Mənə ən dəyərlisini ver - XeYka

Mənə ən dəyərlisini ver - XeYka

Mənə Ən Dəyərlisini Ver

Bir zamanlar, dünyanın başlanğıcında, Adəm və Lilitin iki oğlu — Qabil və Habil — dünyaya gəldi. Onlar kiçik bağda böyüyürdülər, günəşin altında oynayır, atalarının qoyunlarına və torpağa baxırdılar.

Ataları Adəm çoban idi, anası Lilit isə uşaqlarını böyük sevgi və şəfqətlə böyüdürdü. Qabil və Habil bir-birlərini ürəkdən sevirdi; günlərin birini bir yerdə keçirir, gəncliyin şirinliyini bölüşürdülər.

Amma bir gün Tanrı onların qarşısına çıxdı və dedi:

“Mənə ən dəyərlisini verin.”

Habil sevgi ilə ən gözəl qoyununu gətirdi, ürəyi titrəyərək qurbanını təqdim etdi. Onun qurbanı göylərə yüksəldi, nurla doldu.

Qabil isə bağına baxdı. Orada onun əməyi vardı, amma ürəyi tam dolu deyildi. O, torpağın bəzi məhsullarını gətirdi, amma içində qısqanclıq və narazılıq yanırdı.

Tanrı yalnız Habilin qurbanını qəbul etdi.

Qabilin içində qaranlıq bir alov yandı.

“Necə olar ki, Tanrı mənim qurbanımı qəbul etməz, amma qardaşımınkını qəbul edər?” — deyə düşündü.

O, bu düşüncələrlə dolu bir batım vaxtı qardaşını yanına çağırdı:

“Əziz qardaşım, Tanrı Atamızdan qurban istədiyini dedi. Sən qoyununu verdin və qəbul edildi. Mən isə bağımdan bir şeylər gətirdim, amma onlar önündə zibil kimi qaldı.”

Habil sakitcə cavab verdi:

“Tanrı hər ikimizi sevir. Əgər o məni mükafatlandırsa, bil ki, onu səninlə paylaşacağam. Axı biz and içmişdik, bir-birimizdən başqa heç kəsimiz yoxdur.”

Amma Qabilin qəlbi kinlə dolmuşdu.

Habilin sözləri ona soyuq bir külək kimi toxundu.

Nəfəsini dərib, əlində böyük bir daş götürdü və qardaşına atdı.

Daş Habilin başına dəydi, həyatının işığı söndü.

Qanın torpağa qarışdığı anda, Tanrının dərgahında səs eşidildi:

“Ey Qabil, qardaşının qanı fəryadla mənə çatdı. İndi de, niyə belə etdin?”

Qabil titrəyən səsi ilə cavab verdi:

“Əziz Tanrı, sən məndən ən dəyərlisini istədin. Mən də onu sənə verdim. Çünki mənim üçün bu mənasız dünyada Habildən başqa heç bir dəyərli kimsə və ya əşya yoxdur...”

( Bu sadəcə bir hekayədir!)

Şərhlər (8)

  1. SİRİUS

    @SİRİUS

    31 iyul 25, 13:31

    Bu hekayəden anladiğim :insan var olan hər şeyden dəyərlidir. Öz dəyərini anlamiş bir insan həyatında heç kimə özü qədər dəyər verməz.  Qısqanclığ və kin bir qəlbi məhv edən ən güclü duyğudur. Uğurlar ✨

    1. XeYka

      @XeYka

      01 avqust 25, 14:35

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🖤 

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    31 iyul 25, 13:09

     Son cümlə ürəyə çox ağır toxunur: “Mənim üçün bu dünyada Habildən başqa heç nə dəyərli deyildi…” Bu söz bir üsyan kimi yox, içi parçalanan bir insanın fəryadı kimi gəlir. Hekayənin əvvəlindən sonuna qədər hər şey tanış idi, amma axırda verilən bu fərqli baxış çox sarsıdıcı oldu. Qabil burada sadəcə qısqanan bir qardaş deyil, dəyər verdiyi tək şeyi itirməklə özünü də Tanrıya təslim edən biri kimi sanki 

    Uğurlar, maraqlı idi 🤍 

    1. XeYka

      @XeYka

      01 avqust 25, 14:36

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🖤 

  3. Fatima

    @Fatima

    31 iyul 25, 12:16

    Hekayənin sonunda Qabilin sözləri insanın içini parçalayır: ‘Ən dəyərlini istədin – mən də sənə onu verdim…’ Bu qardaşlıq, qısqanclıq, sevgi və itki haqqında dərin bir fəlsəfədir. Sanki Tanrıya qarşı bir üsyan deyil, öz acısını anlamasını diləyən bir insan fəryadıdır. Oxuyanda susursan. Duyğu dolu  yazılıb. Uşaqlıqdan bildiyimiz hekayəyə yeni bir nəfəs verilib.

    1. XeYka

      @XeYka

      31 iyul 25, 12:58

      Fikriniz üçün təşəkkür edirəm 🖤 

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    31 iyul 25, 11:24


    İnsan bəzən sevgini və dəyəri qorumağı bacarmadığı üçün ən qiymətli olanı öz əli ilə itirir.  bəzən dəyərini itirəndən sonra anlayırıq, kim bizim üçün həqiqətən qiymətli idi. Amma o zaman artıq çox gec ola bilər.

    Maraqlı  və təsirli bir hekayə idi.😊

    1. XeYka

      @XeYka

      31 iyul 25, 13:00

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🖤 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol