Buraxıram əllərini- Aytən Kərimova

Buraxıram əllərini- Aytən Kərimova

Buraxıram əllərini, daha qəlbindən də yapışmıram,
Düşünmürəm də, amma beynim yerində dayanmır,Yazıram hisslərimi çünki bilirsən də, demişəm sənə, qürurum imkan vermir özünə deməyə, sadəcə sətirlərdə gizlisən, xoşbəxt ol mənim sətirlərimdə olduğun üçün, çünki demişdim axı sevgidən ilk dəfədi yazıram və mövzum sənsən, hadisənin başlanğıcı sən, irəliləyişi sən, düyün nöqtəsi sən, problemin həlli sən və kaş finalı da sən olasan..
“Sən”.. bilirsən, bu qürurdan keçməkdi bəlkə ya da beynimi saymamağımdı, ya da hər nəysə amma sözümü tuta bilmədim, son əsərimdə saxlamağı düşündüm səni amma yeni sətirlərin içində tapdım özümü, sənsə həmin hərflərdən ibarət..
Amma bilmirəm bu sətirlərin təsirini, bəlkə səni daha uzaqlaşdırır, bəlkə qəlbini yaxınlaşdırır, amma qələmə belə söz keçirmək olmur, bilirsən?

Səndən uzaqlaşmaq üçün yazmaqda tapıram çıxış yolunu bəzən, amma yenə səni hərflərlə bəzəyən zaman tapıram özümü..


Aytən Kərimova✍🏻

Şərhlər (6)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    27 iyul 25, 20:19

    Ondan uzaqlaşmaq üçün yazdığını düşünürsən.Amma hər dəfə yazdıqca onu daha çox yaşayırsan....

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      28 iyul 25, 18:05

      Qələm belə alışıb daha..

  2. SİRİUS

    @SİRİUS

    27 iyul 25, 18:28

    Hər şeyi hər kəsdən gizləmək olur ,lakin qələmdən verəqden gizləmək olmur. Yazmaq hər şeyə şəfadir. Uğurlar 💖💎

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      28 iyul 25, 18:05

      Təşəkkürlər❤️

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    27 iyul 25, 15:42

    Bəzən, sussan da qəlbin danışır. Yazmaqla içindəkiləri yüngülləşdirmisən.

    Maraqlı idi, uğurlar 🤍

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      28 iyul 25, 18:06

      Təşəkkür edirəm🖤

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol