Yarımçıq məktub — Ruh.Antares

Yarımçıq məktub — Ruh.Antares

“Yarımçıq məktub”




“Bu dünyada bizdən bir biz olmadı amma, bəlkə, başqa dünyada”

    C.Həsənzadə


Yenə hər zamankı kimi,

Heç bir şey düşünmədən,

Bütün fikrimi qələmin mərkəzinə toplayıb,

Bir damcı mürəkkəb tək vərəqə axıdıram...


Əlvidalar bu qədər çətinmi olmalı?

Gedərkən əllərinin dərisi necə saralmışdı,

Göz qapaqların qızarmış,

Belin demək olar ki, bükülmüşdü...

Səni bu qədər yoran nə idi?

Bu sualı nə qədər özümə versəm də,

Səndən soruşmağa cürət etməmişdim...


Hər dəfə dediyin sözlərdən biri də bu idi:

"Sən onsuz da məni sevməmişdin..."

Bu cümlə bir çoxlarının həyatını,

Bəzilərinin gəncliyini,

Bəzilərinin də yaşaya biləcəyi xoşbəxtliyi əlindən almışdı...


Ahh, bircə məni başa düşsən...

Bilirəm, nə qədər danışsam da,

Yazsam da...

Məni anlamayacaqsan.


Bəs anlamaq niyə bu qədər çətin idi?


Əslində bəzi məsələlərdə mən də səni anlamırdım.

Bəlkə də... anlamaq istəmirdim.

Kişilik qüruru idi, bəlkə də...

Onu qırmaq istəmirdim, yəqin.


Az səhvlər etməmişdim,

Ancaq özün də bilirdin ki,

Sənin qədər böyük səhv etməmişdim.

Və bağışlanması bu qədər çətin olan... heç bir səhv etməmişdim.


Bəlkə də, bir müddət daha birlikdə olsaydıq,

O səhvlərdən mən də edərdim...

Kim bilə bilərdi ki, bu qədər tez solsun sevgimizin ləçəkləri?


Yox, yox, əslində səni də qınamıram...

"Qınadıqlarımızla aramızda bağ yaradırıq..."

O bağı yenidən qurmaq istəmirəm.

Mən səninlə deyil — xəyalınla yaşamağı daha çox sevdim.

Əslində bir şeyi də etiraf edim:

Xəyalımdakı sən, məni səninkindən daha çox sevdi...

Bəlkə də elə deyildi...

Biz bilmərik, Allah bilər.


Sənsiz keçən günlər...

Məni namaza gətirdi,

Allah qarşısında diz çökdürdü,

Amma bir mükafat olaraq səni geri qaytarmadı...


Bir damla göz yaşına görə içdiyim

Dəryalar qədər şərab — boşuna mı getdi?!

Yaradan necə qıydı axı?


Yazdıqlarımı oxuyacaqsan...

Bəlkə də xəcalət çəkəcəksən...

Deyəcəksən ki:

"Nə qədər səhv etmişəm, İlahi..."

Görən, bağışlayarmı? — deyə soruşacaqsan.


Narahat olma...

Cavab verəcəyəm yuxularında:

"Bəlkə də səni tərk edən mən idim,

Ancaq bu qədər böyük sevgimə ellər heyran oldu.

Elə sevgimin böyüklüyü qədər də...

Sənin səhvlərin qaldı.

Mən bağışladım,

Əffini Allahdan istə..."**


Bəlkə də bu məktubumu çox insan oxuyacaq.

Başa düşən az olacaq...

Başa düşən — ağlayacaq.

Mənim çəkdiklərimi çəkən isə...

Ağlamadan, oxuduqdan sonra özünə gələ bilməyəcək.


Amma sənə olan acı etiraflarım, yazdıqlarımın heç biri deyil.


Sənsiz yarım olsam da,

Bir bütün olmağa çalışdım...

Amma inan ki,

Bütün olduğum zaman yaşadığım xoşbəxtlik —

Səninlə yaşadığım anlardan

Daha dəyərli ola bilmədi…



Şərhlər (7)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    27 iyul 25, 20:14

    Sevibdə qovuşa bilməyənlər üçün...Mənalı idi hər kəlməsi hər cümləsi.Hər birini ayrı ayrılıqda izah etmiş olsam bəlkə də yorucu olar.

    Sənsiz yarım olsam da,

    Bir bütün olmağa çalışdım...

    Bu cümlələr üçün danışmaq istəyirəm sadəcə.

    Sənsiz qırıq idim amma hər parçalarımı birləşdirib tam görunməyə çalışdım.Bilirdim ki yoxsan amma varmışsan kimi yaşadım😔

    1. ramil

      @ramil

      28 iyul 25, 01:49

      Çox sağolun 🙏 

      əslində yazdığım bu yazını dahada genişləndirsəydim,bəlkə roman belə yazardım 

  2. SİRİUS

    @SİRİUS

    27 iyul 25, 14:51

    Xəyallarındakı sən səndən daha çox sevdi...İnsan sadəcə düşünüb xəyyalarda yaşayan varlıqdır.  Ağlamadan oxuyan özünə gələ bilməz. ..çünki insan acını yasadiği yeri deyil, o yaşamağa layiq olmadiği yeri unutmur. Bütün olduğum zamanlarda yasadiğim xoşbəxtliklər bəlkə də ... Onunla yaşadiğim o qisaciq an qədər dəyərli olmadi... Yaşanmişliqlar bənzədir. Sadəcə eyni acıları paylaşanlar anlaşa bilər.  Uğurlar 🌟

    Xəyallarındakı sən səndən daha çox sevdi...İnsan sadəcə düşünüb xəyyalarda yaşayan varlıqdır.  Ağlamadan oxuyan özünə gələ bilməz. ..çünki insan acını yasadiği yeri deyil, o yaşamağa layiq olmadiği yeri unutmur. Bütün olduğum zamanlarda yasadiğim xoşbəxtliklər bəlkə də ... Onunla yaşadiğim o qisaciq an qədər dəyərli olmadi... Yaşanmişliqlar bənzədir. Sadəcə eyni acıları paylaşanlar anlaşa bilər.  Uğurlar 🌟

    1. ramil

      @ramil

      28 iyul 25, 01:50

      Analiz etdiyiniz üçün təşəkkürlər🌟

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    26 iyul 25, 23:47

    Sevgi təkcə var olmaq deyil, anlaşılmaqdır. Bağışlamaq isə tək qarşı tərəfi deyil, insanın özünü də azad edir.

    Maraqlı idi, uğurlar 🤍 

    1. ramil

      @ramil

      26 iyul 25, 23:56

      Fikrinizi bildirdiyiniz üçün təşəkkürlər ✨

  4. ramil

    @ramil

    26 iyul 25, 23:27

    Səmimi şərhlərinizi,rəy bölməsində bildirin zəhmət olmasa 🙏 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol