Susmuş uşaq - Dərya Qasımova

Susmuş uşaq  -  Dərya Qasımova

Uşaq ikən həyətin kənarındakı daşların arxasında bir “qala” qurmuşdum. Üzərində əzilmiş yarpaqlar, solğun oyuncaq parçaları və nənəmin qırıq bir güzgüsü vardı. Mənə görə, o, dünyanın ən möhkəm, ən sehirli yeri idi. Orda qorxular yox idi. Sadəcə oyunlar, təsəvvür və sükut vardı.

Səssiz danışan bir xəyaldım o vaxt. Hər daş danışırdı mənimlə. Hər yarpaq yuxuma nağıl kimi girirdi. Gündüzlər oyun qururdum, gecələr isə elə bil o oyunlar yuxularımda yaşayırdı. O vaxtlar dünya bir cümlə qədər sadə, bir baxış qədər təmizdi.  İllər sonra o həyətə qayıtdım. Qalanın yeri boş idi. Daşlar orda deyildi, güzgü artıq çoxdan sınmışdı. Amma nədənsə, ayağımın altından keçmişin səsi gəlirdi. O səs — uşaq bir qəlbin inadı idi, itirmək istəmədiyi bir dünyanın əks-sədası...

– Nə axtarırsan? – bir səs eşitdim arxamdan.

Qoca bir kişi idi. Məni tanımadı, amma gözləri tanış idi.

– Heç nə... Sadəcə baxıram. – dedim.

Əslində isə “özümü axtarıram” demək istəyirdim. Uşaqlığımı, xəyal qurmağı, hər şeyin mümkünsüz görünmədiyi o yaşsız duyğunu.

Qala yox idi, amma onun dağıntıları ayaqlarımın altındaydı. İçimdə qəribə bir hiss baş qaldırmışdı — sanki özüm-özümə yadlaşmışdım. Həmin yerdə bir vaxtlar gülüşüm əks-səda verirdi, indi isə səssizlik nəfəsimi kəsirdi.Mənə deyirdilər ki, vaxt keçir, insan dəyişir. Amma heç kim deməmişdi ki, içindəki uşaq da susa bilər.Susar və bir də heç danışmaz.İndi, hər gecə yatağa girəndə, gözlərimi qapayıb o “qala”nı axtarıram. İllər əvvəl gizlətdiyim bir parça özümü... Tapmaq istəyirəm. Amma hər dəfə bir az daha dərinə batıram. Çünki insan böyüdükcə içindəki səsi eşitmək daha da çətinləşir.Bəzən düşündüyüm budur:

O uşaq mənə hələ də baxır. O öz kiçik əlləriylə nəyisə göstərmək istəyir. Bəlkə də o güzgünü... o qırıq güzgünü...

İçimdəki parça-parça olmuş xatirələri göstərir – “Bu sən idin,” – deyir.

“Bu gülüş, bu səssiz oyun, bu təmiz ürək… sən idin.” Amma böyümək — bəzən özü-özünü tanımamaq deməkdir.Və mən o güzgüdə özümü axtardıqca, sanki duman içində addımlayan bir kölgəyə çevrilirəm.O gündən bəri başa düşmüşəm:  Uşaqlıq getmir. Sadəcə sakitləşir. Biz onu səsləmədikcə, danışmır. Amma hər gecə, hər sükutun içində o nəfəsini duymaq olur.Kimsə bizə “böyümüsən” dedikcə, içimizdəki o uşaq bir az daha geri çəkilir. Və bir gün, tam sükut çökür... amma içdən gələn o yavaş səs — “oyunumuz yarımçıq qaldı...” — deyə pıçıldayır.

Sonda sadəcə bir sual qalır: Həqiqətənmi böyüdük, yoxsa sadəcə içimizdəki uşağı itirib, üstünü gündəlik həyatlamı örtdük? Bəzən bu suallar beynimizdə fırlanır.

Şərhlər (15)

  1. XeYka

    @XeYka

    11 avqust 25, 04:04

    Bəlkədə Uşağlıqda Heç Vaxt Qala Qurmadım. Lakin qurduöum xəyallar hamısı Bir qal idi.... İndi isə bunlar həmin xəyallara Sahib Səssiz uşağın Yəni Xəyalın Ayaqların Altındadı.....

    Qələminizə Sağlıq.... Uğurlar 🫡🖤

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      11 avqust 25, 11:45

      Təşəkkür edirəm, fikirləriniz üçün 🤍 

  2. SİMURQ

    @SİMURQ

    01 avqust 25, 14:09

    İçimizdə uşaq vaxtı qurduğumuz “qala”  qorxusuzluğun, xəyalların sığınacağıdır. Daşlar dağılır, güzgülər sınır, amma o yer ruhumuzda yaşayır. Böyümək bəzən o qalaya torpaq atmaq kimi görünsə də, əslində o uşağın səsini yenidən eşitməyin, onunla barışmağın başlanğıcıdır.O, sükutu dinləmək və içimizdəki uşağa yol açmaq üçün bir dəvətdir.Uğurlar arzulayır və davamlı olmasını diləyirəm 💫

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      01 avqust 25, 14:35

      Bəli, uşaq vaxtı qorxusuzca qurduğumuz xəyallar dünyası, bəlkə də, bizə yaşamaq gücünü verən yeganə yerdir. Həyat böyüdükcə bizi ondan uzaqlaşdırır, amma o səs təmizlik hələ də, içimizdə yaşayır. Dəstəyiniz və xoş sözləriniz üçün çox təşəkkür edirəm, mənim üçün çox dəyərlidir 🤍

  3. Röyane

    @Röyane

    28 iyul 25, 17:54

    Hekayee aldı götürdü meni uşaqlığıma. Bağımızda ağacın altında saatlarla tek tenha oturub gelinciyimle oynayar, onu müxtəlif obrazlara salar, paltarlar diker, fikrimde hekayeler qurub gelinciyide baş qehraman ederdim. Bilmirem başqalarında da bele olurmu, herden menim içimde bele sual keçirki, göresen o uşaq indiki menemi?! Axı men geleceyi, böyümeyi bele teseffür etmirdim.

    Çox gözel hekayede idi. Qeleminize sağlıq. 

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      28 iyul 25, 18:25

      Bəlkə də, o uşaq içimizdə hələ də yaşayır. Sadəcə böyüməyin səs-küyü onun səsini eşitməyə qoymur...

      Təşəkkür edirəm, fikirləriniz üçün 🤍

  4. ramil

    @ramil

    28 iyul 25, 05:32

    “Uşaqlar böyümək, böyüklər isə uşaq olmaq istəyir...

    Hər kəs bir yerə tələsir, tələsdiyimiz bu gündəlik həyatla isə içimizdəki uşağı yavaş-yavaş susdururuq.

    Və ən acısı — bunu bilə-bilə edirik…”

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      28 iyul 25, 08:17

      Bəlkə də, içimizdə ki uşağı qorumaq lazım idi. Amma biz böyüməyə məcbur olduq, yoxsa istəmədikmi bununda unuduruq artıq...

      Fikirləriniz üçün, təşəkkür edirəm 🤍

      1. ramil

        @ramil

        28 iyul 25, 10:31

        Böyüməyə Məcbur olmadıq,məcbur etdilər məncə...

        Təşəkkürlər ✨

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    27 iyul 25, 19:53

    Nə qədər böyüsəm də hərdən uşaqlığım üçün çox darıxıram.Mükəmməl uşaqlığım olmasa da ən azından ağrılarım acılarım yox idi.Ömrümün ikinci baharında olsam belə hərdən içimdəki azad buraxıram.Qoy yaşamaq istədiklərini mənimlə yaşasın.🥰🥹

    Mövzunuz da təsirli idiki məni belə rəy yazmağa vadar etdi.Təşəkkür edirəm🌹

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      27 iyul 25, 19:59

      Ümid edirəm ki, ruhunuz hər zaman uşaq qalar. Mən təşəkkür edirəm, fikriniz üçün 🙏🤍

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        28 iyul 25, 00:13

        Xoş idi Dərya xanım.Fürsətdən istifadə edib onu da deyim ki,hekayələri oxuduğum kimi yazdığınız rəyləri də oxuyuram.Çox məntiqli dolğun cavablar yazırsız.😊✨🌟🌹

        1. Dərya Qasımova

          @Dərya Qasımova

          28 iyul 25, 04:00

          Çox təşəkkür edirəm, dəyərli fikirləriniz üçün. Əgər belə düşünürsünüzsə, nə xoş mənə. Sizin yazdıqlarınız da həmçinin.. 🤍☺️

  6. SİRİUS

    @SİRİUS

    27 iyul 25, 18:23

    Böyüklər belə böyüməyə məcbur qalmiş uşaqlardir. 

    "SİRİUS" 

     Bütün böyüklər bir vaxtlar uşaq idilər, lakin onlardan yalnız bir neçəsi bunu xatırlayır.

    "ANTUAN DE SENT EKZUPERİ "

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      27 iyul 25, 18:45

      Zaman heç kimə güzəşt etmir..

      Təşəkkürlər, fikriniz üçün 🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol