ELOHİM YODEA - XeYka

ELOHİM YODEA - XeYka
*ELOHİM YODEA*
Dağlar ilə yerin səthi bərabərdir,
"Mən bacarmaram" demək – bəhanədir.
Sevgi və məhəbbət – şəhanədir,
Bu dövrdə insanlıq – acizanədir.
İnsan ətrafında dönən pərvanədir,
"Səhraların ulduzu"nun səhrası nədir?
Mənə bir az yalanı gətir,
Xərçəng xəstəliyinə şəfa nədir?
Şah dünyanı, vəzir krallığı xəyal edir,
Ərəb şeyxi dünyanı özünə səhra edir.
İnsan oğlu "üzüm"dən şərab edir,
İnsan şeytanla birgə günah edir.
Xətri olan şairin xətti gözəl olur,
Ətri gözəl gülün bağı solur.
Xəttat yazır, qələm durur,
Yazar öncə xəyal qurur.
Kral millətini düşmənə satır,
Vəzir ayağı ayaq üstə yatır.
Qul olub öz həyatını satır,
Gənc əsgər düşmənlə üz-üzə ac yatır.
Qanlı qurdu əhilləşdirmək əsla mümkün,
Quzu taxıb gəzir tülkü kürkün.
Qurdun quzusu qorxaq, gecədən hürkür,
Taxta oturan qansız səhrada qan tökür...
Alimlər gələcəkdən qeyri xəbərsiz,
Təcavüz edir körpəyə – şərəfsiz.
Ayırıb edir sərhədlər insanları tərəfsiz,
Xəritədən kənara çıxmır – nişanəsiz.
Kimliyi bilinməz – atasız torpağın,
“Sonu yoxdur” deyir qorxağın.
Çomağını yerə vurmağın,
Öz varisini yarılmış dənizdə qorumağın... 
Bilgi, vəhşət, insan – birdir,
Hər insanın sonu qəbirdir.
İnsanı ali edən – səbirdir,
İlk varis dünyaya – İsraildir.

Şərhlər (4)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    26 iyul 25, 23:53

    İnsan həm yaradıcı, həm də dağıdıcı kimidir. Bir tərəfdən ətirli bağ böyüdə, digər tərəfdən səhrada qan tökə bilər. Vəə anlayırsan ki, səbr və mərhəmət həqiqət olmadan dünya qurulmur 

     Uğurlar 

    1. XeYka

      @XeYka

      27 iyul 25, 02:40

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🖤 

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    26 iyul 25, 22:53

    Hər kəsin sonu eyni olsa da səbr və daxili güc insanı yüksəldir.

    Şeirdə keçmişlə gələcək və indiki zamanın birləşimini bir arada gördüm.

    1. XeYka

      @XeYka

      27 iyul 25, 02:41

      Fikriniz üçün təşəkkür edirəm 🖤🫡

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol