Xatirəsizlər
Yenə dünyaya gəlmək və yenidən eyni -stan ölkəsində göz açmaq... Həyat bu qəribəliklərlə doludur. Niyə qəribə? Ölümümdən öncə doğulduğum küçədə yenidən dünyaya göz açmaq bu qəribəliyi doğurur. Bunun necə olduğunu düşünürsən, eləmi? Deyim də sənə. Bunun adı reankarnasiyadır. Reankarnasiya olmuş insanlar yenidən eyni ruhla başqa bədəndə doğulur. Mən də eynən elə doğulmuşdum, amma çox fərqli bir cəhəti vardı — "xatirəsizlik".
Bəli, düz oxuyursan... xatirəsizlik. Niyə belə deyirəm? Öncəki həyatımda adım Cəfər idi və mən evimdə yanaraq ölmüşdüm. Ailəmə bir şey olmamışdı, çünki onlar evdə deyildilər. Mənim cəsədimi isə həyətimizdə dəfn etmişdilər. Ölümümdən 6 ay sonra isə indiki atam olan Akif kişinin son beşiyi körpəsi Xəyal olaraq dünyaya gəldim. Böyüdükcə hər şeyi xatırlamağa başladım. Alovdan çox qorxurdum, çünki yanaraq ölmüşdüm. Bir düşün — yanaraq ölürsən və dünyaya bir daha gələndə hər gün yanaraq öldüyünü yuxularında görürsən. Nə qədər qorxuludur...
Bir dəfə atama yaxınlaşdım və gözlərinin içinə baxaraq dedim:
— Ata, bilirsən mən nəyin fərqinə vardım və nəyi xatırladım?
— Nəyi, ağıllı oğlum?
— Mən doğulmamışdan 6 ay öncə, yəni 2007-ci ilin iyun ayında qonşu Samir kişinin evində yanaraq ölən Cəfərəm.
— Bu nə axmaqlıqdır danışırsan — deyərək əli ilə qulağını dartıb masaya vurdu.
— Axı ata, hər şeyi xatırlayıram. Öz otağımda yatmışdım və gözümü açanda alovlar içində idim.
— Oğlum, kimsə sənin yanında bu hekayəni danışıb, yəqin ki, sən də təsirlənərək yuxunda görmüsən...
Atam da mənə inanmamışdı, çünki o anı unutmuşdu... Hə, o qəmgin xatirəni unutmuşdu. Samir kişinin bağırtılarını və Firuzə xalanın hönkür-hönkür ağlayaraq göz yaşı tökməsini. Lakin dayanmadım və anamın yanına qaçdım. Anamla dialoqum eynən atamdakı kimi baş verdi və dedim:
— Ana, bəs xatırlamırsan?
— Nəyi, oğlum? Sən nə danışırsan?
— Ana, sən Samir Əminin bağırtılarını və Firuzə xalanın hönkür-hönkür ağlamasını xatırlamırsan?
— Onlar niyə ağlayırdılar ki?...
Anamın bu sualını cavabsız qoydum, çünki bilirdim ki, o da artıq bu kədərli xatirəni unudub. Unutmaları normal gəlirdi mənə, çünki onlar həmin zaman nə mənim atam, nə də anam idilər.
Dayanmadım və evdən tez çıxıb qonşu Samirgilə getdim. Onların köhnə, yanmış evlərindən əsər-əlamət qalmamışdı. Evi başdan-sona təmir etmişdilər. Həyətə girəndə beton yoldan evin qapısına gedirdi yolun sonu. Sağ tərəfdəki gül bağının arxasında isə alçaq bir məzar daşı görünürdü. Hə, bu mənim məzar daşım idi. Üzərində "Cəfər Ramin oğlu Cəfərov 1992.01.18 – 2007.06.18" yazılmışdı və altında xatirə sözü olaraq "Xatirələr unudulmazdır" yazılmışdı.
Yavaş-yavaş evin qapısına yaxınlaşdım və qapını döydüm. Ağarmış saçları bağladığı yaylıqdan dağınıq şəkildə sallanan Firuzə xala qapını açdı.
— Salam, Firuzə xala, necəsən?
— Salam, Xəyal balam. Mən yaxşıyam. Sən necəsən?
Göz altları heç yaxşı olduğunu demirdi, amma gözləri də bu bitkinliyin səbəbinin nə olduğunu bilmədiyini deyirdi sanki.
— Yaxşı ol həmişə, xala. Səndən bir şey soruşmaq üçün gəlmişdim.
— Buyur, içəri keç, gözəl balam. Nə soruşmaq istəyirsənsə, soruş.
İçəri keçdim və əyləşdim...
— Firuzə xala, olar bir şey soruşum?
— Əlbəttə, buyur...
— Xala, Cəfər nə vaxt vəfat etmişdi?
— Xəyal kimdi?
Bu sualı eşidəndə sanki məni beynimdən erməni mərmisi ilə güllələyib bir dərəyə kənarına tulladılar...
— Necə yəni Xəyal kimdi? O sizin oğlunuzdu. Həyətdə məzarı olan Xəyal!
Artıq əsəbləşmişdim ki, Firuzə xala cavab verməyə başladı.
— Hə, sən Xəyalı deyirsən. Yadımda deyil ki, gözəl balam. Gör artıq neçə il keçib. Heç vaxt nə vaxt vəfat etdiyini belə bilmirəm.
Elə bu sözündən sonra anladım ki, Firuzə xala öz də o hönkür-hönkür ağlamasını unudub. Bu xatirəsizlik mənə ağrı verirdi...
Qaçaraq çölə çıxdım və öz məzarımın önünə getdim. Məzar daşının üzərindəki şəkilim və adımı yenicə yağmağa başlayan leysan yağış silməyə başladı. Lakin məzarın üzərində bir söz görünürdü. O söz belə yazılmışdı...
"XATİRƏSİZLƏR"
Bu an mənimdə bir xatirəmi itirdimiyimin fərqinə vardım. Ölümümdən öncə Atamın adı "Samir" deyildi....
Şərhlər (4)