, daima açıq, ancaq işıq dolmur qəlbimə oradan. Günəşmi yoxdur, ya bəlkə də gözlərimizmi toqquşub, baharmı bitib, bilmirəm.
Ya da mən kölgəni seçmişəm..
Neçənci sətrə dolan gecədir, unutmuşam, necə də unutqanam, özümü belə itirmişəm.
Eyni gecələri qələm fərqli yazmaqdan yorulmayıb amma..
Sanki səndən yazdıqlarımı buruşdurub atdıqca qələm mənə inad xatırlayır səni, mənsə hər sətirdə səni yenidən tanıyıram, yenidən.
Cavabsızlığı sevməyən mən daha bir “səssiz salamı” rəfə qoyuram..


Aytən Kərimova✍🏻

Şərhlər (10)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    26 iyul 25, 23:55

    Bir tərəfdən yuxusuzluğun ağırlığı, digər tərəfdən unudulmaqdan qorxan xatirələr var. Sanki günəş gözdə deyil, qəlbdə batıb.. 

    Uğurlar, maraqlı idi 🤍 

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      27 iyul 25, 01:54

      Təşəkkürlər🖤

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    26 iyul 25, 23:04

    Cavabsızlığı sevməyən mən daha bir “səssiz salamı” rəfə qoyuram..

    Susqunluqda bir növ imtina və uzaqlaşmaqdır

  3. Asuela

    @Asuela

    26 iyul 25, 17:51

    gecen xeyre demeden yatdığın gecelere bele salam olsun..
    Uğurlar❤️

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      26 iyul 25, 19:20

      Təşəkkürlər🥹

  4. XeYka

    @XeYka

    26 iyul 25, 11:08

    Marağlı hekayə idi. Hekayəni oxuduqca beynim Sanki səssiz və kədərli bir şeir mırıldanırdı kimi hiss etdim.... 

    Qələminizə Sağlıq... Uğurlar!

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      26 iyul 25, 12:37

      Təşəkkürlər🙏🏻

  5. SİRİUS

    @SİRİUS

    26 iyul 25, 10:50

    Qələmdir  ... Yarım qalmişliqlari yeniden ve yeniden yazan ...Sanki neyide tamamlamaq isteyir. her kəsdən daha yaxşi anlayan. O içimizden keçənləri yazır vərəqə. Bu özü belə bir möcüzədir. 

  6. ramil

    @ramil

    26 iyul 25, 08:25

    "Cavabsızlığı sevməyən mən daha bir “səssiz salamı” rəfə qoyuram..."

    Uğurlar 🌟 

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      26 iyul 25, 12:37

      Təşəkkür edirəm🙏🏻

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol