Ən dərdli adamları dərdi olan adamlar anlar - SİRİUS

Ən dərdli adamları dərdi olan adamlar anlar  -  SİRİUS

-O yarpağı niyə qoparmadın? 

+ Uşaqliq dövrünü çoxdan aşmışam.

- Bilirəm . Uşaq vaxtı ağacın yanından keçəndə yarpağını qopardırdın həmişə. Ağac incidimi küsdümu ? Bilmədən hiss etmədən.

Sanki onda hər şeye acı verərək bir iz buraxmaq istəyirdin . Səncə bir yerde iz qalması üçün orda öncə yara olmalıdır? 

+Çox yaralı yerə toxundun şair...adam böyük bir ah çəkdi... və sözünə davam etdi: Hə əyər bir yerdə iz varsa bilki orda bir vaxtlar yara olub...

- Zaman keçdikcə yaralar sarılır sağalır ,sadəcə izlər qalır. İzlər silinmir.

+Bəs sənde ən çox kim yara açdı?

-Şair ah çəkdi . Sanki içinde daşıdığı ağırlıq onu artıq əldən salmışdı.sonra cvb verdi;Ən çox sevdiklerim.. sonradan bir zamanlar sevdiklərim oldular .

+İnsanı ən çox sevdikləri yıxır şair...

-Ən böyük yaraları məhz sevdiklərimiz açır.

Ona göre izləri əbədiyyən bizimlə qalır. 

Bəlkədə həyatda sevdiklərimiz deyil onların açdığı yaralar buraxdığı izlərdir bizimlə qalan... Və bu izlər bir vaxtdan sonra xatirə olaraq yadda qalır. Çünki Yaddaş yaşadığı acı anları silmir. 

Bunu deyib şair əlindəki kitabını açıb oxumağa başlayır:

Deyirler zaman yaraları sağaldir ,zamanın açdığı yara zamanla sağalmır. Hər kəs özünü aldadır əslində. Zaman sadəcə keçir ,bəzi yaralar var ki heç vaxt sağalmır. 

Sanki bu sətirlər indicə danışdıqları mövzuya aid idi.

+ Bir neçə cümlə ... Deyəsən bütün həyatımı anlatdı...

- Hə bəzən insan heç tanımadığı heç getmədiyi bir yerdə bir neçə cümlədə bir sətirdə tapar özünü....

Kitablarda oxuduğum hər şeyə inanıram. Mənim ən yaxın dostum məhz kitablardır. Ən azından onlar məni dinləyir. Danışmırlar ama çox şeyi anladıqlarını bilirəm. Kitablar mənim həyatımda möcüzələr yaradır. Sanki oxuduğca yalnız olmadığımı hiss edirəm. Ən işigli gündüzlərin belə bir zülmətə məruz qaldığını unutmuram. Ən qaranlıq gecələrdən bir ümidlə çıxıram.

Son sözü bu oldu şairin: Ən dərdli adamları dərdi olan adamlar anlar. Sağol.

Sağol şair.

Bunu deyib şair yoluna davam etdi .

Onun qəlbini ən çox incidən şey insanların çoxunun yaralı olması idi.  

Adam sanki biraz rahatlamışdı. İndiye qədər heç kimsə onu belə dərinden anlamamışdı.

"SİRİUS" 




Şərhlər (10)

  1. Fatima

    @Fatima

    04 avqust 25, 21:31

    Bu hekayə çox səmimi və təsirli bir dialoqdur. Yarpaqdan başlanan söhbət insanın iç dünyasına, izlərə və yaralara aparır. Şairin sakit sözləri, kitablara olan sevgisi, dərdin susqunluğu ilə insanı düşünməyə vadar edir. Qısa, amma dərin: ən dərdli adamları dərdi olanlar anlayır. Unutmaq deyə bir şey yoxdu. Zamanla həmin adamın yoxluğuna adam alışır. İnsanın yoxluğa alışmaqdan başqa çarəsi olmur❤️‍🩹.  Təşəkkürlər 

    1. SİRİUS

      @SİRİUS

      09 avqust 25, 16:18

      Dəyərli sözləriniz üçün təşəkkürlər ✨❤️🙏

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    03 avqust 25, 23:45

    Hekayənizi oxudum.Amma cavab vermək yerinə susmağı seçirəm.Deyəcəksiz niyə? Danışmış olsam siz məni susdura bilməyəcəksiz.Ona görə də birdəfə Uraqan müəllim səs atmışdı qurupda.Orda belə bir söz deyilmişdi.Sükut içində sükut...

    Hekayəniz isə çox dərin mənalıdır.Bəlkə də susmuş olsam belə yaşanmışlarımı yaşadım.

    Ən çox da kitablarla bağlı olan hissəsi xoşuma gəldi.Həqiqıtəndə də elədi.Bəzən kitablar sanki insandan daha yaxşı anlayır başa düşür səni...

    1. SİRİUS

      @SİRİUS

      09 avqust 25, 16:20

      Çünki kitabları yazan adamlardir. Deməli hele de başa duşen insanlar var. 

  3. Asuela

    @Asuela

    03 avqust 25, 16:15

    kimse kimseni unutmaz sadece zamanla alışmaq var,amma insan alışmaq istemir çünki çekilen acı,o yara sevdiyinden qalan tek şeydi.. hekaye çox tanış geldi❤️‍🩹

    Teşekkür edirem❤️

    1. SİRİUS

      @SİRİUS

      03 avqust 25, 19:09

      Çünki yaşanmışlıqlar bənzərdir. Mən sizə təşəkkür edirəm. 🌟❤️

  4. Dərya Qasımova

    @Dərya Qasımova

    03 avqust 25, 11:45

    Bəzən insan bir yarpağa belə toxunmaqdan çəkinir, çünki bilir ki, hər toxunuşun ardında iz qalacaq. Mən də o izlərlə yaşayıram  danışmasam da, susduğum hər şey ordadır. Zaman heç nəyi sağaltmır, sadəcə biz susmağa öyrəşirik. Və bəzən insan özünü bir cümlədə, bir sətirdə tapır. İndi sizi  oxuyanda dayandım, düşündüm ki, bəlkə bu dəfə mən danışmadım, məni kiminsə səsi danışdı...


    Uğurlar, maraqlı idi 🤍

    1. SİRİUS

      @SİRİUS

      03 avqust 25, 15:03

      Sətirləri özünüzun içinden gələn səs kimi oxumağiniza sevindim. Teşekkürler ❤️🙏

  5. ramil

    @ramil

    03 avqust 25, 11:28

    "Zaman yaraları sağaldır" düşüncəsi hekayədə zəif də olsa fəlsəfi şəkildə işlənmişdir. Keçmişdə yaşananlar, zamanla unutulmasa da, hisslərin kütləşməsi və emosiyaların yatışması ilə təsvir olunmuşdur.

    Ancaq unutmaq olmaz ki, hər kəsin bir yarası var.

    Kimisinin var-dövləti, kimisinin yoxsulluğu, kiminsə isə keçmişi – hamının daşıdığı bir yükü, bir iztirabı var.

    Bəziləri üçün isə, var-dövlətin özü belə, bir növ yara olur.

    Keçmişə gəlincə, bunu belə izah etmək olar:

    Zaman bir maşındır. Hər kəs öz maşınında, zamanın axarı ilə irəliləyir. Yan güzgülər – bizim yaddaşımızdır.

    Keçmişə baxırıq, səhvlərimizi, doğrularımızı görürük. Amma əsas odur ki, o səhvlərdə ilişib qalmayaq.

    Çünki sürməkdə olduğumuz maşın – hələ də hərəkətdədir...

    1. SİRİUS

      @SİRİUS

      03 avqust 25, 11:36

      Bəli həmişə o balaca aynaya baxsaq qəza keçirerik. O aynaya baxmalıyıq ama haradan haraya gəldiyimizi unutmayacaq deyə. İrəli baxmalıyıq. Dəyərli sözləriniz üçün təşəkkür edirəm.🍀🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol