Dəlixanadan Məktublar - XeYka

Dəlixanadan Məktublar - XeYka

....Sigaretimin sonuncu tüsdüsünüdə ciyərlərimə alıb az ışıqlı otağıma üfürdüm. Masamın üstündə sonuncu Məktub Qutusu vardı. Məktub qutusu bir dəlixanadan gəlirdi və üzərində "Dəlixanadan Məktublar" yazılmışdı.

Qutunu açdım və içindən 5 məktub çıxdı. Məktubları açıb oxumağa başladım.

1-ci məktub.....

Salam anam. Necəsən? Məni soruşma bildiyin kimi yenə eyni dəli oğlundu, cavanlığımdakı kimi. Yəqinki bilirsəndə 1 həftə sonra doğum günümdü və səni gözləyirəm. Son 20 ildə doğum günümə gəlmədin. Deyəsən həmin gün qanlar içində yatanda məndən küsdün səni təmizləmədim deyə. Bağışla məni ana sən haqlısan mən səni qucaqlayıb öpməli idim.... Məni bağışla ana. Xahiş edirəm heç olmasa bu doğum günümdə iştirak et.


Bu məktubu yazan adamı tanıyırdım. Bizim köhnə qonşu Əlövsət əmi idi. Onun gələn həftə 38 yaşı olurdu. 20 il öncə başına pis bir hadisə gəlmişdi. Evə gələndə Atası tərəfindən föyülüb qanlar içində yatan anasını görmüşdü. Atasına xəsarət yetirərək öldürmüşdü. Amma anasına vurulan bıçaq zərbələri onu özündən çıxarmışdı və həmin bıçaqla atasını öldürmüşdü. Bıçağın üzərində barmaq izi qaldığı üçün hər iki valideyninin ölümü ilə günahlandırılmışdı və 1 il həps yatmışdı. Sonralar isə ağlını itirib Rayon Dəlixanasına göndərilmişdi.


2-ci, 3-cü və 4-cü məktublar isə Ailəsi ilə Hal əhval Edənlər idi.


Məni isə çox cəlb edən məktub 5-ci idi.

Çünki onun üzərində "Bilirəm bu məktubu anamdan öncə sən oxuyacaqsan Poçtalyon" yazırdı. Bu həqiqətən də belə olmuşdu. Mən onun məktubunu oxuyacaqdım.

Məktubu açdım və oxumağa başladım.


Salam Bu Məktubu oxuyan əziz insan. Bilirəm yazdıqlarım heç marağında belə deyil. Çünki sənin üçün mən sadəcə bir dəliyəm. Amma mənim də ürəyim var, hisslərim var. Bu məktubu yazmaqda məqsədim səni əzmək deyil, sadəcə özümü ifadə etmək, dünyaya bir iz qoymaqdır. Bəlkə sən də kimsə kimi, bəzən anlaya bilmədiyin, dinləyə bilmədiyin insanların hekayələrini eşitmək istəyirsən.


Mənim həyatım səhvlərlə, səhərlər qaranlıq və sükutla doludur. Amma mən özümü tək hiss etməyim, bu dünyada bir iz qoymayım deyə yazıram.


Bəzən düşünürəm ki, bəlkə də həqiqətən də ruhum dəlidir, amma qəlbim sağlamdır. Dəlilikdən qaçmaq üçün necə savaşa bilərəm?


Mənimlə danışmağa cəhd edən olmadı. Onlar mənim qaranlıq tərəflərimi görməyə qorxdular. Amma mən bu qaranlığın içində belə işıq axtarıram.


Əgər bu məktubu oxuyursansa, bil ki, sən tək deyilsən. Hər kəsin içində gizli bir səs var – bəzən eşidilir, bəzən yox. Məktubdakı Mesaj sanki mənə yazılmışdı. Oxumağa davam etdim. Yadındadırmı Məhlədə Oynamağımız? Yada Akif Dayı gilin həyətindən Alça oğurlamağımız? Akif dayının həyat yoldaşı Şabikə xala həmişə bizi ağacla qovar amma heç zaman valideyinlərimizə onun alçalarını oğurladığımız deməzdi. Heç yadında 16 yaşımız? Hə İkimizdə eyni otaqda İmtahan vermişdik. Sən keçdin və oxuyub poçt şöbəsində işləməyə başladın. Mən isə İmtahandan kəsildiyim üçün atam evdən atdı...


...və o gündən sonra sanki heç yerə aid ola bilmədim. Sən ordan getdin, məktub daşımağa başladın, mən isə özümü daşıya bilmədim.


İllər keçdi, hamı öz yolunu tapdı, bircə mən qaldım — köhnə həyətlərdə, paslı yelləncəklərdə, tərk edilmiş gecələrdə. Əvvəlcə içimdəki səssizliklə barışmağa çalışdım, sonra o səssizlik danışmağa başladı...


Deyirlər, dəli olan insanlar ya çox sevir, ya da heç sevilmir. Mən hansına düşürəm, deyə bilmərəm. Bəlkə də ikisinə birdən.


Xəyal, əgər bu məktubu sən oxuyursansa, bu sadəcə təsadüf deyil. Mən sənin gələcəyini bilirəm. Çünki bir vaxtlar eyni gələcəyə inanırdıq.

Mən heç bir şey xatırlamırdım amma bu məktubda yazılanlar düz idi. Oğurladığımız Alçalar, İmtahan.... Oxumağa davam etdim...


Hə gələk əsas hissəyə. Mənim dəlixanada yatmaq səbəbimə. Yadında 26-cı doğum günün? Birlikdə 5-6 dost yığışıb yıxılana qədər içmişdik. Həmin gün sən əsəbləşib dostumuz Vasifi öldürdün. Polislər gəldi və Bütün uşağları Polis şöbəsinə apardı. Heç kim günahı boynuna götürmədi. Sorğuya isə səndən öncə mən girdim və məndə "Mən öldürmədim" desəydim sonuncu sorğuya çəkilən sən olacaqdın amma mən orada günahkar özüməm kimi təqdim etdim və məni həps etdilər. Sonra isə dəli adlandırdılar. Bu gün isə sən Azadlıqda yatırsan mən isə Dəlixanada sənə məktub yazdığdan sonra isə intahara hazırlaşıram. Sən məktubu oxuyanda mən digər dəlilərin arasında ölü kimi yatacam amma səni heç vaxt bağışalamyacam. çünki sən mənə bircə dəfə belə "Sağol dostum" demədin......


Məni isti tər basdı və birdən bir zəng gəldi. Zəngi açdım...


(Telefonla zəng edən şəxs)

Xəyal xəbərin var? O sənin üçün dəlixanaya düşən uşaq intihar edib.....

Şərhlər (8)

  1. Fatima

    @Fatima

    29 iyul 25, 22:53

    Bu hekayə insanın içində yığılıb qalmış sükutu sözə çevirir. Məktublar təkcə dəlixanadan deyil, bir ruhun çarəsizliyindən gəlir sanki. Xüsusən sonuncu məktub – dostluq, vicdan və səssiz əzabla dolu idi. 'Sən azadlıqda yaşayırsan, mən isə susqunluqda ölürəm' — bu cümlə adamın içinə işləyir.Sadə dildə, amma böyük emosiyalarla yazılıb. Oxuyanda susmaqdan başqa çarə qalmır. İzi uzun müddət silinməyəcək yazılardandır.

    1. XeYka

      @XeYka

      30 iyul 25, 00:59

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm. Fikriniz mənim üçün çox önəmlidir. Dahada İçdən yazmağa cəlb edir 🖤🫡

  2. Röyane

    @Röyane

    28 iyul 25, 17:39

    Çox tesir edici hekayə idi. Bele neticeye gəlmey olarki heç vaxt yaxşı adam rolunu oynayıb heç kimçün özünü qurban etmeye deymez. Sonda qurban edildiyini insan terefinden terk edileceksen. 

    1. XeYka

      @XeYka

      29 iyul 25, 01:33

      Fikriniz Tamamilə Doğrudur. Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🖤 

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    27 iyul 25, 20:03

    Bu hekayə çox təsirli idi.Bitməsini heç istəməzdim.Çox içdən yazmısız.Oxuduqca həm həyəcanlandım həm kövrəldim.Birinci məktub bu ədalətli dünyada ədalətsizliyinin hələ də hökm sürdüyünü,5 ci məktubda isə həqiqətən də bu həyatda bəzən kimsəyə yaxşılıq etməyinə dəyməzmiş deyə bir daha özüm özümü inandırdım...

    1. XeYka

      @XeYka

      28 iyul 25, 01:37

      Məndə Bitməsini istəməzdim, Əfsuslar Olsun ki burada bitirmək Dəlinin tələbi idi.

      Təşəkkür edirəm 🖤 Fikriniz Mənim üçün çox dəyərlidir. 🫡

  4. SİRİUS

    @SİRİUS

    27 iyul 25, 18:42

    Biraz kədərli bir son acı bir həqiqətdir. Ama gerçəkdir . Gerçəkler niyə bu qədər acıdır görəsən?  Hə birde fəda etmək özünü bir başqasinin yolunda qurban vermək ,sonda isə  ya xəyanət görmək ya da o adamı da itirmək qədər acı bir təcrübə yoxdur. Romana bənzəyirdi. İnsan oxuduğca oxumaq istəyir di təsüf ki bitdi. İnşallah yeni hekayelede goruşmək ümidilə əziz dost . Uğurlar.🌟

    1. XeYka

      @XeYka

      28 iyul 25, 01:37

      Təşəkkür edirəm 🖤 Fikriniz Mənim üçün çox dəyərlidir. 🫡

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol