Şah Və Mat İnsan (Davamı)

.... Şeytan addım atır - Şah və Mat İnsan. Mən qalib gəldim. İnsanlar artıq Tanrıya inanmaq istəmirlər. Onlar inancını itirməkdən əlavə başqa insanları da inanclarından uzaqlaşdırırlar... Və sən də bu oyunu mərc ilə oynadığın üçün məğlub oldun, insan. Mərcdə bir günahdır...

— Şeytan, sənin bu sözlərin doğrudur, amma bir şeyi unudursan.

— Nəyi? (Başını yuxarı qaldırıb qəh-qəhə atar.)

— Mənim son addımım hələ də qalıb və mən bu son addımla səni mat edirəm.

— Bu necə ola bilər? Sən hər tərəfdən məğlub olursan.

— Yox, Şeytan, sən o qədər içindəki hirsinə dustaq olmusan ki, oyunun sonunu hesablamadan vaxtı dayandırır, mat deyirsən. İndi isə əsl matı Mən atıram...

— Yox! Bu mümkün deyil. Sən hiyləgərsən. İnsanların hamısı belədir. Öncə günah edərlər, sonra isə "Lənət şeytana", "Allah şeytana lənət etsin" deyib özlərini günahlardan uzaq tutmağa çalışırlar.


— Niyə bu qədər əsəbisən bəs? Axı sən heç oyun taxtasına fikir vermədin ki, mənim vəzirimin düz önünə şahı qoydun və özünü mat etdirdin.

— Yox, bu belə deyil.

— Mənə inanmırsansa, hakimimiz olan mələyə bax. O ki, bizi bütün oyun boyu izləyir.

Şeytan başını qaldırıb yanındakı mələyin gözlərinə baxar. Mələk isə sadəcə gözlərini qırparaq Şeytana hər şeyi göstərər.

— Yox, mən qalib olacağam və bütün insanları Cəhənnəmdə qonaq edəcəyəm.


— Şah və Mat, Şeytan... Eynən sənin dediyin kimi, amma mən kinlə yox, qalib bir hisslə deyirəm. Sən milyonları belə yolundan çıxarsan, gərək unutmayasan ki, hər milyonun içində 10 Tanrıya saf qəlbi ilə inanan insan var. Məni bu şahmat oyununa oturdan Tanrı deyil, ilk günahımı mərc ilə etməyim və qalib gələrək səni də məğlub etməyimin hirsidir. İndi isə cənab Şeytan, hər şeyi açıqlamaq vaxtıdır. Min illərlə insanları yolundan etdin. Hər oğul atasının günahının əzabını çəkdi və öz oğluna daha çox günah buraxdı. Lakin mən elə etmədim. Mənim tək, ilk və son günahım bu şahmat oyunundakı etdiyim mərc oldu.

— Sən... Sən... Sə... Necə olur axı məni məğlub edirsən? Axı mən səni bu günahı etməyə vadar etmədim, sadəcə təklif etdim və sən öz iradənlə günahı etməyə başladın...

— Doğru deyirsən, Şeytan. Lakin bir şeyi unudursan. Mən günahsız bir insan kimi böyümüşəm və bu ilk günahımdır. Yəni bunun ardından gələcəyəm və səni ilk günahımla məğlub etdiyimi hər kəsə göstərəcəyəm. Həmidə sənin təklifin və mənim iradəmlə olan günahıma...

— Bu heç bir zaman olmayacaq.

— Oldu belə, Şeytan. Sən məni tanımadın. Mən sonuncu Məsihəm və İslam dinini yenidən dirçəldib müsəlmanları yenidən Tanrıya inanması üçün burdayam...

Mələk alt dodağı ilə gülümsəyər və ruhuna baxaraq "Dünyaya getmə vaxtın gəldi" deyər..

— Yox... yox... Bu ola bilməz. Mən heç vaxt doğulmamış bir insana məğlub oldum. İlk dəfə birinə məğlub oldum. Bir gün bu məğlubiyyətə görə dünyada qaranlıq bir küçədə oturub ağlayacağam. Bəlkə bir gün insanlar məni dinlər deyirdim, indi isə anlayıram mən ağlayanda o uşaq mənim onunla zarafat etdiyimi düşünəcək... Axı bir zamanlar mən də bir "Mələk" idim...

— Mat. Əlvida Şeytan, artıq mənim vaxtım çatdı və sonuncu dövrü insanlara göstərib gedəcəyəm... Onlar bir daha səni dinləməyəcək..

Epiloq


Bir gün doluna gecəsində... Bizim eramızda 2313-cü ildə dünyaya bir Məsih gələcək və bütün dünyaya başçılıq etməyə başlayacaq. Dünyanın sonuncu varisi olan Məsih bütün insanları Tanrıya inandıracaq və bu 1 milyon əhali yenidən müqəddəs kitabın qayda qanunlarına riayət etməyə davam edəcək...