Qəsrdəki Cinayət - XeYka

Qəsrdəki Cinayət - XeYka

Cek… Hə, Cek!

O, taxtadan tikilmiş, dəniz kənarında kiçik bir qəsrdə yaşayır. Taxtalar olduqca nəmli və ləkəlidir. Sanki yüz il əvvəl tikilib, amma qəsri Cek beş il öncə inşa edib. Külək əsəndə isə küləyin vıyıltısı taxtaların arasındakı boşluqlardan içəri sızır.


Cekin 35 yaşı var, amma onu görənlər 60 yaşlarında qoca və yalnız bir kişiyə bənzədər. Cek düşündüyün kimi hər şeyini itirmiş və gənc yaşından yalnız qalmış biri deyil. O, varlı bir ailədə dünyaya gəlmiş və xoşbəxtlik içində böyümüşdür. 8 yaşında musiqiyə maraq göstərir, 12 yaşında isə musiqilər oxuyub bütün gözləri öz üzərinə çəkməyi bacarır. “Hərkəsin Səsi” adlı treki və “Qəsirdəki Cinayət” albomu ilə bütün dünyada tanınır.


15 yaşında ilk kitabını yazır və ölkəsində ən gənc “Gənc Yazar” mükafatını alan yazar olur. Karyerası boyu bir neçə illik fasilələri olsa da, bütün dünya onu dinləyir, kitablarını oxuyur və çox sevirdi. Demək olar ki, hər kəsin idoluydu.


Lakin Cekin yaşadığı yerdə hər kəs ateist idi, Cekdən başqa. O, 5 yaşında Tanrı ilə tanış olur və 7 yaşından yəhudi dininə ibadət etməyə başlayır. Yaxın məhəllədəki sinaqoqa hər gün gedər və dualar edərdi. Bir gün ailəsi buna görə onu çox danlayır. Buna əsəbləşən Cek ailəsini tərk edərək başqa bir ölkəyə gedir.


20 yaşında Cek 2 illik fasiləyə çıxır. 22 yaşında “Şeytanın Duası” adlı bir kitab yazır və bu kitab dünya üzrə satış rekordları qırır. 23 yaşında “Gizlənmiş Albom” adlı albomu ilə yenidən böyük səs salır. Bu albomdan sonra 3 il azadlıqdan məhrum edilir. 26 yaşında yenidən azadlığa çıxan Cek artıq heç kəs tərəfindən tanınmayan birinə çevrilir.


28 yaşında “Dəyişim” adlı albomunu paylaşır və yenidən gözdən itir. Bu dəfə isə birdəfəlik yox olur. Çünki artıq onu pul, şan-şöhrət və insanların saxta sevgisi maraqlandırmırdı. Özünü tamamilə dini məsələlərə yönəldərək Tövrat, İncil və Qurani-Kərimi araşdırır. Tanrıya daha çox bağlanan Cek, 29 yaşında “Qəsirdəki Cinayətin Romanı” adlı bir kitab yazır və bütün dünyada satılmağa başlayır. Orada Cek həyatında öyrəndiklərindən danışır və kitabdakı personajın sonda 35-ci doğum günündə öz yaşadığı qəsrdə həyatına son qoyduğunu yazır.


Sonradan isə yoxa çıxaraq az tanınan “-stan” ölkələrindən birinə köçür. Dəniz kənarında özünə bir qəsr tikir və orada yaşamağa başlayır.


… Və budur, artıq 2043-cü il yanvarın 18-i. Cekin 35-ci doğum günüdür. Cek bu gün daha xoşbəxt oyanır və gülər üzlə yaxınlıqdakı tikinti bazarından özünə bir kəndir alır. O qədər gülərüzlə gəzirdi ki, onu görən hər kəs xoşbəxtliyinin səbəbini soruşurdu. Cek isə:

— “Bu gün vidalaşacağam.” — deyirdi.


Bu sözə insanlar qəribə baxsa da, Cek fikrində ciddi idi. Kəndiri tavana möhkəm bağlayır, ayağının altına bir stul qoyur və kəndiri boynuna keçirir. Əllərini cibinə salır, stulu itələyir…


Bəli, Cek 35-ci yaş günündə həyatı ilə vidalaşır. O, yaxşı bilirdi ki, bu Tanrı dərgahında böyük günahdır. Lakin eyni zamanda bilirdi ki, Tanrı bağışlayandır. Çünki o, dünyadakı çox insandan daha təmiz və günahsız idi.


Cekin bu hekayəsi bəlkə də maraqsız gələ bilər. Amma oxuyarkən əgər onu beynində canlandırırdınsa, onun necə biri olduğunu da gördün: üzündəki qırışlar, göz altlarındakı yorğunluq… Mən, yazar olaraq, Ceki milyonçu və ya ən ulu insan edə bilərdim. Onu tarixdə məşhur bir lider edib dünyanı fəth etdirə bilərdim. Lakin mənim beynimdəki Cek dünyanın bu sərvətlərindən yorulmuşdu və getmək istəyi daha güclü idi.


Bəs sənin içindəki o adam? Onun dünyası xoşbəxtliklə doludur, yoxsa o da öz dünyasında sükut içində itdi?..

Şərhlər (13)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    06 avqust 25, 23:11


    Cek sanki hər birimizin içindəki yorğunluğun simvoludur. O, dünyadan qaçmaq istədi, çünki dünya onu çox yordu. Sən də düşün: içindəki o adam bəlkə də uzun illərdir səssizdir, bəlkə də hər şeyə tab gətirir, amma heç kim bilmir onun əslində nə istədiyini.


    Bəlkə o da Cek kimi heç bir zənginlikdə özünü tapa bilmədi... Və sükutun içində yox olmağa başladı. Bəlkə də xoşbəxt görünür, amma içində bir səssiz qışqırıq var..

    1. XeYka

      @XeYka

      07 avqust 25, 03:18

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🖤 🫡 

  2. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    06 avqust 25, 17:32

    Mənimdə içimdə bəzən fırtınalar qopur amma üzdə heçnə olmamış kimi davam edir.. Qarışıq duyğularla davam edirəm hələki..

    Sonda intihar mövzususu Günahdı amma edir..Bilir tanrı bağşlayandı..

    Allah heç kimi o həddə gətirib çıxarmasın ki, intihar etsin.. Maraqlı idi uğurlar..

    1. XeYka

      @XeYka

      07 avqust 25, 03:19

      Təşəkkür edirəm 🖤 🫡 

  3. Fatima

    @Fatima

    06 avqust 25, 12:48

    Hekayənin hər sətrində onun yorğunluğu, axtarışı və təkliyi hiss olunur. Oxuduqca sanki onunla birlikdə dəniz kənarındakı o qəsrə gedir, taxta qoxusunu duyur, içindəki boşluğu hiss edirsən. Uğur, şöhrət, sərvət hamısı keçicidir. Cek isə bu dünyanın         səs-küyündən qaçıb sakitliyə sığındı. Ən təsirli hiss: “Bu gün vidalaşacağam” deməsi idi. Üzündə gülümsəmə, içində qırılmış bir ruh... Bu hekayə mənə bir şeyi xatırlatdı: bəzən ən güclü görünənlərin içində ən dərin sükut yatır. Və bəzən insanın getmək istəyi qalmaq istəklərindən daha böyük olur...

    1. XeYka

      @XeYka

      06 avqust 25, 14:57

      Düşüncələriniz çox gözəldir. Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🫡 🖤 

      Düşüncələriniz çox gözəldir. Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🫡 🖤 

  4. Asuela

    @Asuela

    06 avqust 25, 12:32

    Cek bu dünyada tapmadığını belke de başqa dünyada axtarmağa gedib..

    etiraf edim ki, bu saytda oxuduğum en maraqlı hekayelerden 2cisi bu oldu.. bütün yazılanlar hamısı gözümün önünde canlandı🥹

    Çox teşekkür edirem❤️

    1. XeYka

      @XeYka

      06 avqust 25, 14:53

      Çox Sağolun. Verdiyiniz dəyər mənim üçün çox önəmlidir. Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🫡 🖤 

    2. Aynur Yusifova

      @Aynur Yusifova

      06 avqust 25, 23:24

      Məndə sizə tövsiyyə edirəm ki,saytı biraz daha dərindən vərəqləyin.Hələ oxumadığınız,görmədiyiniz çox şey ola bilər.Bax onda bıyəndiyiniz 2 rəqəmi bəlkə də 20 olacaq🌹🌹🌹

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    06 avqust 25, 11:32

    Mənim içimdəki o adam necədir?.. Uzun müddətdir səssizdi, sanki içində danışmağa dəyəcək heç kim qalmayıb. Bəzən hər şeydən yorulur, amma hələ tam vaz keçməyib sadəcə kənardan izləyir. İçində qırılmış şeylər var, amma hələ də bir ümidin ucundan yapışmağa çalışır.

    Bilir ki, getmək də bir az cəsarət, istəyir. Uğurlar, maraqlı idi🤍

    1. XeYka

      @XeYka

      06 avqust 25, 14:52

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🫡 🖤 

  6. SİRİUS

    @SİRİUS

    06 avqust 25, 10:12

    Hekayələr çox vaxt keçib yaşanır sonra yazılır . İlk defedir ki 2043 il eşidirəm. Sonda cekin özünə qəsd etməsi olduğca maraqlıdır. Ən son suala gelsem : mən de öz dünyamın sükutuna qərq olmuşam. Uğurlar hekayə çox maraqlı idi. 🤍

    1. XeYka

      @XeYka

      06 avqust 25, 14:52

      Fikir bildirdiyiniz üçün təşəkkür edirəm 🫡 🖤 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol