Səssiz sətirlər — Ruh.Antares

Səssiz sətirlər — Ruh.Antares

Sən idin qaranlıq gecəmə nur saçan, şam işığı tək,

Gedərkən iz qoydun — varlığımda şimşək kimi, iti, sərt, xatirələr tək…

Guya əvvəlimiz nə idi ki, sonumuzdan danışım?

Köhnə illərdən qalan: səsim... "Səni sevirəm" deyərdim — çox titrək…

Güllərin belə qoxusu dəyişdi, Sanki sənli illəri xatırladır...

O güllər belə xətrimə dəydi — Bir az da sənin gözəl gözlərini andırır...

“Gözəl gözlüm” də deyə bilmirdim,

Bilirdim — o gözlər artıq

Həyatımdadır…

İstəmirəm artıq keçmişə dönüm çünki hər xatirədə sən varsan

İnanki bir toxunuşuna bütün hər şeyi yenidən yaradarsan

Keçmişin səssiz sətirlənə aldanma, çox həvəslənmə o yaratdıqlarını bir cümlənlə dağıdarsan…

"Səssiz sətirlər—Ruh.Antaras"

Şərhlər (12)

  1. SİMURQ

    @SİMURQ

    02 avqust 25, 10:53

    Oxuyarkən başa düşürsən ki, bəzi insanlar keçmir — sadəcə forması dəyişir. Göz yaşı olur, qoxu olur, bir güldə gizlənir, bir cümlədə nəfəs alır.Ən önəmlisi isə budur: Keçmişi unutmağa yox, onunla danışmağı öyrənməliyik. Çünki bəzi sətirlər susar, amma heç vaxt bitməz.Uğurlar💫

    1. ramil

      @ramil

      03 avqust 25, 11:50

      Dərin düşüncənizlə,şeirə rəng qatğınız üçün təşəkkürlər ✨ 

  2. AytenCelilova

    @AytenCelilova

    31 iyul 25, 22:29

    Uğurlar🌟Hər zaman ki kimi dərin duyğularla yazmısınız.

    1. ramil

      @ramil

      31 iyul 25, 23:39

      Düşüncənizə görə təşəkkürlərimi bildirirəm ✨ 

  3. SİRİUS

    @SİRİUS

    31 iyul 25, 20:20

    Bəli bəzi insanların gəlişi deyil gedişi yıxdı bizi... Uğurlar. ❤️‍🩹

    1. ramil

      @ramil

      31 iyul 25, 23:39

      Bəzəndə ən gözəli elə o gedişlərdir,

      Ən çoxda çıxardığımız nəticələr,dərslər bizə həyatı dərk etməyimizə kömək edir...

      Uğurlar 🌟 

  4. Röyane

    @Röyane

    31 iyul 25, 18:53

    Bitmiş, unudulmamış bir eşq hekayesi, təəsüfle ağrı ile anılan hisler.tesirli idi. uğurlar. 

    1. ramil

      @ramil

      31 iyul 25, 23:36

      Təşəkkürlər ✨ 

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    31 iyul 25, 18:48

    Sadə sözlərlə böyük hisslər danışır sevgi, itki, xatirə. Hər misra bir zamanlar yaşanmış duyğuların səssiz sədası kimidir. Oxuyanda həm kövrəlirsən, həm də keçmişin nə qədər canlı qaldığını anlayırsan. Sanki unudulmuş bir duyğu səni çağırır

    Uğurlar, maraqlı idi 🤍

    .

    1. ramil

      @ramil

      31 iyul 25, 18:59

      Analiz etdiyiniz üçün təşəkkürlər ✨ 

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    31 iyul 25, 18:34

    Gözəl gözlüm” də deyə bilmirdim,

    Bilirdim — o gözlər artıq

    Həyatımdadır…

    Hər kəsin həyatında ona baxan gözəl gözlərin olması diləyilə...😊😊😊

    1. ramil

      @ramil

      31 iyul 25, 18:43

      Çox sağolun 🙏 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol