Ayın səssizliyi - SİRİUS

Ayın səssizliyi - SİRİUS


Çox sevərkənmi səhv etdim ? 

İtirəcəyimdən qorxduğum üçünmü çox sevdim?

Niyə qorxurdum mənim deyildi?

Mənim deyildisə niyə mənimlə idi?

Əyər qovuşmayacağımı bilirdimsə niyə əvvəlcədən vazgeçmədim?

Çoxmu ümid etdim qovuşacağıma? 

Həqiqəti görmürdüm ? 

Gözlərim kormu olmuşdu? 

Məndə ya onunla ya heç kimlə mi dedim? 

Sonda nə oldu? 

Bitdi...? 

Ən doğru insan o deyilsə kimdir bəs?

Niyə görəsən insan ilk dəfə sevəndə ən saf duyğuları ilə sevir? Və həyatında bir daha heç kimsəni o qədər saf halı ilə sevmir...

Ən çox sevənlər niyə həmişə tənha olur?

Ən gözəl sevənlər niyə hər zaman tərk edilir? 

Dünyadır sevgiyə qarşi çıxan? 

Yoxsa bəzən biz sevgini başqa şeylərlə səhv salırıq? 

Hər kəs niyə gedir?

Gedənlər hər şeyi niyə özü ilə aparır? 

Qalanlar sevilməyə layiq olarkən niyə vəfasızlara rast gəlirlər? 

Bütün bu suallar qızın bütün vücudunda dolaşırdı. Sanki bu suallar tərk edilmiş qəlbi paramparça olmuş birinin içində sıxışıb qalmış hisslərin cümlələrlə ifadə olunmuş forması idi. O itirirdi özünü cavabları olmayan sualların içində.Qız otağının pəncərəsindən aya baxırdı. 

De cavab ver sən də bilmirsən hə...?

Ay isə sadə bir planetdir. Səssizcə orada durmuşdu. O sadəcə gecəni aydınlatmaq istəyirdi. Günəş yeniden dönənə qədər gecəyə şahidlik edirdi. Danışmadan dinmədən sakitcə.

Bilirsən bəzən ağlamaq üçün gecəni gözləyirəm.

Aydan yenə cavab yox idi. 

Ay şahid idi. Qırılan qəlblərdəki səssiz ağrılara ,gecələr süzülən göz yaşlarına, səssiz görünüb içindəki uşağı öldürənlərə,gözlərdəki qəmə, çiyinlərdəki yüklərə,deyilmemiş sözlərə, yaddaşlarda bir ömür iz qoyan insanlara, tərk edilmiş olanlara, yarım qalanlara, əllərdəki soyuqluğa, ruhlara çöken kədərə. Ay hər şeyə şahidlik edirdi. Ama səssiz qalmaq onun heç nə anlamadığı anlamına gəlmirdi . O da anladığını belə sübut edirdi .Sakitcə dinləyirdi səni. İçindəki hər şeydən xəbəri yoxdur bəlkə də, ama gecələr gördüklərini bir sən bilirsen bir də ay.  

Qız aya baxaraq soruşdu: 

Sən bunları hər kəsə danışırsan? 

Bəlkə də ay gecə gördüklərini sübh çağı günəşə danışırdı . 

Ona görə də günəş bu qədər yanırdı, alovlandırdı.

Gecələr çəkilən hər ağrıya gündüzlər günəş öz yanğısı ilə cavab verirdi. Sanki heç kimə yalnız olmadığını sübut etməyə çalışırdı. Günəş belə öz yanğısı ilə hər kəsi anlamağa çalışırdı.

Ay soyuq görünür ama sənin yaşadıqlarından xəbəri var. Günəş isə xoşbəxtdir səncə? Yoxsa o da sənin dərdinə yanır? 

Bəlkə də onunla qovuşmağım ay ilə günəşin eyni anda göy üzündə durması qədər imkansız idi...

Axı onlar bir birlərini idarə edir. Biri var olanda digəri yox olmağa məcbur qalır.

Bəlkə də insanlar da belədir. Biri var olanda digəri yox olur .Ona görə də uşaq vaxtı dinlədiyimiz nağıllarda biri vardı biri yoxdu ilə başlayırdı. Əslində nağıllar uşaqlıqdan bizə anladırdı hər şeyi. Sadəcə biz yaşamadığımız hər şeyə yad idik. İnsan yaşamadığı heç nəyi anlamır.

Bir zamanlar kədərin nə olduğunu bilməyən uşaqlar...indi heç bir kəlməmiz içimizdəki kədərin ağırlığını qaldıra bilmir.

Yaşa dolduqca anladıq? Yoxsa zamanla böyüdük? Səncə bizi böyüdən yaşdır ? Yoxsa yasadıqlarımız? Necə oldu bilmirəm ama bir şəkildə böyüməyə məcbur qaldıq. Dünyada sanki hər kəs böyüməyə məhkumdur. 

İndi uşaq vaxtı istədiyimiz yaşlardayıq. Ama istədiyimiz kimi deyil. Bir çox duyğularımızı, səsli gülüşlərimizi,ürəkdən sevinməyi, həyəcanlanmağı, bütöv qəlbimizi, gözlərimizdəki ümidi, saflığı, canımızdan çox sevdiyimiz birini, bəlkə də bəzilərimiz sevilmə duyğusunu itimişik. Səssizliyin sükutu çökdürdü gecəyə. Qız dərin bir ah çəkdi. Yarpaqların xışıltısı, həzin külək hər biri dinləyirdi qızın danışdıqlarını. Sanki hər biri onu anlamağa çalışırdı. Qız xeyli vaxt aya baxdı. Səssizcə heç nə demədən. Sanki artıq yoruldu sual verməkdən. Sadəce ayın gedişini izləyirdi. Artıq suallar bir kənara qaldı. Cavabları axtarılmadı. Sanki cavablar belə tapılmayacaq yerlərə gizlənmişidi. Heç tapılmadıqları üçün.

Səncə ay sadə bir planetdir? O bizi anlayır yoxsa heç danışmır? 

Şərhlər (12)

  1. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    30 avqust 25, 18:12

    Çox ürəyə toxunan sözler idi..😔
    Birde yaşadıqlarımız bizi böyüdür həqiqətən də belədir.Uğurla

    1. SİRİUS

      @SİRİUS

      30 avqust 25, 22:51

      Çox təşəkkür edirəm. ❤️🙏

  2. ramil

    @ramil

    30 avqust 25, 05:13

    Hər zamanki,kimi yenə suallarla,və dərin duyğularla işləmisiniz cümlələri.

    İnsan ilk,dəfə saf sevgiylə sevə bilir,daha sonra bu sevgi sona çatdıqda artıq insan ayılır,hər şeyi dərk edir,ətrafdaki insanları sevgiyə baxışını,daha dərin analiz edə bilir . Bundan sonra dərin sevməyi bacarsa belə ,artıq saf sevgi deyilən,bir şey qalmır...

    Uğurlar✨

    1. SİRİUS

      @SİRİUS

      30 avqust 25, 22:52

      Hekayədə ən doğru yerə toxunmusunuz. Düşüncələrinizi paylaşdiğiniz üçün çox  təşəkkür edirəm. ✨

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    30 avqust 25, 01:29

    Bilirsən bəzən ağlamaq üçün gecəni gözləyirəm...Diqqətimi çəkən bu cümlə😔😥

    Bəli… bəzən gecə insanın ən səssiz sirdaşı olur. Gündüz gizlədiklərini, yalnız gecə ürəyinlə danışa bilirsən. Göz yaşları da elə onda sanki azad olur… Qoy ağlamaq səni ( məni )zəif yox, insan etdiyini xatırlatsın.

    Sualınıza gəlincə isə

    Ay sadəcə bir səma cismi kimi görünə bilər, amma insan ruhu üçün o, səssiz bir dinləyicidir. O danışmaz, amma baxışları ilə hər şeyi anlayırmış kimi görünür. Bəlkə də biz ona sirr açırıq, bəlkə də ay bizi yalnızca izləyir  amma əmin olduğumuz bir şey var. Ay gecənin içində ən sakit anlayışdır.

    Maraqlı bir hekayə idi.Təşəkkür edirəm.

    Və diqqətimi bir şeydə çəkdi.Onu da qeyd etməsəm olmaz.Hekayələrinizdə sevgiyə ayırdığınız cümlələr,hissələr...

    1. SİRİUS

      @SİRİUS

      30 avqust 25, 22:54

      Düşüncələrinizi bu qədər dərin izah etdiyiniz üçün mən sizə təşəkkür edirəm. ❤️🙏

  4. Aytac

    @Aytac

    30 avqust 25, 00:16

    Uğurlarınız daim olsun💛. 

    1. SİRİUS

      @SİRİUS

      30 avqust 25, 22:55

      Çox təşəkkür edirəm ✨ 💐 

  5. SİMURQ

    @SİMURQ

    28 avqust 25, 14:49

    Hekayənizin suallarla başlanması  birbaşa daxili mübahisənin içinə aparır. Xüsusilə ayın səssiz şahid kimi təsvir olunması çox təsirli yanaşmadır .Danışmadan, amma hər şeyi gördüyünü hiss etdirməsi, əslində insanın özündə də cavab tapa bilmədiyi hallara işarədir.Ay və günəşin münasibətinə gətirdiyiniz izah isə maraqlı məqamdır.Bəzən qovuşmazlıq həm uzaqlaşdırır, həm də varlığın dəyərini artırır. Bu paralellə “biri vardı, biri yoxdu” ifadəsinin nağıllardan reallığa daşınması yazınızın məncə ən güclü tərəflərindəndir.

    Uğurlar, qələminizə qüvvət! 💫

    1. SİRİUS

      @SİRİUS

      28 avqust 25, 17:17

      Çox təşəkkür edirəm. ❤️🙏

  6. Dərya Qasımova

    @Dərya Qasımova

    24 avqust 25, 15:38

    Ay bəlkə də sadə bir planetdir, amma içində bir kainat qədər sirr daşıyır. Danışmır, çünki susaraq daha çox şey anlatdığını bilir. O, bizim yaşadıqlarımızın, ağrılarımızın, suallarımızın şahididir , bəlkə də cavab vermir, çünki cavablar onsuz da bizdə yoxdur. Hər kəsin dərdinə ayrı-ayrılıqda baxır, amma hamısını eyni səssizliklə dinləyir. Səncə o bizi anlayırmı? Bəlkə də anlayır... sadəcə insanın daha çox dinlənilməyə, nəinki cavab almağa ehtiyacı olduğunu bilir.

    Uğurlar, maraqlı idi 🤍 

    1. SİRİUS

      @SİRİUS

      24 avqust 25, 16:47

      Bizim içimizde olan bütün suallarin cavabı da məhz ozumuzdedir . Teşekkür edirəm. ✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol